Məhkəmə qərarları › İş №2(076)-1216/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1216/2024

25.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1216/2024 25.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən” edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-2614 kod 50401004 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o Ərizəçi 1971-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. Bu günədəkdə bütün hüquqi sənədlərdə soyadı, adı, atasının adı Ərizəçi kimi qeyd edilmişdir. Şəmkir rayon AİK-nın 22 iyul 2003-cü il tarixli 97 saylı qərarı ilə onlara 0.54 ha torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə dair JN- 2614 kod 50401004 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında onun adı Kifayət, ata adı isə Məhəmməd kimi qeyd edilmişdir. Hazırda həmin torpaq sahəsi barədə aktda yanlışlıq olduğu üçün həmin torpaq sahəsi ilə bağlı heç bir hərəkət edə bilmir. JN- 2614 kod 50401004 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına düzəliş edilməsi üçün AR ƏMDK-i yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin 18 yanvar 2024-cü il tarixli 3-21-3-40/2-300/24 saylı məktubla imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Qeyd edilənlərə əsasən JN-2614 kod 50401004 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, Ərizəçi bacısıdır. Bacısı hamilə olan zaman onların evində qalmış, o zaman Ərizəçi ailəsinə verilən torpaq sahəsi ilə bağlı dövlət aktında səhvən onun adı yazılmışdır. Məhkəmə, ərizəçinin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-2614 (KOD 50401004 ) kodu olan, Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktından görünür ki, 22 iyul 2003-cü ildə X11, Məmmədova Məryama, Maraqlı şəxs2, X2, X3 və X1 97 saylı Şəmkir rayon Aqrar İslahatı Komissiyasının 97 saylı qərarı əsasında Şəmkir rayon, Morul kəndində yerləşən 0.54 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-300/24 nömrəli bildirişindən görünür ki, Şəmkir şəhərində (Morul) yerləşən 0.5417 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəyə 11 saylı Şəmkir Ərazi İdarəsində baxılmışdır. Mütəxəssislər tərəfindən işin icraatına uyğun olaraq, təqdim etdiyiniz sənədlərə dair məlumatlar araşdırılmış, elektron baza və arxiv məlumatları ilə yoxlanılmışdır. Bu zaman məlum olmuşdur ki, sözügedən torpaq sahəsinə dair təqdim etdiyiniz JN-2614, kod-5401004 saylı "Dövlət Aktı"na müdaxilə edilərək, mülkiyyətçinin adı dəyişdirilmiş (qeyd olunan sənədin arxiv nüsxəsi və subyekt siyahısında "X4" yazılmasına baxmayaraq, təqdim etdiyiniz dövlət aktında "Ərizəçi Məhəmməd qızı" yazılmışdır) və bununla bağlı sizin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizənizə 3-21-3-40/2-7392/2023 nömrəli məktubla cavab verilmişdir. Qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı təkrar müraciətinizdə isə sözügedən JN-2614, kod-5401004 saylı "Dövlət Aktı"nın düzgün (X4 olan) nüsxəsini təqdim etsəniz də, faktın təsdiq olunması ilə bağlı Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-2036/2022 saylı qətnaməsində "Ərizəçi" tanınmaqla, sənədlər arasında uyğunsuzluq yaranmışdır. Bu səbəbdən də, qeyd olunan uyğunsuzluqları nəzərə alaraq sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı verdiyiniz ərizənizin icrası mümkün olmamışdır. İş materiallarında olan АЗБ seriyalı 114465 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci ildə anadan olmuşdur. Ata qrafasında X18, ana qrafasında X5 qeyd edilmişdir. İş materiallarında olan AZ-T seriyalı 035539 nömrəli X6 təsdiq olunmuş sürətindən görünür ki, Ərizəçi ilə X9 arasında xx.xx.2007-ci il tarixdə 205 nömrəli akt qeydi ilə nikah rəsmiləşdirilmiş, nikah rəsmiləşdirildikdən sonra ərə “Məmmədov”, arvada “Məmmədova” soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin adı, onlara məxsus bütün sənədlərdə “Ərizəçi” kimi göstərilsə də, JN-2614 KOD 50401004 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktında adı müvafiq olaraq “X7” kimi göstərilmişdir. Aktda göstərilən “X7” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi”nın eyni şəxs olmaları, şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-2614 KOD 50401004 saylı Torpağın Mülkiyyətə Hüququna dair Dövlət Aktı, doğum haqqında şəhadətnamələrin surəti, şəxsiyyət vəsiqələrinin surəti ərizəçi tərəfindən, onun özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçilərə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-2614 KOD 50401004 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-2614 KOD 50401004 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar