Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1392/2024 14.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 24 fevral 1958-ci ildə Şəmkir rayonunda doğulmuş bacısı X3 xx.xx.1958-ci il tarixdə Şəmkir rayonunda, 09 may 1959cu ildə Şəmkir rayonunda doğulmuş qardaşı X8 xx.xx.1959-cu il tarixdə Şəmkir rayonunda, 05 may 1969-cu ildə Şəmkir rayonunda doğulmuş qardaşı Nağdǝliyev Ceyhun Namaz oğlunun xx.xx.1969-cu il tarixdə Şəmkir rayonunda, 21 noyabr 1970-ci ildə Şəmkir rayonunda doğulmuş qardaşı X2 xx.xx.1970-ci il tarixdə Şəmkir rayonunda vəfat etmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Onun atası X17, anası X9r. Valideynlərinin birgə nikahından xx.xx.1955-ci ildə X24, xx.xx.1958-ci ildə X10, xx.xx.1959-cu ildə X18, xx.xx.1960-cı ildə X19, xx.xx.1962-ci ildə X20, xx.xx.1965-ci ildə X21, xx.xx.1969-cu ildə X13, xx.xx.1970-ci ildə X4 adlı bacı-qardaşları və xx.xx.1974-cü ildə isə o özü doğulmuşdur. Bacıqardaşlarından X10 xx.xx.1958-ci ildə, X18 xx.xx.1959-cu ildə, X13 xx.xx.1969-cu ildə, X4 xx.xx.1970-ci ildə və X19 xx.xx.2003-cü ildə vəfat etmişlər. Onlar Şəmkir rayonunda yerləşən Sərxan qəbiristanlığında dəfn edilmişlər. Hələ valideynlərinin sağlığında digər bacı-qardaşları ailə qurub ata yurdundan ayrılmışlar. O hazırda valideynlərindən qalan miras əmlakı öz adına sənədləşdirmək üçün müraciət etdikdə, məlum oldu ki, onun xx.xx.1958-ci ildə vəfat etmiş bacı X3, xx.xx.1959-cu ildə vəfat etmiş qardaşı X8, xx.xx.1969-cu ildə vəfat etmiş qardaşı X5 və xx.xx.1970-ci ildə vəfat etmiş qardaşı X2 ölümü barədə Maraqlı şəxsndə müvafiq qeydiyyat aparılmamışdır. Onun bacı və qardaşları doğulduqdan bir neçə ay sonra lap körpə vaxtlarında vəfat etdiklərindən, həmçinin valideynləri qanunu bilmədiklərindən onların ölümü ilə müvafiq orqana müraciət etməmişlər. Onların ölümü barədə Vətəndaşlıq vəziyyəti aktlarının X1 sistemində ölüm haqqında akt qeydi aşkar edilmədiyindən o, miras əmlakla bağlı sənədləşmə işlərini apara bilmir. Ondan bacı-qardaşlarının ölüm sənədlərini tələb edirlər. Lakin, onlara ölüm haqqında şəhadətnamə alınmadığı üçün təqdim edə bilməmişdir. Bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş olsa da ölüm faktını təsdiq edən sənəd olmadığından tələbindən imtina edilmiş və məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərhum xx.xx.1958-ci ildə vəfat etmiş bacısı X3, xx.xx.1959-cu ildə vəfat etmiş qardaşı X8, xx.xx.1969-cu ildə vəfat etmiş qardaşı X2 və xx.xx.1970-ci ildə vəfat etmiş qardaşı X2 ölüm faktını başqa qaydada əldə edə bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin, Şöbənin rəisi ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılıb qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 bildirdi ki, Ərizəçi bacısıdır. Onların atası X17, anası X9r. Onlar böyük bir ailə olmuşlar. Valdiyenlərinin birgə nikah dövründə 9 uşaq dünyaya gəmişdir. Lakin, onun bacısı Nəzakət, qardaşı Rəhim, Ceyhun və Fəxrəddin körpə yaşında vəfat etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirdi ki, Ərizəçi və X11 əmisidir. Namaz onun qardaşı olmuşdur. Qardaşı Namazın 9 uşağı olmuşdur. Amma dördü, yəni 1 qızı və 3 oğlu bir yaşa çatmamış vəfat etmişlər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməli, X3 xx.xx.1958-ci il tarixdə Şəmkir rayonunda, X8 xx.xx.1959-cu il tarixdə Şəmkir rayonunda, Nağdǝlıyev Ceyhun Namaz oğlunun xx.xx.1969-cu il tarixdə Şəmkir rayonunda, X2 xx.xx.1970-ci il tarixdə Şəmkir rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-299 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları “X1 Sistemi üzrə yoxlama aparılmış X3, X8, Nağdǝlıyev Ceyhun Namaz oğlunun, X2 ölümü barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Şəmkir rayon X26 Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-73/3-338/2024 nömrəli məktubundan görünür ki, 1997-ci ilə qədər olan arxiv sənədlər Şəmkir rayon X12 şöbəsində saxlanılmamışdır və bu səbəbdən Ərizəçi qardaşı- X6, qardaşı- X8, qardaşı- X2 və bacısı- X3 ölüm haqqında məlumatlarının verilməsi mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli X31 tərəfindən verilmiş arayışdan görünür ki, X15 xx.xx.1936-ci ildə anadan olmuşdur. Onun ailə tərkibi əri X17 (xx.xx.1930 təvəllüdlü) (xx.xx.2001-ci ildə vəfat etmişdir), qızı X24 (xx.xx.1955 təvəllüdlü), qızı X10 (xx.xx.1958 təvəllüdlü), oğlu X18 (xx.xx.1959 təvəllüdlü), qızı X19(xx.xx.1960 təvəllüdlü) (xx.xx.2003-cü ildə vəfat edib), oğlu X22 (xx.xx.1969 təvəllüdlü), oğlu X22 (xx.xx.1962 təvəllüdlü), oğlu X16 (xx.xx.1969 təvəllüdlü), oğlu X4 (xx.xx.1970 təvəllüdlü), oğlu Ərizəçi(xx.xx.1974 təvəllüdlü) olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 299 nömrəli X31nin tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi xx.xx.1974-cü ildə anadan olmuşdur. Ata qrafasında X17, ana qrafasında X15 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 299 nömrəli X31nin tərəfindən verilmiş arayışdan görünür ki, X18 xx.xx.1959-cu ildə anadan olmuşdur. Ata qrafasında X17, ana qrafasında X15 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 299 nömrəli X31nin tərəfindən verilmiş arayışdan görünür ki, X10 xx.xx.1958-ci ildə anadan olmuşdur. Ata qrafasında X17, ana qrafasında X15 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 299 nömrəli X31nin tərəfindən verilmiş arayışdan görünür ki, Nağdǝliyev Ceyhun Namaz oğlu xx.xx.1969-cu ildə anadan olmuşdur. Ata qrafasında X17, ana qrafasında X15 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 299 nömrəli X31nin tərəfindən verilmiş arayışdan görünür ki, X4 xx.xx.1970-ci ildə anadan olmuşdur. Ata qrafasında X17, ana qrafasında X15 qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X10, X18, X13 və X4 ərizəçinin doğma bacı-qardaşları olmuşlar. Ərizəçinin bacısı X10 xx.xx.1958-ci ildə, qardaşları X18 xx.xx.1959-cü ildə, X16 xx.xx.1969-cu ildə və X4 xx.xx.1970-ci ildə anadan olmuşlar. X10 xx.xx.1958-ci ildə, X18 xx.xx.1959-cu ildə, X16 xx.xx.1969-cu ildə və X4 xx.xx.1970-ci ildə ölmüşlər. Bu fakt şahidlərin bir-biri ilə və ərizəçinin izahatı ilə üstüstə düşən ifadələri ilə təsdiq olunur. Ölüm qəfil baş verdiyi üçün ərizəçinin valideynləri ölümü təsdiq edən tibbi şəhadətnaməni almamışlar, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. X3, X8, Nağdǝlıyev Ceyhun Namaz oğlunun, X2 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə mərhum valideynlərindən qalan mirasın vərəsələr tərəfindən qəbul edilməsi üçün lazımdır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X3 xx.xx.1958-ci ildə Şəmkir rayonunda, X18 xx.xx.1959-cu ildə Şəmkir rayonunda, X7 xx.xx.1969-cu ildə Şəmkir rayonunda və X2 xx.xx.1970-ci ildə Şəmkir rayonunda ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1958-ci ildə Şəmkir rayonunda anadan olmuş X3 xx.xx.1958-ci il tarixdə Şəmkir rayonunda, xx.xx.1959-cu ildə Şəmkir rayonunda anadan olmuş X8 xx.xx.1959-cu il tarixdə Şəmkir rayonunda, xx.xx.1969-cu ildə Şəmkir rayonunda anadan olmuş X5 xx.xx.1969-cu il tarixdə Şəmkir rayonunda və xx.xx.1970-ci ildə Şəmkir rayonunda anadan olmuş X2 xx.xx.1970-ci il tarixdə Şəmkir rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1392/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1392/2024
14.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver