Məhkəmə qərarları › İş №2(076)-1331/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1331/2024

14.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1331/2024 14.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçil’r Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs: Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi) “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-682A (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin və JN-1947 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının onlara, yəni Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər ərizəsini onunla əsaslandırmışlar ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli, 52 saylı qərarı ilə ərizəçilərin və onların ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0.12 ha həyətyanı torpaq sahəsi və 1.38 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. O, Ərizəçi1 ailə qurduqdan sonra soyadı "Abdullayeva" olmuşdur. JN-682A (KOD ********) Torpağın Mülkiyyətə verilməsinə dair saylı Şəhadətnamədə və JN-1947 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında Ərizəçi1 adı yanlış olaraq "Simnarə" əvəzinə "Samirə" kimi qeyd edilmişdir. JN-682A (KOD ********) saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə və JN-1947 (KOD ********) saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında Ərizəçi2 ata adı yanlış olaraq "Sakit" əvəzinə "Sabir" kimi qeyd edilmişdir. Ancaq ərizəçilərin bütün sənədlərində soyadları, adları və ataların adı Abdullayeva Simnarǝ Sabir qızı və Ərizəçi2 qeyd edilmişdir. Onların adlarında yanlışlıq olduğundan mülkiyyətlərində olan torpaq sahəsi ilə bağlı sənədləşmə işlərini apara bilmirlər. Hazırda qeyd olunan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında və Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə olan yanlışlığı aradan qaldıra bilmirlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçilərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 13 oktyabr 2023-cü il tarixli 3-21-3-40/2-5907/23 İ- 0161-35/23 nömrəli Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən göndərilmiş məktubdan görünür ki, təqdim edilmiş JN- 682A, kod-50400058 saylı “Şəhadətnamə”də və JN-1947, kod-5040058 saylı “Dövlət Aktın”da qeyd olunan ad və ata adı ilə “şəxsiyyət vəsiqəsi”ndə olan ad arasında səhvlik mövcuddur. Amma ad və soyadlarında olan hər hansı bir səhvliyin düzəliş edilməsi və yaxud eyniliyinin təsdiq edilməsi idarənin səlahiyyətləri xaricindədir. Bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında JN-1947 KOD 50400058 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli, 52 nömrəli qərarı ilə X8, X3, X9, X6, X4, Ərizəçi2 Sabir qızına, X5 və X10 Şəmkir rayon, Düyərli kəndi ərazisində yerləşən 1.38 ha torpaq sahəsi verilmişdir. İş materiallarında JN-682A KOD 50400058 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli 52 nömrəli qərarı ilə X8, X3, X9, X6, X4, Ərizəçi2 Sabir qızına, X5 və X10 Şəmkir rayon, Düyərli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan İİİ-ЖГ seriyalı 473023 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.1975-ci ildə anadan olmuşdur. X16, anası X11 qeyd edilmişdir. İş materiallarında Vİİ-ЖГ seriyalı 268573 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X1 Simnarə Sabir qızı ilə xx.xx.1996-cı ildə tarixdə nikah bağlamışlar. Nikah bağlanandan sonra ərə “Abdullayev”, arvada “Abdullayeva” soyadı verilmişdir. İş materiallarında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, JN-1947, kod 50400058 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə Abdullayeva (İsmayılova) Simnarə Sabir qızının adı səhvən Samirə kimi, İsmayılova (Quliyeva) Şəmsiyyə Sakit qızının ata adı səhvən Sabir kimi göstərilmişdir. Əslində isə Abdullayeva (İsmayılova) Simnarə Sabir qızı və İsmayılova (Quliyeva) Şəmsiyyə Sakit qızı kimi olmalıdır. Bu ailədə X15 və Ərizəçi2 Sabir qızı adlı şəxs yoxdur. İş materiallarında olan İİİ-ЖГ seriyalı 459853 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, X12 xx.xx.1974-cu ildə anadan olmuşdur. X2, anası X7 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərin adları, onlara məxsus bütün sənədlərdə “İsmayılova (Quliyeva) Şəmsiyyə Sakit qızı” və “Abdullayeva (İsmayılova) Simnarə Sabir qızı” kimi göstərilsə də, JN-682A kod 50400058 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə və JN-1947 kod 50400058 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında adları müvafiq olaraq “X15” və “Ərizəçi2 Sabir qızı” kimi göstərilmişdir. Dövlət Aktında və Şəhadətnamədə göstərilən “X15” və “Ərizəçi2 Sabir qızı” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “X13”nın və “Ərizəçi2”nın eyni şəxs olmaları, şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-682A kod 50400058 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə, JN-1947 kod 50400058 saylı Torpağa Mülkiyyətə Hüququna dair Dövlət Aktı, doğum haqqında şəhadətnamələrin surəti, nikah haqqında şəhadətnamənin surəti, şəxsiyyət vəsiqələrinin surəti ərizəçilər tərəfindən, onların özlərinə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər və həmin sənəd ərizəçilərə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-682A kod 50400058 saylı “Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə”nin və JN-1947 kod 50400058 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-682A KOD 50400058 saylı “Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə”nin və JN-1947 KOD 50400058 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar