Məhkəmə qərarları › İş №2(076)-1309/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1309/2023

23.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1309/2023 23.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs: Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-1423A KOD 50402016 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin onlara, yəni Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, JN - 1423A KOD 50402016 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında onlara və ailə üzvlərinə 0.07 hektar torpaq sahəsi verilmişdir. Lakin, onların ailəsinə verilən JN - 1423A KOD 50402016 saylı Torpağın Mülkiyyət verilməsi şəhadətnaməsində Ərizəçi1 adı “Nurlanə”, Ərizəçi2 adı Gövhər kimi səhv qeyd edilmişdir. Qeyd edilən səhvlərin düzəldilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə rəsmi müraciət etmiş, ona rəsmi şəkildə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi1 və Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 05/09İS/105414-23 nömrəli arayışdan görünrü ki, X5 ailə üzvləri aşağıdakı şəxslərdən ibarətdir: X4 (arvadı), X11 (oğlu), Ərizəçi2 (qızı) və Ərizəçi1 (qızı). İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1994-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan AZ-İİ № 149521 nömrəli xx.xx.2016-cı il tarixli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 ilə X8 xx.xx.2016-cı il tarixdə Gəncə “ASAN Xidmət” X7 nikaha daxil olmuş, bu barədə 2006 nömrə ilə qeydiyyat aparılmışdır. Nikaha daxil olduqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Ərizəçi1 xx.xx.1995-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan, JN-1423A KOD 50402016 saylı Torpağın Mülkiyyət verilməsi Şəhadətnaməsinin surətindən görünür ki, Şəmkir rayonunda yerləşən 0,07 hektar torpaq sahəsi X13, X4, X11, X9 və X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan olan Azərbaycan Respublikası Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Çinarlı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 320 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, həqiqətən JN-1423A KOD 50402016 saylı Torpağın Mülkiyyət verilməsi X1, X4, X11, Məmmədova (İsmayılova) Kövsər Yusif qızı və Ərizəçi1 mülkiyyətçilərdir. JN-1423A KOD 50402016 saylı Torpağın Mülkiyyətə verilməsi Şəhadətnaməsində Məmmədova (İsmayılova) Kövsər Yusif qızının adı səhv olaraq Gövhər kimi, Ərizəçi1 adı səhv olaraq Nurlanə kimi yazılmışdır. Məmmədova (İsmayılova) Kövsər Yusif qızı və X9, Ərizəçi1 və X6 eyni şəxslərdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən X10 ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, ona və ailə üzvlərinə məxsus Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən 0.07 ha torpaq sahəsinin Torpağın mülkiyyətə verilməsinə dair JN-1423A saylı şəhadətnaməsində səhv yazılmış adlara düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərin adları, onlara məxsus bütün sənədlərdə “Kövsər” və “Türkan” kimi göstərilsə də, JN-1423A KOD 50402016 saylı Torpağın Mülkiyyətə verilməsi Şəhadətnaməsində adları müvafiq olaraq “Gövhər” və “Nurlanə” kimi göstərilmişdir. Şəhadətnamədə göstərilən “X9” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “X8”nın, eyni zamanda Şəhadətnamədə göstərilən “X6” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi1”nın eyni şəxs olmaları, şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-1423A KOD 50402016 saylı Torpağın Mülkiyyətə verilməsi Şəhadətnaməsinin, doğum haqqında şəhadətnamələrin surəti, nikah haqqında şəhadətnamənin surəti, şəxsiyyət vəsiqələrinin surəti ərizəçi tərəfindən, onun özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçilərə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-1423A KOD 50402016 saylı Torpağın Mülkiyyət verilməsi Şəhadətnaməsinin Ərizəçi1 və İsmayılova (Məmmədova) Kövsər Yusif qızına məxsus olması faktı müəyyən edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-1423A KOD 50402016 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə”nin Ərizəçi1 və İsmayılova (Məmmədova) Kövsər Yusif qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar