Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1187/2025 15.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X21 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Ərizəçilər: Ərizəçi4, Ərizəçi2 və Ərizəçi3 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi4, Ərizəçi2 və Ərizəçi3 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi4, Ərizəçi2 və Ərizəçi3 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, JN–1347 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın onlara, yəni Ərizəçi4, Ərizəçi2, Ərizəçi3, mərhum X5 və mərhum X2 məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi4 əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28 may 1998–ci il tarixli 51 saylı qərarı ilə ona və digər ailə üzvlərinə Şəmkir rayonu, Keçili kəndi ərazisində 2.12 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN– 1347 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Lakin həmin Dövlət Aktında onun adı səhvən “X3” kimi, digər ərizəçilər Ərizəçi2 adı səhvən “Ərizəçi2 Məmmədəli qızı” kimi, Ərizəçi3 adı səhvən “X15” kimi, mərhum X4 adı səhvən “X12” kimi və mərhum X1 adı səhvən “X7” kimi yazılmışdır. Qeyd edilən yanlışlığın aradan qaldırılması üçün DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin orqan yanlışlığın aradan qaldırılmasının onların səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Hazırda onlar mülkiyyətlərində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmir və bu səbəbdən məlum ərizə ilə məhkəməyə müraciət etmişlər. Odur ki, JN–1347 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın onlara, yəni Ərizəçi4, Ərizəçi2, Ərizəçi3, mərhum X5 və mərhum X2 məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçilər Ərizəçi2 və Ərizəçi3 məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə edərək əsasən Ərizəçi4 ilə eyni məzmunlu izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Ərizəçi1 və maraqlı şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, gəlməyən ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Şəmkir rayonu, Keçili kəndində yaşayır, ərizəçilər onun həmkəndliləridir və onları yaxından tanıyır. Belə ki, ərizəçilərin adları Ərizəçi4, Ərizəçi2 və Ərizəçi3dır. Eləcə də, ərizəçilərin atalarının adı X9, bibilərinin adı X8 olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X17 da şahid X16 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. İşdə olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X9 ilə X10 arasında xx.xx.1989–cu il tarixdə rəsmi nikah bağlanmış. nikah bağlandıqdan sonra qadına “Abdıyeva” soyadı verilmişdir. İşdə olan JN–1347 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28 may 1998–ci il tarixli 51 saylı qərarı ilə ərizəçilərə və onların digər ailə üzvlərinə Şəmkir rayonu, Keçili kəndi ərazisində 2.12 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmiş, həmin Dövlət Aktında Ərizəçi4 adı səhvən “X3” kimi, Ərizəçi2 adı səhvən “Ərizəçi2 Məmmədəli qızı” kimi, Ərizəçi3 adı səhvən “X15” kimi, X4 adı səhvən “X12” kimi və X1 adı səhvən “X7” kimi yazılmışdır. İşdə olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi2 xx.xx.1960–cı il tarixdə Şəmkir rayonu, Keçili kəndində doğulmuşdur. İşdə olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi3 xx.xx.1989–cu il tarixdə Qazaxstan, Aktyubinsk şəhərində doğulmuşdur. İşdə olan AZE ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi4 xx.xx.1991–ci il tarixdə Şəmkir rayonu, Keçili kəndində doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamələrdən görünür ki, X9 xx.xx.2015–ci il tarixdə, X8 xx.xx.2024–cü il tarixdə vəfat etmişlər. İşdə olan Şəmkir Rayon İHB–nın Keçili kənd İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2025–ci il tarixli aktdan görünür ki, JN–1347 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nda Ərizəçi4 adı səhvən “X3” kimi, Ərizəçi2 adı səhvən “Ərizəçi2 Məmmədəli qızı” kimi, Ərizəçi3 adı səhvən “X15” kimi, X4 adı səhvən “X12” kimi və X1 adı səhvən “X7” kimi yazılmışdır. İşdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025–ci il tarixli imtina məktubundan görünür ki, JN–1347 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”na düzəliş aparılması DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından düzəliş edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 28 may 1998–ci il tarixli 51 saylı qərarı ilə ərizəçilərə və onların digər ailə üzvlərinə Şəmkir rayonu, Keçili kəndi ərazisində 2.12 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–1347 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Lakin həmin Dövlət Aktının 1–ci sırasında X4 adı səhvən “X12” kimi, 3–cü sırasında Ərizəçi2 adı səhvən “Ərizəçi2 Məmmədəli qızı” kimi, 4–cü sırasında X1 adı səhvən “X7” kimi, 6–cı sırasında Ərizəçi3 adı səhvən “X15” kimi və 7–ci sırasında Ərizəçi4 adı səhvən “X3” kimi yazılmışdır. Hazırda ərizəçilər Dövlət Aktındakı ad uyğunsuzluğu səbəbindən mülkiyyətlərində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, JN–1347 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” ərizəçilərə, eləcə də mərhum X5 və mərhum X2 məxsusdur. Azərbaycan Respublikası MPM–in 307.2.5–ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçilərə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN–1347 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçilərin JN–1347 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın onlara, yəni Ərizəçi4, Ərizəçi2, Ərizəçi3, mərhum X5 və mərhum X2 məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307, 308, 310 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən verilmiş JN–1347 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nda hüquq subyekti kimi qeyd olunmuş “X3”na aid hissədə həmin sənədin Ərizəçi4, “Ərizəçi2 Məmmədəli qızı”na aid hissədə həmin sənədin Ərizəçi2, “X15”na aid hissədə həmin sənədin Ərizəçi3, “X12”na aid hissədə həmin sənədin mərhum X5 və “X7”na aid hissədə həmin sənədin X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X22
Məhkəmə qərarları › İş №2(076)-1187/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1187/2025
15.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver