Məhkəmə qərarları › İş №2(076)-1346/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1346/2024

27.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1346/2024 27.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “itirilmiş qazın bərpa olunması üçün tərtib edilmiş akt əsasında yazılmış borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 4458.24 (dörd min dörd yüz əlli səkkiz manat 24 qəpik) manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə "Azəriqaz” İB-nin X3 Sahəsinin əməkdaşları yaşadığı evdə sayğaca baxış keçirmişlər. Daha sonra ona evə gəldikdə onun sayğacdan kənar xətt aşkar etdikərini bildirdilər. Lakin o cavabdeh idarənin əməkdaşlarına onun sayğacdan kənar xətti olmadığını bildirmişdir. Sonra cavabdeh idarənin əməkdaşları evə baxış keçirib və akt tərtib edərək ona aktı imza etməsini tələb etmişlər. O aktda qeyd olunanlarla razı olmamışdır, lakin akta imza etmədiyi təqdirdə təbii qazın verilməsini dayandıracaqlarını və hesabına yüksək məbləğdə cərimə yazacaqlarını bildirmişlər. Buna görə də məcbur qalıb akta imza etmişdir. Bir müddət sonra təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt ona təqdim edilmiş və ona bildirilmişdir ki, hesabına 4458.24 manat məbləğində borc yazılmışdır. Bildirmək istəyir ki, onun sayğacdan kənar qoşulması olmamışdır. Cavabdeh idarə tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023cü il tarixli ******* saylı aktda qeyd olunanlar tam əsassızdır. O təbii qazı sayğac vasitəsi ilə istifadə etmiş və hər ay istifadə etdiyi qazın pulunu vaxtı-vaxtında ödəyirdi. Bu hal ərizəyə əlavə etdi ödəniş cədvəli ilə (abonentin saldosu) təsdiqlənir. Qeyd olunan borcun əsassızlığı barədə cavabdehə dəfələrlə bildir sədə hər hansı bir nəticəsi olmamışdır. Əksinə ona qarşı qərəzli mövqe saxlayan cavabdeh onun arqumentlərinə əhəmiyyət verməmişdir. Hansı əsasla hansı qanunvericilik müddəasına görə məsuliyyət daşımalı olduğumu izah edə bilməmişlər. Onun tərəfindən qaz sayğacından kənar qoşulma olmamışdır. Belə olan halda onun hər hansı bir şəkildə ehtimal olunan qoşulmaya görə məsuliyyət daşımağı absurddur. Həmçinin cavabdeh idarənin əməkdaşları sayğacdan kənar qoşulmaları aşkar etmək üçün mütəmadi olaraq yoxlamalar aparmaqdadır. Əgər onun sayğacdan kənar xəttdi olsaydı həmin yoxlamalarda əlavə xətti aşkar olunardı və ay ərzində bir dəfə qaz sərfiyatını müəyyən edilməsi ilə bağlı sayğacın üzərində olan göstəricilərə əsasən bildiriş verən nəzarətçinin məlumatı olardı. Bundan başqa onun sayğacdan kənar təbii qaza qoşulması olsaydı ay ərzində saldoda göstəriləndə da az sərfiyyatı olardı. Göründüyü kimi onun mülkiyyətində olan evə aid qaz sayğacının yoxlanılması nəticəsində "Azəriqaz” X1 X4 tərəfindən qanunsuz hesablanmış 4458.24 manat borc əsassızdır. Ona görə də, hazırkı mübahisənin həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi Nümayəndə1 öz izahatında göstərmişdir ki, iddiaçı onun həyat yoldaşdır. Onun oğlu ölən zaman Cavabdeh İB-nin nümayəndəsinin razılığı ilə yas mərasimi üçün çox qısa müddət ərzində kənar xətt qoşulması etmişlər. Qeyd edilənlərə əsasən cavabdeh "Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 4458.24 (dörd min dörd yüz əlli səkkiz manat 24 qəpik) manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı adına 2023cü ilin mart ayında 4458.24 manat akt üzər sərfiyyat hesablanmışdır. 2023-cü il yanvar ayından 2024-cü fevral ayınadək digər sərfiyyət müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, Kür qəsəbəsi ünvanında yerləşən İddiaçı məxsus ünvanda yoxlama zamanı sayğacdan kənar qeyri-qanuni qoşulma aşkar olunmuşdur. Həmin akta Tural Rəhimovun, Tofiq Vəliyevin, Mansur İsgəndərlinin və Nümayəndə1 imzası mövcuddur. İş materiallarında xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, istehlakçı İddiaçı adına olan, Şəmkir rayon Kür qəsəbəsi ünvanında yerləşən sayğaca baxış keçirilmiş və sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. Qeyd olunanlara əsasən 37152 m3 qaz itkisi hesablanmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu, Kür qəsəbəsində yaşayır və yaşadığı evdə Cavabdeh xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda xx.xx.2023-cü il tarixdə yoxlama zamanı Cavabdeh İB–nin əməkdaşları sayğaca baxış keçirmiş, baxış zamanı sayğacdan kənar qeyri-qanuni qoşulma aşkar olunmuş və həmin fakt əsasında akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən abonentə 4458.24 manat borc hesablanmışdır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının: 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçının nümayəndəsi izahatından, eyni zamanda iddiaçının iddia ərizəsi ilə müəyyən edilmişdir ki, Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda quraşdırılmış sayğaca və qaz xəttinə qaz paylayıcısının nümayəndələri tərəfindən baxış keçirilən zaman ünvanda quraşdırılmış sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunması, eyni zamanda həmin xəttin istehlakçının evinin daxilində yerləşməsi müəyyən edilmişdir. Bu faktla bağlı akt tərtib edilmiş və aktda hazırda iddiaçının əri Nümayəndə1 həmin aktın tərtibində iştirak edərək aktı imzalamışdır. Göründüyü kimi iddiaçı yaşadığı evdə istifadə etdiyi sayğaca müdaxilə etmiş, həmin halı həm iddia ərizəsində, həm məhkəmə iclası zamanı verdiyi izahatında sayğaca müdaxilə etməsini və sayğacdan kənar xətdən istifadə etməsini etiraf etmişdir. İddiaçının nümayəndəsi kənar xəttin oğlunun yas mərasimi zamanı cavabdeh orqanın razılığı ilə qoşulmasını bildirsə də qeyd edilən halı təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası MM–nin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçı əlavə xətdən qoşulmaqla sayğacdan qanunsuz istifadə etmiş və nəticədə ona 4458.24 manat borc hesablanmışdır. Bununla da, iddiaçıya borc hesablanmasına səbəb məhz iddiaçının təqsiri olmuşdur. Belə olan halda həmin borcun silinməsi əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh İB–yə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar