Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1335/2023 20.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: X2 Cavabdeh: "xxxx" ASC–nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı X2 cavabdeh "xxxx" ASC–yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC–yə qarşı borcun silinməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə Şəmkir rayonu, Ağlavaşlı kəndində yaşayır. 2015–ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən yaşadığı evə sayğac quraşdırılmışdır. Maddi imkanı olmadığından işıqdan az istifadə etmiş, istilik enerjisində qazdan və odun peçindən istifadə etmişdir. 1 iyul 2022–ci il tarixdə kəndin nəzarətçisi ilə cavabdehin nümayəndələri arasında şəxsi ədavət yaranmış, bundan sonra onun sayğacında sərfiyyat göstəricisi qərəzli olaraq artıq yazılmış və ona 14913 kv/saat elektrik enerjisi daxil edilmişdir. Nəticədə ona 1.925 manat borc hesablanmışdır. Halbuki, o, elektrikdən nə qədər çox istifadə etmiş olsa belə, 14913 kv/saat elektrik enerjisi istifadə etməsi qeyri–mümkündür. Hazırda 1.925 manat borcu qanunsuz hesab edir. Belə ki, o, istehlakçı kimi istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtlı–vaxtında ödəmiş, eləcə də sayğaca hər hansı müdaxilə etməmişdir. Hazırda cavabdehin əməkdaşları ondan həmin borcun ödənilməsini tələb edirlər və əks halda elektrik enerjisinin verlişini dayandıracaqlarını bildirirlər. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, iddianın təmin edilərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022–ci il tarixli 137970 nömrəli akt əsasında hesablanmış 1.925 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, ailəsi ilə birlikdə Şəmkir rayonu, Ağlavaşlı kəndində yaşayır. "xxxx" ASC–nin əməkdaşları tərəfindən ona 1.925 manat borc hesablandığından məhkəmədə hazırki iddianı qaldırmışdır. Belə ki, o, həmin məbləğin akt əsasında hesablanmasını düşünmüş və bu səbəbdən məhkəməyə müraciət etmişdir. Hazırda isə ona məlum olmuşdur ki, tələb olunan borc akt üzrə deyil, onun debitor borcudur. Buna baxmayaraq, həmin borc məbləğini də qəbul etmir. Belə ki, o, istifadə etdiyi elekrtik enerjisinin dəyərini kənddə sahə rəisi işləyən Faiq adlı şəxsə vermişdir. Həmin şəxs isə pulu ödəyib qəbzi ona verəcəyini bildirmişdir. Lakin Faiq ondan pulu almış, qəbzi isə verməmişdir. Hazırda "xxxx" ASC–nin əməkdaşları ondan 1.925 manat borcun ödənilməsini tələb edir və əks halda elektrik enerjisinin verlişini dayandıracaqlarını bildirirlər. O isə pulu "xxxx" ASC–nin sabiq işçisinə vermişdir. Odur ki, iddianın təmin edilərək, 1.925 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" ASC–nin nümayəndəsi X4 məhkəməyə təqdim etdiyi yazılı etirazında və məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə iddiaçının evinə göstəricisi “0” olan yeni sayğac quraşdırılmışdır. Çıxarılan sayğac laboratoriyada şəraitində yoxlanılmış və sayğacın işlədiyi müəyyən edilmişdir. Baxış zamanı sayğacın üzərində dəyəri ödənilməmiş 14913 kvts miqdarında enerji sərfiyyatı saxlanmış, göstərici 1800 kvts olduğu halda 16713 kvts olmuşdur. (16713-1800=14913). Sözügedən aktda isə sayğacın normal işləməsi, qüsur aşkar olunmaması qeyd olunmuşdur. Göründüyü kimi iddiaçı barədə tərtib olunmuş akt əsasında itirilmiş enerjinin bəpası məqsədilə hesabat aparılmamışdır. Yaranmış borc iddiaçının debitor borcudur ki, iddiaçı istifadə etdiyi elekrtik enerjisinin dəyərini ödəməmişdir. Hesab edir ki, iddiaçı hesablanmış borcu ödəməmək üçün əsassız iddia qaldırmışdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan 01 iyul 2022–ci il tarixli aktdan görünür ki, həmin tarixdə abonentin sayğacına baxış keçirilərkən Şəmkir rayonu, Ağlavaşlı kənd sakini İddiaçı məxsus sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacın üzərində 14913 kvts saxlanılması, göstərici 1800 kvts olduğu halda 16713 kvts olması qeyd edilmişdir. İşdə olan 04 iyul 2022–ci il tarixli icra vərəqindən görünür ki, Şəmkir rayonu, Ağlavaşlı kənd sakini İddiaçı məxsus sayğac yoxlanılmış, yoxlama zamanı sayğacın normal işləməsi, qüsur olmaması və sayğacın göstəricisinin olduğu kimi qeyd olunması müəyyən edilmişdir. İşdə olan abunə haqqından görünür ki, xx.xx.2022–ci il tarixə İddiaçı 1.924,69 manat debitor borcu yaranmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli 3-16-16/2-9/5152/2023 saylı ekspert rəyindən görünür ki, hazırki tədqiqatla "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı hesablanmış debitor borc xx.xx.2022-ci il tarixli akt əsasında yaranmışdır. Digər suallar üzrə tədqiqat aparılması məhkəmə-mühasibat ekspertizasının predmetinə aid olmadığı üçün cavablandırılmamışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu, Ağlavaşlı kəndində yaşayır və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində olan sayğacdan yaşadığı evdə istifadə edir. İddiaçı elektrik sayğacı üzrə xx.xx.2022–ci il tarixə 1.924,69 manat dəyərində enerji istifadə etsə də, hazırki vaxtadək yaranmış borcunu ödəməmişdir. Hazırda iddiaçı həmin borcun silinməsini xahiş edir. Məhkəmə iddianın hüquqi əsası kimi isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 1.3–cü bəndində qeyd edilmişdir ki, enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqısatqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Elektrik enerjisinin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrə (1-5 nömrəli əlavələr) uyğun bağlanmalıdır. Həmin Qaydaların 8.4–cü bəndində qeyd edilmişdir ki, enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Göründüyü kimi məişət abonenti olan İddiaçı yuxarıda sadalanan qanunvericilik aktları ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək elektrik enerjisinə görə borcunu tam ödəməmiş, öhdəliklərinə əməl etməmiş, habelə yuxarıda təsvir olunan Qaydaların tələblərini kobud şəkildə pozmuşdur ki, göstərilənlərin nəticəsində onun sayğac üzrə xx.xx.2022–ci il tarixə 1.924,69 debitor borcu yaranmışdır. Həmçinin, iddiaçı özü də məhkəmə iclası zamanı yazılı ərizə təqdim edərək, silinməsini tələb etdiyi borcun hesablanmış cərimə deyil, debitor borc olmasını etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhkəmə iddia qaldıraraq borcun silinməsini tələb etsə də, qeyd olunan borc debitor borc olduğundan və həmin borcun silinməsi üçün heç bir əsas olmadığından həmin borcun silinməsi əsaslı və qanuni hesab edilə bilməz. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, məhkəmənin təşəbbüsü ilə təyin edilmiş məhkəmə–mühasibat ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2–ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməmiş iddiaçıdan alınır. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçı X2 cavabdeh "xxxx" ASC–yə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı X1 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-1335/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1335/2023
20.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver