Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1197/2025 17.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 oğlunun və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 oğlunun və Ərizəçi2 (maraqlı şəxs: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi) “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi1 oğlu və Ərizəçi2 “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DTÇ Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən səhvən Ərizəçi1, Ərizəçi2 və ailə üzvülərinə verilmiş torpağın mülkiyyət hüququna dair JN 494 KOD ******* nömrəli Dövlət AKT-nın digər ailə üzvüləri ilə birgə onlara Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi1 xx.xx.1963-cü ildə hazırda yaşadığı Şəmkir rayonunun Dəllər-Cırdaxan kəndində anadan olmuşdur. O, 1963-cü ildən hal-hazıra kimi Şəmkir rayonunun Dəllər-Cırdaxan kəndində yaşayır. O, Ərizəçi1 doğulduğu vaxtdan hal-hazıradək, Ərizəçi1 soyadında doğulmuşdur. O, xx.xx.1992-ci ildə həmkəndlisi X5 ilə evlənmişdir. Həmin tarixdə Şəmkir rayon X15 İcra Hakimiyyəti tərəfindən nikahları 25 nömrə ilə rəsmiləşdirmişlər. Onların birgə nikahdan 2 övladı olmuşdur. xx.xx.1993-cü il təvəllüdlü Ərizəçi2, xx.xx.1995-ci il təvəllüdlü X2 olmuşlar. Onlar da hal-hazıra kimi həmin kənddə yaşayırlar.Buna baxmayaraq, Azərbaycan Respublikası DTX C Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən onların ailəsinə verilmiş Torpağa mülkiyyət hüququna dair JN-494 KOD 504008 nömrəli Dövlət AkT-nda onun atasının adı yəni Soyadı səhv olaraq "Məmmədəli", Ərizəçi2 familiyası isə "Məmmədova" yazılmışdır. Bu səbəbdən də onlar həmin torpaqla bağlı hüquqlarından istifadə edə bilmirlər. Odur ki, bununla bağlı əlaqədar olaraq, Ərizəçi1 adının və Əliyeva Ziybǝr Aqil qızının yanlış yazılan soyadına düzəliş edilməsi üçün AR İqtisadiyyat Nazirliyinin yanımnda Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Dövlət Kadastrı və Reyestri Pyblik hüquqi şəxs 11 saylı Şəmkir ərazi idarəsinə müraciət etmişlər. Ona aidiyyatı üzrə məhkəməyə müraciət etməyim tövsiyyə olundu. Ona görə onlar məhkəməyə müraciət etməli oldular. Məhkəmə iclasında Ərizəçi1 oğlu ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-494 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli, 47 saylı qərarı ilə Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində yerləşən 1.89 ha torpaq sahəsi Ərizəçi1 Məmmədəli oğlunun, X3, X6, X9 mülkiyyətinə verilmişdir. İş materiallarında olan İİ-ЖГ 417785 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1963-cü il tarixdə verilmiş Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində doğulmuşdur. İş materiallarında olan XVİİ-ЖГ 442825 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. Ata qrafasında Ərizəçi1, ana qrafasında X5 qeyd edilmişdir. İş materiallarında olan 497088 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X1 Aybəniz İsrafil qızı ilə xx.xx.1992-ci ildə nikahları bağlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 418 nömrəli Şəmkir RİHB X15 İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Əliyev X8 rayonu, X15ində yaşayır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-Ə-0252-35/24 nömrəli Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş məktubdan görünür ki, Şəmkir şəhərində yerləşən torpaq 1.89 ha torpaq sahəsinə dair verilmiş JN-494 kod-50406018 saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nda səhv yazılmış ada düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərə məxsus bütün sənədlərdə “Ərizəçi1, Ərizəçi2” kimi göstərilsə də, JN-494 (KOD ********) saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktında adları “Ərizəçi1 Məmmədəli oğlu, X10” kimi göstərilmişdir. Dövlət Aktında göstərilən “Ərizəçi1 Məmmədəli oğlu, X10” ilə doğum haqqında şəhadətnamələrində və digər sənədlərdə göstərilən “Ərizəçi1, Ərizəçi2” nın eyni şəxslər olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-494 (KOD ********) saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktının doğum haqqında şəhadətnamələr, nikah haqqında şəhadətnamə məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-494 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-494 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1197/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1197/2025
17.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver