Məhkəmə qərarları › İş №2(076)-1268/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1268/2024

14.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1268/2024 14.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, Ərizəçi1, ərizəçilərin nümayəndəsi Nümayəndə, Maraqlı şəxs4 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 (maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 (maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4) “hüquqi əhəmiyyəti olan faktın müəyyən” edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa Mülkiyyət Hüququna dair JN-0975, KOD 50401004 saylı Dövlət aktının onlara yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və xx.xx.2008-ci ildə vəfat etmiş X14 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 97 saylı qərarı ilə Şəmkir şəhər (köhnə Morul kəndi) ərazisindən 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun, mərhum X11 (atası), Ərizəçi2 (anası), Ərizəçi3 (oğlunun), Maraqlı şəxs2 (arvadı), Maraqlı şəxs3 (oğlunun) və Maraqlı şəxs4 (oğlunun) mülkiyyətinə verilmiş və onların adlarına torpağa mülkiyyət hüququna dair JN-0975, KOD 50401004 saylı Dövlət aktı verilmişdir. X4 xx.xx.2008-ci ildə vəfat etmişdir. Onlar qeyd olunan torpaq sahəsinə dair müvafiq çıxarış almaq üçün maraqlı şəxs 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etdikdə həmin idarədən bildirildi ki, şəhadətnamədə onun ata adı "Rahib", mərhum anası X11 adı "Rahib", anası Ərizəçi2 ata adı yazılmamaqla bərabər adı "Gülüstan” və Ərizəçi3 adı "Əhməd" kimi qeyd olunub. Qeyd olunan səhvlərin aradan qaldırılması üçün 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən yazılı olaraq məhkəməyə müraciət etməyi tövsiyə olundu. Qeyd edilənlərə əsasən Torpağa Mülkiyyət Hüququna dair JN-0975, KOD 50401004 saylı Dövlət aktının onlara yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və xx.xx.2008-ci ildə vəfat etmiş X14 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X18 və ərizəçilərin nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs4 ərizəni təmin edilməsinə etirazı olmadığını bildirmişdir Maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi, Maraqlı şəxs2 və Maraqlı şəxs3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06 oktyabr 2023-cü il tarixli 3-21-3-40/2-70367-35/23 nömrəli Ərizəçi1 nümayəndəsi X2 müraciəti əsasında Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsinin tərəfindən göndərilmiş məktubundan görünür ki, təqdim edilmiş JN-0975, kod-50401004 saylı “Dövlət Aktı”nda qeyd olunan bəzi mülkiyyətçilərin ad və ata adı ilə “şəxsiyyət vəsiqəsi”ndə olan ad arasında səhvlik mövcuddur. Amma ad, soyad və ata adlarında olan hər hansı bir səhvliyə düzəliş edilməsi və yaxud eyniliyinin təsdiq edilməsi idarənin səlahiyyətləri xərcindədir. Bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 3263 nömrəli X10 tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi3 xx.xx.1994-cü ildə andan olmuşdur. Atası Ərizəçi1 Rahib oğlu, anası Maraqlı şəxs2 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 3263 nömrəli X10 tərəfindən verilmiş arayışdan görünür ki, X17 xx.xx.2008-ci ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 404 nömrəli X10 tərəfindən verilmiş arayışdan görünür ki, X18 ilə X1 nikahı haqqında 01 iyun 1957-ci il tarixdə 21№-li qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Əhmədov”, arvada “Əhmədova” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 3263 nömrəli X10 tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi1 ilə X8 nikahı haqqında 06 iyul 1990-cı il tarixdə 114№-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Əhmədov”, arvada “Əhmədova” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 3263 nömrəli X10 tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi1 xx.xx.1959-cu ildə anadan olmuşdur. X5, Ərizəçi2 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 404 nömrəli X10 tərəfindən verilmiş arayışdan görünür ki, X18 xx.xx.2008-ci ildə ölmüşdür. İş materiallarında olan JN-0975 (KOD ********) olan, Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktından görünür ki, 22 iyun 2003-cü ildə X9, Əhmədova Gülüstana, Ərizəçi1 Rahib oğluna, Maraqlı şəxs2, X12, Maraqlı şəxs4, X15 Şəmkir rayon Aqrar İslahatı Komissiyasının 22 iyul 2003-cü il tarixli 97 saylı qərarı əsasında Şəmkir rayon, Morul kəndində yerləşən 0.63 hektar torpaq sahəsi verilmişdir. Şəmkir şəhəri İnzibati Ərazi Dairəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, JN-0975 kod 50401004 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktındakı mülkiyyətçilər X18(mərhum), Ərizəçi2, Ərizəçi1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Ərizəçi3 ibarətdir. JN-0975 kod 50401004 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında, X11 adı səhvən X3, Ərizəçi2 adı ata adı səhvən Əhmədova Gülüstan kimi, Ərizəçi1 ata adı səhvən Ərizəçi1 Rahib oğlu kimi, Ərizəçi3 adı səhvən X6 göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərin və vəfat etmiş şəxsin adı, onlara məxsus bütün sənədlərdə “X25”, “Ərizəçi2”, ”Ərizəçi1”, “Ərizəçi3” kimi göstərilsə də, JN-0975 KOD 50401004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında adı müvafiq olaraq “X16”, “Əhmədova Gülüstan”, “Ərizəçi1 Rahib oğlu”, ”X20” kimi göstərilmişdir. Aktda göstərilən “X16”, “Əhmədova Gülüstan”, “Ərizəçi1 Rahib oğlu”, ”X20” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “X25”, “Ərizəçi2”, ”Ərizəçi1”, “Ərizəçi3”nun eyni şəxs olmaları, şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-0975 KOD 50401004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı, arayışları, şəxsiyyət vəsiqələrinin surəti ərizəçi tərəfindən, onun özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçilərə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-0975 KOD 50401004 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın X14, Ərizəçi2 , Ərizəçi1, Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-0975 KOD 50401004 nömrəli “Torpağa Mülkiyyət Hüqununa dair Dövlət Aktı”nın X14, Ərizəçi2, Ərizəçi1, Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar