Məhkəmə qərarları › İş №2(076)-1275/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1275/2024

14.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1275/2024 14.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, Ərizəçi2 oğlunun nümayəndəsi X8 və Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 oğlunun (maraqlı şəxs: Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi1 və Ərizəçi2 oğlu “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməs”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN-1059, KOD 50401004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktının onlara, yəni Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər ərizəsini onunla əsaslandırmışdır ki, ərizəçilər hazırda Şəmkir şəhərində yaşayırlar. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 22 iyul 2003-cü il tarixli, 97 saylı qərarı ilə bir ərizəçilərin, digər ailə üzvləri X8, X4, X2 ümumi birgə mülkiyyətinə 0.45 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN- 1059 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında Ərizəçi1 qızının adı "Sona" kimi, Ərizəçi2 adı "Sakit" kimi göstərilmişdir. Ancaq onların bütün sənədlərində soyadı, adı və atalarının adı Ərizəçi1 və Ərizəçi2 qeyd edilmişdir. Onlar mülkiyyətində olan torpaq sahəsini satmaq istəyirlər, lakin adlarında yanlışlıq olduğundan torpaq sahəsi ilə bağlı sənədləşmə işlərini apara bilmirlər. Hazırda qeyd olunan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında olan yanlışlığı aradan qaldıra bilmirlər. DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən onların tələblərindən imtina edilərək, məhkəməyə müraciət etməyi bildirmişlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Ərizəçi1 və Ərizəçi2 oğlunun nümayəndəsi X31 oğlu ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi və Ərizəçi1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçilərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli 444 nömrəli X20 tərəfindən verilmiş arayışdan görünür ki, X6 və X9 xx.xx.2009-cu ildə nikah bağlamışlar. Nikah bağlanandan sonra ərə “Əmiraslanov”, arvada “Əmiraslanova” soyadı verilmişdir. İş materiallarında olan Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi2 xx.xx.1994-cü ildə anadan olmuşdur. X1, X12 qeyd edilmişdir. İş materiallarında olan, Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X9 xx.xx.1989-cu ildə anadan olmuşdur. X3, anası X17 qeyd edilmişdir. İş materiallarında olan JN-1059 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının təsdiq olunmuş sürətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 22 iyul 2003-cü il tarixli, 97 saylı qərarı ilə X13, X7, X5, X10, X11 Şəmkir rayon, Morul kəndinin ərazisində yerləşən 0.45 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli **********17 nömrəli Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş məktubdan görünür ki, Ərizəçi2 və ailə üzvlərinə məxsus olan, Şəmkir şəhərində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN-1059 saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nda səhv yazılmış ada düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərin adı və ata adı, onlara məxsus bütün sənədlərdə “Əmiraslanova (Məmmədova) Selnaz Ələkbər qızı” və “Ərizəçi2 oğlu” kimi göstərilsə də, JN-1059 KOD 50401004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında adları “X18” və “X19” kimi göstərilmişdir. Dövlət Aktında göstərilən “X18” və “X19” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Əmiraslanova (Məmmədova) Selnaz Ələkbər qızı”nın və “Ərizəçi2”nun eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-1059 KOD 50401004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının, X20 tərəfindən verilmiş arayışlar, şəxsiyyət vəsiqəsinin surəti ərizəçilər tərəfindən, onların özlərinə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər və həmin sənəd ərizəçilərə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-1059 KOD 50401004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi1 və Ərizəçi2 oğluna məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305- 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-1059 KOD 50401004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi1 və Ərizəçi2 oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar