Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1240/2024 25.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin məhrum anası X2 barəsində tətbiq etdiyi 777 manat məbləğində borcun əsassız hesab edilərək hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeyd olunan ünvanda yerləşən, onun ailəsinə məxsus fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Cavabdehin nümayəndəsinin mərhum anası-X3 ilə bağlanmış müqaviləsi əsasında mavi qazdan istifadə edərək sərf olunan qazın sərfiyyat xərcini qaz xəttinə quraşdırılmış qaz sayğacının hesablaması üzrə mütəmadi olaraq ödəmişlər. Anasının xx.xx.2012-ci ildə vəfatından sonra da həmin ev və qaz sayğacı onun ailəsinin, anasının hüquqi varisi olaraq onun sahibliyində və istifadəsində olmuşdur. Ancaq, cavabdehin əməkdaşları qazdan istifadəçi olaraq onunla yeni müqavilə bağlamadıqlarından sayğac anasının adında qalmışdır. xx.xx.2023-cü il tarixdə evinə əvvəldən quraşdırılmış qaz sayğacının cavabdehin əməkdaşları tərəfindən dəyişdirilərək yenisi ilə yəni, **********287 saylı Zenner 64 markalı sayğacla əvəz edilmişdir. Ancaq, həmin vaxt cavabdehin əməkdaşları tərəfindən dəyişdirilmiş əvvəlki sayğacda hər hansı qüsurun olması barədə ev sahibi olaraq onlara heç bir məlumat verilməmişdir. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş «Qazdan istifadə qaydalırın pozulması haqqında» xx.xx.2023-cü il tarixli ******* №-li aktın nə vaxt kimlərin iştirakı ilə tərtib edilməsindən ev sahibi olaraq onun və ailə üzvlərinin xəbəri olmamışdır. Həmin aktda evində istifadə etdiyi mavi qazın sərfiyyatının ölçülməsi üçün istifadə etdiyi sayğacının «çıxış plastmas borusunun deşilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi» qeyd edilmişdir. Nəticədə mərhum anası Flora Sadıqovanın barəsində 777 (yeddi yüz yetmiş yeddi) manat məbləğində əsassız borc hesablanaraq mərhum anasının adına yazılmışdır. Cavabdehin onlara qarşı tətbiq etdiyi əsassız borc heç bir reallığı əks etdirmir, Ona görə də əsassız olaraq borclu hesab edildiyi 777 (yeddi yüz yetmiş yeddi) manat pulun mərhum anasının hesabından silinməsini ədalətli nəticə hesab edir. Ona görə də, cavabdehin məhrum anası X2 barəsində tətbiq etdiyi 777 manat məbləğində borcun əsassız hesab edilərək hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək hesablanmış 777 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir şəhəri, Ata Türk küç, ev-1, mən-6 ünvanında abonent X2 adına olan abonentin saldosundan görünür ki, onun abonent hesabına 2023cü ilin sentyabr ayına 777,60 manat borc hesablanmışdır. İş materialında olan MSK-14-2-2/3-5-10231/Q002 nömrəli aktdan görünür ki, **********287 zavod seriyası olan sayğaca baxış keçirilmişdir, sayğacın çıxış plastmas borusu deşilməsi, xətalar normadan artıq olması, sayğacının nominal və minimal sərfiyyatda -100% nisbi xəta ilə işləməsi, hesablanma mexanizmimin nominal, minimal, sərfiyyatda keçən qazın həcminin qeyd edilməməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın surətindən görünür ki, Cavabdeh İB-dən daxil olan xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-10231/Q02 saylı akta əsasən **********287 nömrəli sayğacın plastmas borusunun deşilməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, “AKT” ******* nömrəli akt əsasında 6480 m3 qaz itkisi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 129 nömrəli Şəmkir Rayon Qeydiyyat şöbəsinin tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.1972-ci ildə anadan olmuşdur. X1, anası X3 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 129 nömrəli Şəmkir Rayon Qeydiyyat şöbəsinin tərəfindən verilmiş arayışdan görünür ki, X3 xx.xx.2012-ci ildə ölmüşdür. iş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, Sadıqova Flora yaşadığı ünvanda quraşdırılmış Zenner tipli, G-4 markalı, **********287 nömrəli qaz sayğacı yeni Zenner tipli, G-4 markalı, **********287 nömrəli qaz sayğacı ilə əvəz edilmiş, səbəb kimi “yivli birləşməsinin ləğvi” qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı hazırki idda tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Hazırki işin faktiki hallarından müəyyən olunur ki, Şəmkir şəhəri, Atatürk küçəsi ev 01, mənzil 6 olan fərdi yaşayış evinin təbii qazla təmin edilməsi üçün Cavabdeh İB ilə X2 (iddiaçının anası) arasında təbii qazın alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Həmin yaşayış evi isə hazırda iddiaçının qanuni istifadəsindədir, o, orada ailəsi ilə birlikdə yaşadığından qazdan istifadəyə görə həmin evə hesablanmış borc məbləğinin ödənilməsi onun öhdəliyindədir. Belə olan halda, iddiaçı istifadəsində olan evdə qazdan istifadəyə görə hesablanmış borcun silinməsini tələb etmək üçün subyektiv hüquqa malikdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac müvəqqəti olaraq yenisi ilə əvəzlənmiş, həmin vaxt sayğacın dəyişdirilməsi səbəbi kimi “yivli birləşməsinin ləğvi” qeyd edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və sayğacın çıxış plastmas borusunun deşilməsi müəyyən edilmişdir. Buna görə, itirilmiş qaz hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 777,60 manat pul tələb edilir. Tərəflər arasında mübahisə Zenner tipli G-4 markalı, **********287 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, qaz itkisinə yol verildiyinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 777,60 manat borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 777,60 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, sayğac çıxarılan zaman abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı sübut təqdim edilmədiyindən, ümumiyyətlə çıxarıldıqdan sonra sayğacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Şəmkir şəhəri, Ata Türk küç, ev-1, mən-6 ünvanında yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə akt əsasında abonent X2 adına hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1240/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1240/2024
25.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver