Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1149/2024 18.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı xx.xx.2023-cü il tarixki, ******* saylı akt üzrə hesablanmış borcun silinməsi “ tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şəmkir Qaz İstismarı ərazinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı qüsur aktı üzrə hesablanmış 777,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Yaşadıqları fərdi yaşayış evində qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edirlər. Həmin qaz sayğacı mərhum babası X8 adına qeyd edilmişdir. Babası İ.Hüseynov 26 fevral 2017-ci ildə vəfat etmişdir. X5 isə hələ babasından əvvəl vəfat etmişdir. X14 vəfat etdikdən sonra da onlar anası ilə həmin evdə yaşamışlar. Onlar hər ay mütəmadi olaraq təbii qazdan istifadə etdiklərinə görə ödənişləri etmişlər. Qaz İstismar İdarəsinin əməkdaşları onlara məxsus evdə yerləşən Elster tipli, G4 markalı, ******* saylı sayğacı yenisi ilə yəni Elster tipli, G4 markalı. 13729052 nömrəli sayğacla əvəz etmişlər. 29 noyabr 2023-cü il tarixdə isə ******* saylı akt tərtib edərək, ******* saylı sayğacın hesablama mexanizminin yan tərəfdən əzildiyini və daxili qulaqcıqlarda əzik-cızıq izləri olduğunu qeyd etmişlər və onlara həmin akt üzrə 777,60 manat borc hesablamışlar. O, heç vaxt sayğaca müdaxilə etməmiş, sayğac yenisi ilə əvəz edilərkən onlara köhnə sayğacın nasazlığı və əzik olması barədə heç bir məlumat verilməmiş, köhnə sayğaca laboratoriya şəraitində baxış keçirilərkən onların iştirakı təmin edilmədən əsassız olaraq akt tərtib edilmişdir. Əgər sayğacın hesablama mexanizmi yan tərəfdən əzilmişdirsə və ya daxili qulaqcıqlarda əzik-cızıq izləri vardırsa bu o demək deyil ki, o onların təqsiri ucbatından baş vermişdir. O, təbii qazdan istifadə qaydalarının pozulması halına görə itirilmiş qazın bərpası üçün 777,60 manat dəymiş ziyan hesablanması qanunsuz və əsassız olmuşdur. Ona görə də, Cavabdeh Şəmkir Qaz İstismarı ərazinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı qüsur aktı üzrə hesablanmış 777,60 manat borcun silinməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan abonentin saldosundan görünür ki, 2023–cü il ünvan 2 ünvanı abonent İslam Hüseynovun hesabına 777,60 manat borc hesablanmışdır. İş materiallarında olan ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırlması və istismara qəbul haqqında” xx.xx.2023-cü il tarixli aktan görünür ki, İslam Hüseynovun adına olan Elster tipli, G4 markalı, ******* nömrəli sayğac, Elster tipli, G4 markalı. 13729052 nömrəli sayğacla əvəz olunmuşdur. Sayğacanın sayğacın hesablama mexanizminin yan tərəfdən əzildiyini və daxili qulaqcıqlarda əzik-cızıq izləri olduğunu aşkar olunmaması qeyd olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, ARDNŞ-nin X4 daxil olan xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-11103/Q001 saylı akta əsasən ******* nömrəli sayğacın hesablama mexanizmi yan tərəfdən əzilib və daxili qulaqcıqlar əzik cızıq izləri aşkar edilmişdir. İşdə olan xx.xx.2023–cü il tarixli ******* saylı Qaz sayğacının dövlət yoxlamasından keçirilməsi barədədə aktdan görünür ki, sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizmi yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar edilmişdir. Sayğac istismara yararsızdır. İş materiallarında olan AZ 102649 saylı doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, X13 xx xxxxxx 1999-cu ildə doğulmuşdur, X5, anası X3r. İş materiallarında olan AZ-İ 262580 saylı ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, X10 22 sentyabr 2007-ci ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il ölüm haqqında arayışın notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, X11 26 fevral 2017-ci ildə ölmüşdür. Məhkəmə qeyd edir ki, İddiaçı hazırki idda tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Hazırki işin faktiki hallarından müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin təbii qazla təmin edilməsi üçün Cavabdeh İB ilə X8 (iddiaçının babası-vəfat xx.xx.2017) arasında təbii qazın alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X1 Ayşə Elşad qızının babasıdır və hazırda həmin mənzildə iddiaçı və onun ailə üzvlər yaşayır. Hazırda qazdan istifadəyə görə həmin mənzilə hesablanmış borc məbləğinin ödənilməsi istehlakçı İddiaçı və onun ailə üzvlərinin öhdəliyindədir. Belə olan halda, iddiaçı istifadəsində olan evdə qazdan istifadəyə görə hesablanmış borcun silinməsini tələb etmək üçün subyektiv hüquqa malikdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac müvəqqəti olaraq yenisi ilə əvəzlənmiş, həmin vaxt sayğacın dəyişdirilməsi səbəbi və ya sayğaca müdaxilə kimi hər hansı məlumat qeyd edilməmişdir. Həmin vaxt çıxarılan qaz sayğacına müdaxilə edilməsi barədə aktda qeydiyyat aparılmamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizmi yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik cızıq izləri var. Buna görə, itirilmiş qaz hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 777,60 manat pul tələb edilir. Tərəflər arasında mübahisə Elster G-4 markalı, ******* nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, sayğacın mənfiyə işlədiyini, qaz itkisinə yol verildiyinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 777,60 manat borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 777,60 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, sayğac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı sübut təqdim edilmədiyindən, ümumiyyətlə çıxarıldıqdan sonra sayğacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2023-cü il tarixli akt əsasında hesablama mexanizminin yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İB–nin əməkdaşları tərəfindən ünvan 4 ünvanında yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında abonent X8 adına hesablanmış 777,60 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1149/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1149/2024
18.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver