Məhkəmə qərarları › İş №2(076)-118/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-118/2023

31.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-118/2023 31.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Türkan Qulu qızının katibliyi, İddiaçı Xudavərdi oğlunun Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Xudavərdi oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı “işıq sərfiyyatına görə müəyyən edilmiş əsassız borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Xudavərdi oğlu cavabdeh "xxxx" ASC-yə qarşı “işıq sərfiyyatına görə müəyyən edilmiş əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, X6 Cəmiyyətinin Qərb RETSİ-nin 029919 saylı, 01.11. 2022-ci il tarixdə tərtib edilmiş, İddiaçı elektrik enerjisindən kənardan müdaxilə etməklə istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş Akta əsasən, yazılmış 2.175 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Xudavərdi oğlu iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh kimi yalnız "xxxx" ASC-nin nəzərə alınmasını xahiş etmişdir. İddiaçı Xudavərdi oğlu iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək, borcundan 1000 manat ödədiyini bildirərək 1275 manat borc qaldığını və həmin borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Xudavərdi oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli, 029919 saylı AKT-a əsasən, Qərb X4ı İdarəsinin əməkdaşları tərəfindən, onun barəsində Akt tərtib edilərək, 2.175 manat cərimə yazılmışdır. Şəmkir rayonunun Qədim Qala kəndində yaşayan onun yaşadığı fərdi yaşayış evində quraşdırılmış elektrik sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacda heç bir qanun pozuntusu və blombun zədələnməsi, qırılması aşkar edilməmişdir. Lakin, buna baxmayaraq, fərdi yaşayış evinin dam hissəsində xx.xx.2022-ci il tarixdə həmkəndlisi usta Şükür tərəfindən təmir işləri aparılan zamanı, külək onların evə gələn xəttin qırılmasını görmüş, onların xəbəri olmadan həmin xəttə digər kabel bağlayıb, evin dam hissəsində gördüyü işi tamamlamış və sonra çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə onun xəbəri və iştirakı olmadan ona qarşı elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında AKT №-029919 nömrəli Akt tərtib edilmişdir. Həmin Akta əsasən, guya o, elektrik sayğacıdan kənar, elektrik naqili vasitəsilə fərdi yaşayış evində istifadə etmişdir. Ona görə də elektrik enerjisi düzgün qeyd olunmur. Lakin, bu belə deyildir, sayğacdan kənar heç bir kənar xətlər vasitəsilə fərdi yaşayış evində də istifadə edilməmişdir. O, 6 ildir ki, həmin evdə yaşayır, heç vaxt sayğacdan kənar müdaxilə etməmiş, heç vaxt o, sayğaca da müdaxilə etməmiş, kiminsə kənardan elektrik xəttindən də heç vaxt sayğacdan ayırıb, başqa yerdən istifadə etməsini görməmişdir, buna da ehtiyac yoxdur. Lakin, fərdi yaşayış evində usta işləyən zamanı, işin yarımçıq qalmaması üçün, küləyin qırdığı xətti müvəqqəti sayğacdan kənar bağlamış, işini qurtarandan sonra onlara deməyib, çıxıb getmişdir. Həmin xəttdən onlar elektrik enerjisi kimi sayğacdan kənar istifadə etməmişlər. Buna baxmayaraq, həmin işıq işçiləri xəbəri olmadan ona qarşı əsassız olaraq məlum aktı tərtib etmişdirlər. Lakin, buna baxmayaraq, 2175 manat cərimə pulu istəyirlər. İşıq nəzarətçisi ona bildirib ki, həmin Akta görə 2.175 manat cərimə borcu vardır, ödəməsə işığını kəsəcəklər. Hesab edir ki, həmin Akt ədalətsiz, əsassız və qanunsuzdur. (Cərimə tədbiq edilən Akt-ın surətini xx.xx.2022-ci il tarixdə evinə verilmişdir.) Belə ki,xx.xx.2022-ci ildə Qərb X4 İdarəsinin əməkdaşları Şəmkir rayonunun Qədim Qala kəndində işıq pulu yazan sayğacları yoxlayarkən, onun da evinə gəlib, sayğaca baxış keçiriblər, sayğacda heç bir qüsur tapılmayıb, sayğacdan kənar istifadəsiz xətt aşkarlanıb, 2015-ci ildən bu günə kimi yaşadıqları bütün elektrik enerjisinin qiymətini hesablayıb, həmin əməkdaşlar əsassız, qanunsuz, olaraq, ona 2.175 manat cərimə yazmaqla hazırki Aktı tərtib ediblər. O işıq işçilərinə vicdanlı vətəndaş kimi işıq pulunu vaxtlı-vaxtında ödəniş etdiylərini, xəbəri olan xətddən istifadə etmədiyini bildirsə də buna məhəl qoyulmadı, işığını kəsmək istədilər və qanunsuz, əsassız AKT-a əsasən cərimənin ödənilməsini tələb edirlər. Hesab edir ki, həmin Akt əsassızdır, qərəzlidir və qanunsuzdur ona görə də ləğv edilməlidir. Ondan qanunsuz cərimə tələb etmələri ilə əlaqədar X8 bölgəsi üzrə X4 və Satış İdarəsinin rəhbərliyinə məlumat verdilər. Həmin idarənin mütəxəssisi gəlib, sayğacdan kənar xəttə baxış keçirdilər, həmin xətddən istifadə olunmasını yoxladılar. Yoxlama zamanı, onun fərdi yaşayış evinə dam hissəsindən asılmış istifadə olunmadığı aşkar edilmiş, 029919 nömrəli sayğacda heç bir qüsur olunmadığı, sxemin isə normal işlədiyi göstərilmişdir. Həmin əməkdaşlara təbii fəlakət nəticəsində fərdi yaşayış evinə gedən xətdən bir neçə saatlığa təmir işi aparan usta tərəfindən bağlanmış naqilin enerjidən istifadəyə görə cəriməmin tərtib etmələrini xahiş etsə də, buna baxmayaraq, ondan tələb edilən qanunsuz yazılan cərimə silinməmişdir. İddiaçı Xudavərdi oğlu məhkəmə iclası zamanı iddiasını müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, akt qanunvericiliyin tələbinə uyğun tərtib olunmuş, hesablama düzgün aparılmışdır. İddiaçı hesablanan borcdan 1100 manat ödəmişdir, bu da onu təsdiq edir ki, iddiaçı öz təqsirini etiraf edir. Odur ki, göstərilən halları nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, 029919 nömrəli aktdan görünür ki, həmin tarixdə Şəmkir rayonu, Qədimqala kəndində yerləşən abonent İddiaçı Xudavərdi oğluna məxsus ünvanda elektrik sayğacına baxış keçirilərkən fərdi yaşayış evinə kənar xətt daxil olduğu və kənar xəttin fərdi yaşayış evinin qarşısındakı sip xəttdən götürüldüyü müəyyən edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli akt əsasında tərtib edilmiş “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər”dən görünür ki, Şəmkir rayonu, Qədimqala kəndində abonent İddiaçı Xudavərdi oğlunun yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş, baxış keçirilən zaman məlum oldu ki, fərdi yaşayış evinə kənar xətt daxil olur, kənar xətt fərdi yaşayış evinin qarşısındakı sip xəttdən götürülmüş və 8.3 kvt x (0,7) x 24 saat x 120 gün = 16733 kvts, Tarif (0,13 man)- 16733 kvts x 0,13 = 2175 manat qərara alınmış və kənar xəttin ləğv edilməsi qeyd edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, hazırki tədqiqatla xx.xx.2022-ci il tarixli, 029919 saylı akt əsasında əvvəlki 1 aylıq dövr üçün itirilmiş elektrik enerjisinə görə vurulmuş zərərin hesablanması məhkəmə mühasibat ekspertizasının predmetinə aid deyildir. Belə ki, xx.xx.2022-ci il tarixli, 029919 saylı aktda komissiyanın üzvləri tərəfindən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacından kənar xəttdən istifadə edilməsi ilə bağlı elektrik enerjisinin sərfiyyatı müəyyən edilmiş və həmin sərfiyyata görə 2175,00 manat məbləğində cərimə hesablanmışdır. Bildirilir ki, elektrik enerjisinin sərfiyyatının hesablanması yəni İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacından kənar xəttdən istifadə edilməsi ilə bağlı elektrik enerjisinin sərfiyyatı 16733 kvts olmasının düzgünlüyü məhkəmə mühasibat ekspertizasının predmetinə aid deyildir. Ekspert qeyd edir ki, "xxxx" ASC tərəfindən borc qalığı haqqında təqdim olunmuş bildirişdə ünvan 2 ünvanı üzrə abunəçi İddiaçı abonentinin saldosu cədvəlində hesablanmış 2175,00 manat məbləğində cərimənin nə dərəcədə əsaslı olub-olmaması məhkəmə tərəfindən qiymət verilməlidir. Həmçinin İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacından kənar xəttdən istifadə edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, 029919 saylı aktın tərtib olunmasından əvvəlki 1 aylıq dövr üçün itirilmiş elektrik enerjisinə görə vurulmuş zərərin nə qədər olması məhkəmə-mühasibat ekspertizasının predmeti olmadığından bu sual üzrə tədqiqat aparılmamışdır İş materiallarına əlavə edilmiş CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olundu ki, mübahisəli evə gedən elektrik xəttinə və elektrik sayğacına Azərişıq ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, bu zaman iddiaçıya məxsus fərdi yaşayış evinə kənar xətt daxil olduğu və kənar xəttin fərdi yaşayış evinin qarşısındakı sip xəttdən götürüldüyü müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Xudavərdi oğlunun yaşadığı Şəmkir rayonu, Qədimqala kəndində olan evə quraşdırılmış elektrik sayğacına və elektrik xəttinə Azərişıq ASC-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş, bu zaman onun evinə fərdi yaşayış evinə kənar xətt daxil olduğu və kənar xəttin fərdi yaşayış evinin qarşısındakı sip xəttdən götürüldüyü aşkar edilmiş, video görüntüləri qeydə alınmış, bu barədə akt tərtib edilərək 2175 manat hesabat aparılmışdır. İddiaçı Xudavərdi oğlu yaşadığı evdə aşkar edilmiş kənar xəttə görə tərtib edilmiş akt üzrə hesablanmış 2175 manat borcdan 1000 manat pulu ödəmiş, bununla da sayğacdan kənar elektrik xəttindən istifadə etməsi barədə tərtib edilmiş akta etirazı olmadığını nümayiş etdirmişdir. İddiaçı tələbinin əsaslı olmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarının: 8.17-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qərarın 7.17.-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinin hesablaşma uçotunun sxeminin dəyişdiril-məsi, həmçinin uçot cihazlarını qidalandıran ölçü transformatorlarının yerlərinin dəyişdirilməsi və əvəz olunması müvafiq olaraq elektrik enerjisinin alqı-satqı münasibətlərində olan tərəfin rəsmi razılığı ilə yerinə yetirilə bilər. 7.18. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 7.19. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin Qərarın 8.17-1-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 9.1-ci maddəsinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin, X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.3-cü maddəsinə əsasən elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün istehlakçı, o cümlədən subabonent 9.3.1-ci maddəsinə əsasən ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə; 9.3.2-ci maddəsinə əsasən qəza zamanı enerjisistemdə yük çıxarıldıqda məsul yükləri ayıraraq ehtiyatlandırılmış xarici təchizat elektrik xətlərinə qoşmaqla texnoloji və qəza bronlarının tələbatını təmin etmək üçün elektrik təchizatı sxemini təkmilləşdirməyə; 9.3.3-cü maddəsinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən rele mühafizələrinə, avtomat və qoruyucu qurğulara qoyulmuş işləmə hədlərinə (ustavka) riayət etməyə, ehtiyatın avtomatik qoşulması qurğularının quraşdırılmasını enerjitəchizatı müəssisəsilə razılaşdırmağa, onlarda müəyyən olunmuş müddətlərdə profilaktik sınaq və sazlama işlərini aparmağa; 9.3.4-cü maddəsinə əsasən enerjitəchizatı müəssisəsinin və X1 Agentliyinin tələbinə əsasən istehlakçının elektrik qurğularının işi ilə müəyyənləşdirilən elektrik enerjisinin keyfiyyətinə fasiləsiz, vaxtaşırı və epizodik nəzarət etməyə, balans mənsubiyyəti sərhədində və şəbəkəsində elektrik enerjisinin keyfiyyət göstəricilərini qüvvədə olan standartların tələblərinə uyğun saxlamağa; 9.3.5-ci maddəsinə əsasən “Elektrik qurğularının quraşdırılması qaydaları”nın tələblərinə uyğun olaraq, elektrik enerjisi istehlakının texniki-nəzarət uçotunu təşkil və istismar etməyə; 9.3.6-cı maddəsinə əsasən elektrik qurğularına xidmət üçün ixtisaslı elektrotexniki heyətlə təmin etməyə, elektrik qurğularına xidmət edən heyəti öyrətməyə, təlimatlandırmağa və onları avadanlıqlaşdırılmış iş yeri ilə, mühafizə vasitələri ilə, alətlərlə, lazımi materiallarla və təlimatlarla təmin etməyə; 9.3.7-ci maddəsinə əsasən qəzaya və yanğına qarşı təhlükəsizlik texnikası üzrə tədbirləri həyata keçirməyə; 9.3.8-ci maddəsinə əsasən elektrik enerjisi istehlakı rejimlərinə, elektrik enerjisinin səmərəli və qənaət ilə istifadəsinə, elektrik təsərrüfatının texniki vəziyyətinə və səlahiyyəti daxilində digər məsələlərə nəzarət etmək üçün X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin (onların xidməti vəsitələri əsasında) günün istənilən vaxtı maneəsiz elektrik qurğularına buraxılmasını təmin etməyə; 9.3.9-cu maddəsinə əsasən elektrik enerjisindən səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların istismarında texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, elektrik qurğularının quraşdırılması qaydalarının və digər texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasında aşkar edilmiş pozuntu və çatışmazlıqların aradan qaldırılması haqqında X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin rəsmi tələbnamələrini müəyyən olunmuş müddətlərdə yerinə yetirməyə. Həmçinin müəyyən olunur ki, Şəmkir rayonu, Qədimqala kəndində yerləşən abonent İddiaçı Xudavərdi oğluna məxsus ünvanda elektrik sayğacına baxış keçirilərkən kənar xəttdən istifadə etdiyi müəyyən edilmiş, 8.3 kvt x (0,7) x 24 saat x 120 gün = 16733 kvts hesabat aparılmaqla elektirik enejisindən istifadəyə görə 2175 manat borc hesablanmış və borc hesablanarkən “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarının tələblərinə riayət olunmuşdur. Məhkəmə işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Xudavərdi oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Xudavərdi oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı xx.xx.2022-ci il tarixli, 029919 nömrəli akt üzrə hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar