Məhkəmə qərarları › İş №2(076)-1285/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1285/2025

18.02.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1285/2025 18.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində bağlanılmış 10 iyul 2024–cü il tarixli MŞG/MT–033/2024–00386 saylı barışıq sazişinin təsdiq edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs 2005–ci il tarixdə evlənmiş, birgə nikahdan xx.xx.2008–ci il tarixdə Hüseyn, xx.xx.2013–cü il tarixdə Həsən və xx.xx.2021–ci il tarixdə Məhəmməd adlı uşaqları doğulmuşdur. Lakin ailə münasibətlərinin pozulması zəmnində ayrılmışlar. Bundan sonra alimentin təyin edilməsi məqsədilə Mediasiya Şurasına müraciət etmiş və mediator tərəfindən 10 iyul 2024–cü il tarixli MŞG/MT–033/2024–00386 saylı barışıq sazişi təsdiq olunmuşdur. Həmin sazişə əsasən Maraqlı şəxs xx.xx.2008–ci il tarixdə doğulmuş Hüseyn, xx.xx.2013–cü il tarixdə doğulmuş Həsən və xx.xx.2021–ci il tarixdə doğulmuş Məhəmməd adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 150 manat alimenti ödəməyi öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs xx.xx.2024–cü il tarixdən başlayaraq, uşaqların saxlanması üçün ödəməli olduğu alimenti ödəməmiş, bununla da hazırki vaxtadək öhdəliyini yerinə yetirməyərək aliment ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən məcbur olub barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, mediasiya prosesi nəticəsində Maraqlı şəxs ilə bağlanılmış 10 iyul 2024–cü il tarixli MŞG/MT–033/2024–00386 saylı barışıq sazişinin təsdiq edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə edərək, əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mediasiya Şurasında cavabdehlə arasında bağlanmış 10 iyul 2024–cü il tarixli MŞG/MT– 033/2024–00386 saylı barışıq sazişinə əsasən Maraqlı şəxs xx.xx.2024–cü il tarixdən başlayaraq, xx.xx.2008–ci il tarixdə doğulmuş Hüseyn, xx.xx.2013–cü il tarixdə doğulmuş Həsən və xx.xx.2021–ci il tarixdə doğulmuş Məhəmməd adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 150 manat alimenti ödəməyi öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs hazırki vaxtadək öhdəliyini yerinə yetirməyərək aliment ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən məcbur olub barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, mediasiya prosesi nəticəsində Maraqlı şəxs ilə bağlanılmış 10 iyul 2024–cü il tarixli MŞG/MT–033/2024–00386 saylı barışıq sazişinin təsdiq edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2008–ci il tarixdə rəsmi nikah bağlanmışdır. İşdə doğum haqqında şəhadətnamələrdən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi birgə nikahından xx.xx.2008–ci il tarixdə Hüseyn, xx.xx.2013–cü il tarixdə Həsən və xx.xx.2021–ci il tarixdə Məhəmməd adlı uşaqları doğulmuşdur. İşdə olan Mediasiya Şurasının 10 iyul 2024–cü il tarixli MŞG/MT–033/2024– 00386 saylı barışıq sazişindən görünür ki, Maraqlı şəxs xx.xx.2008–ci il tarixdə doğulmuş Hüseyn, xx.xx.2013–cü il tarixdə doğulmuş Həsən və xx.xx.2021–ci il tarixdə doğulmuş Məhəmməd adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, üç uşaq üçün 450 manat sabit pil məbləğində alimenti Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, Mediasiya Şurasının 10 iyul 2024–cü il tarixli MŞG/MT–033/2024–00386 saylı barışıq sazişinə əsasən Ərizəçi və Maraqlı şəxs barışıq sazişi bağlamış, həmin sazişə əsasən Maraqlı şəxs xx.xx.2024–cü il tarixdən başlayaraq, xx.xx.2008–ci il tarixdə doğulmuş Hüseyn, xx.xx.2013–cü il tarixdə doğulmuş Həsən və xx.xx.2021–ci il tarixdə doğulmuş Məhəmməd adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 150 manat alimenti Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs barışıq sazişini könüllü qaydada icra etməmiş, bu səbəbdən ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM–nin 305.1.17–ci maddəsinin tələblərinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355–23.1–ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2.1–ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355–24–cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1–ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355–25.1–ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355–25.2–ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355–25.3–cü maddəsinin tələblərinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355–26–cı maddəsində sadalanmış halların olub–olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1–ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3–cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4–cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5–ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 10 iyul 2024–cü il tarixli MŞG/MT–033/2024– 00386 saylı barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki–Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki–Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış, xx.xx.2024–cü il tarixdən başlayaraq, xx.xx.2008–ci il tarixdə doğulmuş Hüseyn, xx.xx.2013–cü il tarixdə doğulmuş Həsən və xx.xx.2021–ci il tarixdə doğulmuş Məhəmməd adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs hər ay hər uşaq üçün 150 manat məbləğində alimenti Ərizəçi verməsi barədə 10 iyul 2024–cü il tarixli MŞG/MT–033/2024–00386 saylı barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar