Məhkəmə qərarları › İş №2(076)-1218/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1218/2024

30.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1218/2024 30.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı və onun vəkili X16 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Vaqif oğluna, Cavabdeh2 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlaka 1/2 hissədə payın müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 Vaqif oğluna və X17 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X28 ilə mərhum X5 birgə nikah dövründə əldə etdiyi (qazandığı) ünvan 6kir şəhəri Ə.Cavad küçəsi ev 14 mənzil 1 (Yeni qaydalarla: AZ 5732, ünvan 1 ünvanının mərhum X28 ilə mərhum X5 birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi və həmin əmlaka mərhum X5 1⁄2 hissədə payının müəyyən edilməsi, ünvan 6kir rayon 1 saylı Notariat ofisində tərtib edilmiş xx.xx.2023-cü il tarixli 2V-2505 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli 2V-2506 və xx.xx.2023-cü il tarixli 2V-2507 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, Cavabdeh1 adına verilmiş dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış və Cavabdeh2 adına verilmiş dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1973-cü ildə ünvan 6kir rayonunda anadan olmuşdur. X10, anası X9r. X3 X10 ilə ayrıldıqdan sonra 1979-cu ildə X28 ilə ailə qurmuşdur. Onların birgə nikahından cavabdehlər yəni Cavabdeh1 və Cavabdeh2 dünyaya gəlmişdir. X3 ilə X10 ayrıldıqdan sonra o anası ilə birlikdə ailə quranadək ünvan 6kir şəhəri Ə.Cavad küçəsi ev 14 mənzil 1 ünvanında yaşamışdır. ünvan 2 Mənzil İstismar Sahəsinin balansında olmuşdur. Sonradan özəlləşdirilərək 2014-cü il tarixdə X18 mülkiyyətinə keçmişdir (X2 ilə nikahda olan müddətdə). X2 xx.xx.2023-cü il tarixdə, X28 isə xx.xx.2023-cü il tarixdə vəfat etmişlər. X28 vəfat etdikdən sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 6kir rayon 1 saylı norariat ofisinə müraciət edərək X14 miras qalmış (ünvan 6kir şəhəri Ə.Cavad küçəsi ev 14 mənzil 1 ünvanına) əmlaka dair Cavabdeh1 3/4 hissədə və Cavabdeh2 ¼ hissədə vərəsəlik hüququ haqqında şəhadətnamələr almışlar. Bundan sonra 11 saylı ünvan 6kir ərazi idarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 3⁄4 hissədə və **********72-05101-093001 Cavabdeh2 1/4 hissədə reyestr nömrəli çıxarış verilmişdir. ünvan 6kir şəhəri Ə.Cavad küçəsi ev 14 mənzil 1 ünvanı mərhum X2 ilə mərhum X28 birgə nikahları dövründə əldə etmişlər. Lakin həmin əmlak sənədləşdirilərkən bütövlükdə mərhum X18 adına mülkiyyət hüququ verilmişdir. Hazırda ünvan 6kir şəhəri Ə.Cavad küçəsi ev 14 mənzil 1 ünvanı tam mülkiyyət hüququ ilə mərhum X18 adına qeydə alındığı üçün mərhum X2nın payına vərəsəlik hüququ ala bilmir. Belə ki, qeyd olunan mənzil mərhum X28 ilə X5 birgə nikah dövründə əldə edilmiş və mərhum X28 ilə mərhum X11 birlikdə həmin ünvanda yaşayıb təsərrüfat idarə etmişlər. Hesab edir ki, ünvan 6kir şəhəri Ə.Cavad küçəsi ev 14 mənzil 1 ünvanı mərhum X28 ilə anası mərhum X5 birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməli və həmin əmlaka mərhum X5 1⁄2 hissədə payı müəyyən edilməlidir. Mülki və ailə qanunvericiliyin tələbinə görə əmlakın ərarvadın birgə əmlakı hesab edilməsi üçün əmlakın kimin adına qeydə alınmasından asılı olmayaraq, həmin əmlakın birgə nikah dövründə ər-arvadın birgə təsərrüfat qurub, birgə qazancları əsasında əldə etmələri ilə şərtlənir. Hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona mərhum X2ndan qalan vərəsə payını vermək istəmədiyi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, ünvan 6kir şəhəri Ə.Cavad küçəsi ev 14 mənzil 1 ünvanı mərhum X28 ilə mərhum X5 birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməli və həmin əmlaka mərhum X5 1⁄2 hissədə payı müəyyən edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzilə görə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməli və şəhadətnamə əsasında verilmiş çıxarış etibarsız hesab edilməlidir. Məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi X30 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mərhum X28 ilə mərhum X5 birgə nikah dövründə əldə etdiyi (qazandığı) ünvan 6kir şəhəri Ə.Cavad küçəsi ev 14 mənzil 1 (Yeni qaydalarla: AZ 5732, ünvan 1 ünvanı mərhum X28 ilə mərhum X5 birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi və həmin əmlaka mərhum X5 1⁄2 hissədə payının müəyyən edilməsi, ünvan 6kir rayon 1 saylı Notariat ofisində tərtib edilmiş xx.xx.2023-cü il tarixli 2V-2505 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli 2V-2506 və xx.xx.2023-cü il tarixli 2V-2507 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş dövlət reyesterində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış və Cavabdeh2 adına verilmiş dövlət reyesterində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili X30 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər, eyni zamanda İddiaçı anası vəfat edən zaman onun yas mərasimində iştirak etmiş, ondan qalmış miras əmlakı faktiki olaraq qəbul etdiyindən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh1 Vaqif oğlu və Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddələrinə əsasən məhkəmə onların məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan **********72-05101-093001 Daşınmaz əmlakın reyestr nömrəli Hüquqlar Dövlət Qeydiyyatı Haqqına Daşınmaz Əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 6kir şəhəri Ə.Cavad küçəsi ev 14 mənzil 1 (Yeni qaydalarla: AZ 5732, ünvan 1 yerləşən mənzil ¾ hissəsində X20 və ¼ hissəsində Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 425 nömrəli X19 tərəfindən verilmiş arayışın təsdiq olunmuş surətindən görünür ki, X28 və X15 xx.xx.1979-cu ildə nikah bağlamışdır. Nikah bağlanandan sonra ərə ”Qurbanov”, arvada “Qurbanova” soyadı verilmişdir. Qeyd edilmişdir ki, nikaha R.A.Qurbanovun xx.xx.2023-cü ildə ölməsi ilə bağlı xitam verilmişdir. İş materiallarında olan XXİİ 583976 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X22 xx.xx.1973-cü ildə anadan olmuşdur. Ata qafasında X29, ana qrafasında X13 qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 396118 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2023-cü ildə ölmüşdür. İş materiallarında olan AZ-İİ 340309 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X28 xx.xx.2023-cü ildə ölmüşdür. İş materiallarında olan 2V-1220 nömrəli vəsiyyətnamədən görünür ki, X28 ona məxsus olan harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaq bütün əmlakını Cavabdeh1 vəsiyyət etmişdir. İş materiallarında olan 2V-2505 nömrəli xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü ildə vəfat etmiş X18 vərəsəsi Cavabdeh2 miras əmlakdan ¼ hissində pay alınmışdır. Şəhadətnamə verilən miras əmlak ünvan 6kir şəhəri Ə.Cavad küçəsi ev 14 mənzil 1 ünvanda yerləşən ümumi sahəsi olan 78,40 km/m olan mənzildir. İş materiallarında olan 2V-2506 nömrəli xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü ildə vəfat etmiş X18 vərəsəsi X20 miras əmlakdan ¼ hissində pay almışdır. Şəhadətnamə verilən miras əmlak ünvan 6kir şəhəri Ə.Cavad küçəsi ev 14 mənzil 1 ünvanda yerləşən ümumi sahəsi olan 78,40 km/m olan mənzildir. İş materiallarında olan 2V-2507 nömrəli xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü ildə vəfat etmiş X18 vərəsəsi X20 miras əmlakdan 2/4 hissində pay alınmışdır. Şəhadətnamə verilən miras əmlak ünvan 6kir şəhəri Ə.Cavad küçəsi ev 14 mənzil 1 ünvanda yerləşən ümumi sahəsi olan 78,40 km/m olan mənzildir. İş materiallarında olan RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ın surətindən görünür ki, ünvan 6kir şəhəri Ə.Cavad küçəsi ev 14 mənzil 1 ünvanda yerləşən 78,4 sahəsi olan mənzil X18 xüsusi mülkiyyətində olmuşdur. Qeydiyyat tarixi xx.xx.2014-cü il qeyd edilmişdir. İş materiallarında olan **********72-05101-093001 reyestr nömrəsi olan texniki pasportundan görünür ki, ünvan 4 ünvanda yerləşən əmlak hüquqi subyekti X28 olmuşdur. Texniki pasport xx.xx.2014-cü ildə tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 08 nömrəli ünvan 6kir rayon İcra Hakimiyyəti Mənzil İstismar Kontorundan tərəfindən verilmiş, 11 saylı ünvan 6kir Ərazi İdarəsi Arxivdən tərəfindən verilmiş arayışın nüsxəndən görünür ki, X6 şəhəri, Ə. Cavad küçəsi 9 yaşayır. Həmin mənzildə X28, onun həyat yoldaşı X12, qızı X22, oğlu Cavabdeh1 Vaqif oğlu, qızı X23 qeydiyyatadır. İş materiallarında olan 3-21-3-40/2-934/2024 nömrəli xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X38 11 Saylı ünvan 6kir Ərazi İdarəsinin tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 5ünvan yeni qaydalarla: AZ 5732, ünvan 6kir rayonu, ünvan 6kir şəhəri, Əhməd Cavad küçəsi, 40, M1, m1) mənzilə dair X18 adına tam mülkiyyət hüququ ilə 26 dekabr 2014-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Əsas: ünvan 6kir rayon İcra Hakimiyyətinin 25 iyul 2009-cu il tarixli, 1 nömrəli orderi və ünvan 6kir rayon İcra Hakimiyyəti Mənzil İstismar Komtorunun 26 iyul 2014-cü il tarixli, 08 nömrəli forma 2 üzrə arayışı. Əmlaka 21 iyul 2023- cü il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarış verilmişdir. Qeyd olunan əmlak ünvan 6kir rayon 1 saylı notariat ofisinin 23 noyabr 2023-cü il tarixli, 2V- 2505, 2V-2506 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri və 23 noyabr 2023-cü il tarixli, 2V-2507 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında Cavabdeh2 (onun adına 14 dekabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilib, mülkiyyət payı hissə) və Cavabdeh1 (onun adına 15 dekabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilib, mülkiyyət payı 3/4 hissə) adlarına özgəninkiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş ünvan 6kir rayonu İcra Hakimiyyəti Mənzil İstismar Kontoru tərəfindən verilmi xx.xx.2014-cü il tarixli 08 nömrəli arayışdan görünür ki, ünvan 6kir şəhəri Ə. Cavad küçəsi 9 saylı kommunal evində yaşayan X18 evi 1982-ci il tarixdə tikilmişdir. İş materiallarında olan 63 nömrəli xx.xx.2024-cü il tarixli ünvan 6kir şəhər Mənzil İstismar Kontoru tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 6kir şəhər Ə.Cavad küçəsi 9 saylı mənzildə X28 və X11 1980-ci ildən vəfat etdikləri tarixə kimi birgə yaşamışlar. Həmin mənzil X18 adına xx.xx.2009-cu ildə orderləşdirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, mübahisə predmeti olan ünvan 6kir şəhəri Ə.Cavad küçəsi ev 14 mənzil 1 (Yeni qaydalarla: AZ 5732, ünvan 1 ünvanında yerləşən mənzil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 atası X18 mülkiyyətindədir. Ramiz X1 ilə xx.xx.1979-cu ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. X7 X29 ilə birgə nikahından xx.xx.1973-cü təvəllüdlü X22 anadan olmuşdur. X28 və Qurbanova (Cəfərova) Brilyant Yusif qızının birgə nikah dövründə Cavabdeh1 və Cavabdeh2 adlı iki övladı olmuşdur. X28 və X11 vəfat etdikləri tarixə kimi ünvan 6kir şəhəri Ə.Cavad küçəsi ev 14 mənzil 1 ünvanında birgə yaşamışlar. Həmin mənzil X18 adına xx.xx.2009-cu ildə orderləşdirilmiş və öz adına xx.xx.2014-cü ildə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış almışdır. Mənzilin yerləşdiyi bina 1982-ci ildə tikilmişdir. X28 xx.xx.2022-ci ildə ona məxsus olan harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaq bütün əmlakını Cavabdeh1 vəsiyyət etmişdir. xx.xx.2023-cü ildə X11 və X28 xx.xx.2023-cü ildə vəfat etmişlər. Həmin fakt əsasında Cavabdeh1 ünvan 6kir rayon 1 saylı ünvan 6kir rayon Notariat ofisinə müraciət etmiş və xx.xx.2023 vərəsəlik işi açılmışdır. Həmin iş üzrə X14 qalan miras ünvan 6kir rayonu, ünvan 6kir şəhəri, Əhməd Cavad küçəsi, 14, M1 yerləşən mənzilin Cavabdeh1 3/4 hissədə və Cavabdeh2 1/4 hissədə payı müəyyən edilmişdir. Bundan sonra 11 saylı ünvan 6kir ərazi idarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 3⁄4 hissədə və **********72-05101-093001 Cavabdeh2 1/4 hissədə reyestr nömrəli çıxarış verilmişdir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, mübahisəli daşınmaz əmlak mərhum X28 ilə mərhum X5 nikahda olduqları dövrdə əldə edilmiş və X43 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Belə ki, iş materiallarından görünür ki, mərhum X28 ilə mərhum X11 nikahlarını 1979-cu il tarixdə rəsmiləşdirilmiş, mübahisəli mənzilin yerləşdiyi bina isə 1982-ci il tarixdə tikilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarının 4.8-ci bəndində qeyd edilir ki, birgə nikah dövründə xidməti və sair fəaliyyətinə görə qulluq illəri və/və ya ailə üzvlərinin sayı nəzərə alınmaqla ər-arvada verilən əmlak da (məsələn, müəyyən müddət ərzində qüsursuz xidmətlərinə görə hərbçilərə dövlət tərəfindən verilən yaşayış sahələri) ümumi birgə mülkiyyət hesab edilə bilər. Belə ki, həmin əmlak ərə (arvada) pul vəsaiti qarşılığında verilməsə də, birgə nikah dövründə onun çəkdiyi zəhmət, əmək və digər səylərin əvəzi kimi təqdim edilir. Odur ki, müəyyən nailiyyətlərinə, o cümlədən uzun illər qüsursuz fəaliyyətinə görə işçilərə (dövlət qulluqçularına, hərbi qulluqçulara və sair) verilən əmlak (əşya, hüquq, vəsait) bağışlama kimi qəbul oluna bilməz. Çünki Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən hədiyyə verənin öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirdiyi əqd hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməlidir. Lakin sözügedən halda əmlak ərə (arvada) əsasən onların uzun müddətli səmərəli xidməti qarşılığında verilir. Başqa sözlə, bu vəziyyətdə söhbət bağışlamadan deyil, əmək (qulluq) fəaliyyəti qarşılığında verilən əmlakla bağlı olduğundan Ailə Məcəlləsinin 32-ci maddəsinin təsir dairəsinə düşür. Bununla yanaşı, hər bir işin hallarından, o cümlədən ərə (arvada) müvafiq güzəşti əldə etmək üçün tələb olunan dövrün hansı hissəsinin birgə nikaha düşdüyü, əmlakın verilməsinin məqsədləri və təyinatı, əmlak verilərkən ailə vəziyyətinin (ailə üzvlərinin sayının) nəzərə alınıb-alınmamasından asılı olaraq, belə əmlak ər-arvadın ümumi mülkiyyəti hesab edilsə də, tərəflərin həmin əmlak üzərində payları bərabər müəyyən olunmaya bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı əmlakdakı payları bərabər hesab edilir. Buna görə də məhkəmə hesab edir ki, mərhum X28 ilə mərhum X11 birgə nikahda olduqları müddətdə ünvan 6kir şəhəri Ə.Cavad küçəsi ev 14 mənzil 1 (Yeni qaydalarla: AZ 5732, ünvan 1 ünvanında yerləşən mənzili əldə etdiklərindən həmin mənzil birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməli və mənzil üzərində X5 ½ hissədə payı müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin ünvan 6kir rayon 1 saylı Notariat ofisində tərtib edilmiş xx.xx.2023-cü il tarixli 2V-2505 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli 2V-2506 və xx.xx.2023-cü il tarixli 2V-2507 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Cavabdeh1 adına verilmiş dövlət reyesterində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış və Cavabdeh2 adına verilmiş dövlət reyesterində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışların ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, məhkəmə iclasında işin tədqiq edilmiş digər halları ilə müəyyən edilir ki, mərhum X14 miras qalmış və X21 Qurbanovanın birgə mülkiyyətində olan ünvan 6kir şəhəri Ə.Cavad küçəsi ev 14 mənzil 1 (Yeni qaydalarla: AZ 5732, ünvan 1 ünvanında yerləşən mənzilin X8 aid hissəsini onun birinci növbə vərəsələrindən qızı İddiaçı ondan qalmış mirası faktiki idarə etməklə qəbul etməsə də, X5 yas mərasimində iştirak etməklə həmin mirası qəbul etməkdən imtina da etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1.-ci madəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Məhkəmə qeyd edir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qeyd olunanlara əsasən həmçinin müəyyən edilir ki, Cavabdeh1 və Cavabdeh2 mərhum ataları X14 miras qalmış ünvan 6kir şəhəri Ə.Cavad küçəsi ev 14 mənzil 1 (Yeni qaydalarla: AZ 5732, ünvan 1 ünvanında yerləşən mənzilə münasibətdə mirası vəsiyyətnamə və qanun üzrə vərəsə olaraq Cavabdeh1, yalnız qanun üzrə vərəsə olaraq Cavabdeh2 qəbul etməklərini bildirməklə 2023-cü ildə notariat ofisinə müraciət edərək, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında X18 mülkiyyətində olan ünvan 6kir şəhəri Ə.Cavad küçəsi ev 14 mənzil 1 (Yeni qaydalarla: AZ 5732, ünvan 1 ünvanında yerləşən mənzilə dair Cavabdeh1 1/4 hissədə pay verilməsi barədə xx.xx.2023-cü il tarixli 2V-2506 nömrəli, Cavabdeh1 2/4 hissədə pay verilməsi barədə xx.xx.2023-cü il tarixli 2V- 2507 nömrəli, Cavabdeh2 1/4 hissədə pay verilməsi barədə xx.xx.2023-cü il tarixli 2V-2505 nömrəli nömrəli şəhadətnamələr əldə etmişlər və həmin şəhadətnamələr əsasında miras əmlakla bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh2 və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh1 mülkiyyət hüququ əldə etmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, vəsaiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnamələr verilərkən həmin hüquq münasibətləri yaranan zaman qüvvədə olan Mülki Məcəllənin tələbləri eyni zamanda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 96-cı maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq, özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. ünvan 6kir rayon 1 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-2506 nömrəli, xx.xx.2023-cü il tarixli 2V-2507 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və xx.xx.2023-cü il tarixli 2V-2505 nömrəli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən ünvan 6kir şəhəri Ə.Cavad küçəsi ev 14 mənzil 1 (Yeni qaydalarla: AZ 5732, ünvan 1 ünvanında yerləşən mənzilin X11 ilə birgə nikah dövründə əldə edilmiş əmlak olmasını, Brilyant Qurbanovanın həmin mənzilin 1/2 hissəsinə payının olmasını, onun vərəsələrin dairəsini və vərəsələrin ondan qalmış miras əmlakı faktiki surətdə qəbul etmələrinə və mirasdan imtina etməmələrinə diqqət yetirməmiş, mirası qəbul etmiş vərəsələrə məlumat verməmiş, nəticədə sözügedən şəhadətnamələr verilmişdir ki, həmin şəhadətnamələr də etibarsızdır. Qeyd olunanlara əsasən məhkəmə yekun olaraq nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, ünvan 6kir şəhəri Ə.Cavad küçəsi ev 14 mənzil 1 (Yeni qaydalarla: AZ 5732, ünvan 1 ünvanında yerləşən mənzil mərhum X28 ilə X5 birgə nikah dövründə əldə edilmiş əmlakı hesab edilməli, mənzil üzərində X5 ½ hissədə payı müəyyən edilməli, ünvan 6kir rayon 1 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-2506 nömrəli, xx.xx.2023-cü il tarixli 2V-2507 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və xx.xx.2023-cü il tarixli 2V-2505 nömrəli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras əmlaka dair Cavabdeh1, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında miras əmlaka dair Cavabdeh1 və Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ünvan 6kir şəhəri Ə.Cavad küçəsi ev 14 mənzil 1 (Yeni qaydalarla: AZ 5732, ünvan 1 ünvanında yerləşən mənzilə dair hissədə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 6kir şəhəri Ə.Cavad küçəsi ev 14 mənzil 1 (Yeni qaydalarla: AZ 5732, ünvan 1 ünvanında yerləşən mənzil X28 ilə X5 birgə nikah dövründə əldə edilmiş əmlakı hesab edilsin. ünvan 6kir şəhəri Ə.Cavad küçəsi ev 14 mənzil 1 (Yeni qaydalarla: AZ 5732, ünvan 1 ünvanında yerləşən mənzil üzərində X5 ½ hissədə payı müəyyən edilsin. ünvan 6kir rayon 1 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-2506 nömrəli, xx.xx.2023-cü il tarixli 2V-2507 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və xx.xx.2023-cü il tarixli 2V-2505 nömrəli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin və həmin vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras əmlaka dair Cavabdeh1, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında miras əmlaka dair Cavabdeh1 və Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ünvan 6kir şəhəri Ə.Cavad küçəsi ev 14 mənzil 1 (Yeni qaydalarla: AZ 5732, ünvan 1 ünvanında yerləşən mənzilə dair hissədə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ünvan 6kir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar