Məhkəmə qərarları › İş №2(076)-1338/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1338/2024

21.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1338/2024 21.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şəmkir X3 İdarəsi tərəfindən Abonent İddiaçı hesablanmış 345.60 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun yaşadığı ünvanda “Azəriqaz" X1 RQİİin Şəmkir Satış Xidmətinin Metrologiya şöbəsinin əməkdaşları onun evində quraşdırılmış sayğacı yenisi ilə əvəz etmişlər. Sonra ona məlum olmuşdur ki, onlar xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt tərtib etmişlər və orda göstərib ki, onun **********04250 abonent kodu adına olan, Zenner G-4 tipli, **********0 daxili nömrəsi olan sayğacı Zenner G-4 tipli, **********9 nömrəli sayğacı ilə əvəz edilmişdir və ona görə ona 345,60 manat cərimə hesablanmışdır. Həmin fakt əsasında təbii qazın istifadə qaydalarının pozulması haqqında Akt tərtib olunmalıdır. Hesabat isə əlbəttə ki, sayğacın çıxarılma aktında qeyd olunan cihazlar saatlıq qaz sərfinə uyğun olaraq aparılmalıdır. Lakin onun və onun ailə üzvilərinin sayğacının qüsur barədə məlumatları olmamış və onlar həmin sayğaca müdaxilə etməmişlər. Həmçinin abonent saldodan görünür ki, o hər ödənişi etmişdir. Ona görə hesab edir ki, 345.60 manat yazılmış borc əsasız hesablanmışdır. Ona görə Cavabdeh Şəmkir X3 İdarəsi tərəfindən Abonent İddiaçı 345.60 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxardılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun ifadə verərək iddianı təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Bələ ki, iş materiallarında olan ünvan 2 ünvanda yerləşən evin abonenti İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2023-cü il mart ayında 345,60 manat borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”dən görünür ki, Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda quraşdırılmış sayğaca baxış keçirilmiş, sayğac minimal sərfiyyatda 100% nisbətində xətayla işləməsi, hesablanma mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi aşkar edilmiş, kamera ilə sayğacın daxilinə baxış keçirilmiş, kənar təsir izləri aşkar edilməmişdir, qaz itkisi yaranması müəyyən edilmişdir. Ona görə 2880 m3 təbii qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan “Qaz sayğacının yoxlanılması barədə” MSK-14-2-2/3-5-571-1 nömrəli xx.xx.2023-cü il tarixli aktdan görünür ki, **********0 daxili nömrəsi olan sayğaca baxış keçirilmiş, xətalar normadan artıq olması, quraşdırılmış sayğac minimal sərfiyytada 100% nisbində xətayla işləməsi, hesablanma mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi aşkar olunmuşdur. Kamera ilə sayğacın daxilinə baxış keçirilmiş, kənar təsir izləri aşkar olunmaması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə Zenner tipli, G-4 markalı **********0 nömrəli sayğac yerinə yeni Zenner tipli, G-4 markalı, **********9 nömrəli sayğac quraşdırılmışdır, səbəb “əvəzetmə” qeyd edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli xx.xx.2023-cü aktdan görünür ki, İddiaçı yaşadığı yaşayış sahəsində xx.xx.2023-cu il tarixli MSK-14-2-2/3-5-571-1 saylı aktına əsasən **********0 nömrəli sayğacının sayğacın minimal sərfiyyətda 100% nisbi xətayla işlənməsi və hesablama mexanizmi kamera qazın həcminin qeyd etməməsi müəyyən edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac müvəqqəti olaraq yenisi ilə əvəzlənmiş, həmin vaxt sayğacın dəyişdirilməsi səbəbi kimi “əvəzetmə ” qeyd edilmişdir. Həmin vaxt çıxarılan qaz sayğacında iddiaçının tərəfindən müdaxilə olunması barədə qeydlər aparılmamışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, xətalar normadan artıqdır, quraşdırılmış sayğac minimal sərfiyytada 100% nisbində xətayla işləyir, hesablanma mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir, kamera ilə sayğacın daxilinə baxış keçirilmiş, kənar təsir izləri aşkar olunmamışdır. Buna görə, itirilmiş qaz hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 345,60 manat pul tələb edilir. Tərəflər arasında mübahisə Zenner G-4 markalı, **********0 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, xətalar normadan artıq olmasına, quraşdırılmış sayğac minimal sərfiyytada 100% nisbində xətayla işləməsinə, hesablanma mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 345,60 manat borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 345,60 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdə sayğac çıxarılan zaman onda olan qüsurun ehtimal olaraq deyil həqiqətən də mövcud olması və ya həmin qüsurun abonent tərəfindən müdaxilə edilməsi nəticəsində yaranması ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X2 əməkdaşları tərəfindən aşkar olunmadığından, həmçinin sayğac çıxarılıb aparıldıqdan sonra onun hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2023-cü il tarixli akt əsasında xətalar normadan artıq olması, quraşdırılmış sayğac minimal sərfiyytada 100% nisbində xətayla işləməsi, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi sonradan müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 4 ünvanında yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə akt əsasında abonent İddiaçı adına hesablanmış 345,60 (üç yüz qırx beş manat altmış qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar