Məhkəmə qərarları › İş №2(076)-1152/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1152/2024

18.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1152/2024 18.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə” dair ərizəsi (maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi) üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən” edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-144A KOD 50414047 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o hazırda ailə üzvlərilə birlikdə Şəmkir rayonu Təzəkənd kəndində yaşayır. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 52 saylı qərarı ilə onun mülkiyyətinə 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-144A kod 50414047 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Qeyd olunan torpaq sanədində onun ata adı yanlış olaraq qeyd edilməmiş, yalnız Ərizəçi kimi qeyd edilmişdir. Ancaq onun bütün sənədlərində soyadı, adı və atasının adı Ərizəçi qeyd edilmişdir. O, hazırda torpaq sahəsinə Çıxarış alaraq, torpaq sahəsini satmaq istəyir. Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə yanlışlıq olduğundan mülkiyyətində olan torpaq sahəsi ilə bağlı sənədləşmə işlərini apara bilmir. Hazırda qeyd olunan Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə olan yanlışlığı aradan qaldıra bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadəsini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərdi ki, Ərizəçi ilə qonşudurlar. Ərizəçi atasının adı Musa olmuşdur. Ərizəçinin X2 uzun müddətdir vəfat etmişdir. İş materiallarında olan JN-144A kod 50414047 olan, Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi Şəmkir rayon Aqrar İslahatı Komissiyasının 30 iyun 1998-ci il tarixli 52 saylı qərarı əsasında Şəmkir rayon, Füzuli kəndində yerləşən 0.07 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZ-T 207786 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı ildə doğulmuşdur. X2, anası X1 olmuşdur. AZ-T 207786 nömrəli doğum haqqında şəhadətnamədən Ərizəçi ata adı “Musa” qeyd edilmişdir. İş materiallarında olan V-ЖГ 258497 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ata adı Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan 12 dekabr 2023-cü il tarixli, 3-21-3-40/2-7370/23B-0105- 35/23 nömrəli Ərizəçi müraciəti əsasında Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsinin tərəfindən göndərilmiş məktubdan görünür ki, təqdim edilmiş JN-144A kod 50414047 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunan ata adı ilə “şəxsiyyət vəsiqəsi”ndə olan ad arasında səhvlik mövcuddur. Amma ad, soyad və ata adlarında olan hər hansı bir səhvliyin düzəliş edilməsi və yaxud eyniliyinin təsdiq edilməsi idarənin səlahiyyətləri xərcindədir. Bunun bağlı məhkəmə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin ata adı, ona məxsus bütün sənədlərdə “Ərizəçi” kimi göstərilsə də JN-144A kod 50414047 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə adı müvafiq olaraq “Ərizəçi” kimi göstərilmişdir. Şəhadətnamədə göstərilən “Ərizəçi” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi”nun eyni şəxs olması, şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı JN-144A kod 50414047 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə, doğum haqqında şəhadətnamənin surəti, nikah haqqında şəhadətnamənin surəti, şəxsiyyət vəsiqəsinin surəti ərizəçi tərəfindən, onun özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-144A kod 50414047 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-144A kod 50414047 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar