Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-1156/2024 13.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, İddiaçı Cavabdeh İB-nin X1 İstismar İdarəsinə qarşı “Şəmkir RQİİ-nin "aylıq əlavə ödənişin ləğv edilməsi haqqında" 14-2-2-13/3-11- 445/2023 saylı əmrinin və əmrin verilməsinə əsas olmuş sənədləşmələrin ləğv edilməsi, eləcə də həmin əmrin icrası ilə əlaqədar əmək haqqından məcburi tutulmuş məbləğin geri qaytarılmasına dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh İB-nin X1 İstismar İdarəsinə qarşı “Şəmkir RQİİ-nin "aylıq əlavə ödənişin ləğv edilməsi haqqında" 14-2-2-13/3-11- 445/2023 saylı əmrinin və əmrin verilməsinə əsas olmuş sənədləşmələrin ləğv edilməsi, eləcə də həmin əmrin icrası ilə əlaqədar əmək haqqından məcburi tutulmuş məbləğin geri qaytarılmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddiaçı iddia ərizəsində cavabdeh kimi Cavabdeh İB-nin X1 İstismar İdarəsini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Qeyd olunan maddi və prosessual hüquq normalarına əsasən məhkəmədə iddiaçı və ya cavabdeh qismində yalnız hüquqi şəxs çıxış edə bilər. İddiaçı isə iddia ərizəsində cavabdeh kimi hüquqi şəxsin Regional İdarəsini göstərmişdir ki, hüquqi şəxsin Regional İdarəsinin məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış etməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.2-ci maddəsinin göstərişinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsi 152.4-cü maddə). Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün İddiaçı Cavabdeh İB-nin X1 İstismar İdarəsinə qarşı “Şəmkir RQİİ-nin "aylıq əlavə ödənişin ləğv edilməsi haqqında" 14-2-2-13/3-11- 445/2023 saylı əmrinin və əmrin verilməsinə əsas olmuş sənədləşmələrin ləğv edilməsi, eləcə də həmin əmrin icrası ilə əlaqədar əmək haqqından məcburi tutulmuş məbləğin geri qaytarılmasına dair” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh İB-nin X1 İstismar İdarəsinə qarşı “Şəmkir RQİİ-nin "aylıq əlavə ödənişin ləğv edilməsi haqqında" 14-2-2-13/3-11- 445/2023 saylı əmrinin və əmrin verilməsinə əsas olmuş sənədləşmələrin ləğv edilməsi, eləcə də həmin əmrin icrası ilə əlaqədar əmək haqqından məcburi tutulmuş məbləğin geri qaytarılmasına dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1156/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-1156/2024
13.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver