Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1356/2024 07.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən” edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Maraqlı şəxs2 başçısının 03 may 2016-cı il tarixli, 82 nömrəli Sərəncamının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o və onun ailə üzvləri birlikdə ünvan 1 ünvanında yaşayırlar. Azərbaycan Respublikası Maraqlı şəxs2 başçısının 03 may 2016-cı il tarixli, 82 nömrəli Sərəncamı əsasında ünvan 3 ünvanda ona məxsus 1900-cü ildə tikilmiş ümumi sahəsi 44.90 kv.m olan yaşayış binasının 52.10 kv. tikinti altı torpaq sahəsi ilə birlikdə yaşayış fondundan çıxarılaraq qeyri-yaşayış sahəsinə daxil edilmiş və hüquqi qeydiyyatına icazə verilmişdir. Həmin Sərəncamda onu soyadı, adı və atasının adı Ərizəçi əvəzinə X1 qeyd edilmişdir. Ancaq ona məxsus bütün hüquq müəyyənedici sənədlərində soyadı, adı və atasının adı Ərizəçi qeyd edilmiş və hamı onu "Nazirə" kimi tanımışdır. Ona məxsus qeyri-yaşayış sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almaq üçün DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş olsa da, Azərbaycan Respublikası Maraqlı şəxs2 başçısının 03 may 2016-cı il tarixli, 82 nömrəli Sərəncamında ad səhvliyi olduğundan qeyri-yaşayış sahəsinin sənədləşdirilməsindən imtina edilmiş və ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 82 nömrəli xx.xx.2016-ci il tarixli Maraqlı şəxs2 başçısının sərəncamından görünür ki, qeyri-yaşayış sahəsinə daxil edilməsi və hüquqi qeydiyyatına icazə verilməsi barədə Şəmkir şəhər sakini X3 Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək ona məxsus yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə daxil edilməsinə və hüquqi qeydiyyata alınmasına icazə verilməsini xahiş etmişdir. Odur ki, vətəndaş Ərizəçi müraciəti nəzərə alınaraq ünvan 4 ünvanda X2 məxsus 1900-cü ildə tikilmiş ümumi sahəsi 44.90 m2 olan yaşayış binası 52.10 m2 tikintialtı torpaq sahəsi ilə birlikdə yaşayış fondundan çıxarılaraq qeyri-yaşayış sahəsinə daxil edilməsi və hüquqi qeydiyyatına icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2014-ci il tarixli 504-1-4284 inventar nömrəli Texniki pasportunun notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, Şəmkir şəhəri, Səməd Vurğun küçəsində, mən-139 ünvanda yerləşən əmlakın hüquqi sahibi Ərizəçidır. İş materiallarında olan Seriya RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, ünvan 6 ünvanda yerləşən əmlakın hüquqi sahibi Ərizəçidır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin adı, ona məxsus bütün sənədlərdə “Ərizəçi” kimi göstərilsə də, 82 nömrəli xx.xx.2016-cı il tarixli Maraqlı şəxs2 başçısının sərəncamında adı müvafiq olaraq “X4” kimi göstərilmişdir. Sərəncamda göstərilən “X3” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi”nın eyni şəxs olmaları, şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – 82 nömrəli xx.xx.2016-cı il tarixli Maraqlı şəxs2 başçısının sərəncamı, şəxsiyyət vəsiqəsinin surəti ərizəçi tərəfindən, onun özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, xx.xx.2016-cı il tarixli, 82 nömrəli Maraqlı şəxs2 başçısının Sərəncamının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2016-ci il tarixli, 82 nömrəli Maraqlı şəxs2 başçısının Sərəncamının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1356/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1356/2024
07.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver