Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1399/2025 11.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçi: Yaqubova (Nağıyeva) Elnarə Cəfərqulu qızının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Ərizəçi Yaqubova (Nağıyeva) Elnarə Cəfərqulu qızının (maraqlı şəxs: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi) “Hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Yaqubova (Nağıyeva) Elnarə Cəfərqulu qızı “Hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN-651, KOD 50415038 nömrəli Dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 56 saylı qərarı ilə Şəmkir rayonu Əliyaqublu kəndinin ərazisindən 0.81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun, X6 (atası), X13 (anası) və X2(bacısı) mülkiyyətinə verilmiş və onların adına torpağa mülkiyyət hüququna dair JN-651, KOD 50415038 nömrəli Dövlət aktı verilmişdir. O və ailə üzvləri qeyd olunan torpaq sahəsinə pay torpaq sahəsinə dair müvafiq çıxarış almaq üçün maraqlı şəxs 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etdikdə həmin idarədən bildirilmişdir ki, Dövlət aktında onun soyadı "Nağıyev" adı "Rəhman" ata adı isə "Cəfərqulu oğlu" kimi qeyd olunmuşdur. Qeyd olunan səhvin aradan qaldırılması üçün 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən yazılı olaraq məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Qeyd edir ki, o xx.xx.1995-ci ildə anadan olmuş, atası X10, anası X11r. Atası və anasının ondan başqa iki qız övladı var. Onlar xx.xx.1994-cü il təvəllüdlü Məmmədova (Nağıyeva) Təranə Cəfərqulu qızı və xx.xx.2006-cı il təvəllüldü X3r. O və bacısı Təranə Nağıyevaya islaht qərarı ilə mülkiyyətinə torpaq sahəsi verilmişdir. Lakin islahat aparılarkən qeydi aparan şəxslər onun adını və soyadını səhv qeydə almışalar. Onun Rəhman adlı qardaşı olmamışdır. Hesab edir ki, Dövlət aktının ona məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara görə də məhkəməyə müraciət edir. Məhkəmə iclasında ərizəçi Yaqubova (Nağıyeva) Elnarə Cəfərqulu qızının nümayəndəsi (vəkili) Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X14 izahatında bildirdi ki, ərizəçi ilə qonşu olmaqla, Şəmkir rayonu Əliyaqublu kəndində yaşayır, ərizəçiyə məxsus torpaq sahəsinin olmasını bilir. Məhkəmə iclasında şahid qismində iştirak edən X17 izahatında bildirdi ki, ərizəçi ilə qonşu olmaqla, Şəmkir rayonu Əliyaqublu kəndində yaşayır, ərizəçiyə məxsus torpaq sahəsinin olmasını bilir. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 izahatında bildirdi ki, ərizəçi ilə qonşu olmaqla, Şəmkir rayonu Əliyaqublu kəndində yaşayır, ərizəçiyə məxsus torpaq sahəsinin olmasını bilir. Maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçiləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-651, KOD 50415038 nömrəli Dövlət aktından görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 56 saylı qərarı ilə Şəmkir rayonu Əliyaqublu kəndinin ərazisindən 0.81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ərizəçi X6, X13 və X2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan ЖГ 291254 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.1995-ci il tarixdə verilmiş Şəmkir rayonu, Əliyaqublu kəndində doğulmuşdur. İş materiallarında olan ЖГ 291254 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 ata qrafasında X10, ana qrafasında X13 qeyd edilmişdir. İş materiallarında olan 960492 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X7 arasında nikah bağlanmışdır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 289 nömrəli Şəmkir RİHB Əliyaqublu kənd İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, X6, ailə üzvü Ərizəçi da göstərilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli AKT-dan görünür ki, X5, adı, soyadı və ata adı səhvən X1 göstərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-21-3-40/2N-0062/24 nömrəli Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş məktubdan görünür ki, Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən 0.81 ha torpaq sahəsinə dair verilmiş JN-651, KOD 50415038 saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nda səhv yazılmış ada düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçiyə məxsus bütün sənədlərdə “Nağıyeva (Yaqubova) Elnarə Cəfərqulu qızı” kimi göstərilsə də, JN-651, KOD 50415038 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktında adı soyadı “X8” kimi göstərilmişdir. Dövlət Aktında göstərilən “X8 ilə, doğum haqqında şəhadətnamədə və digər sənədlərdə göstərilən “Nağıyeva (Yaqubova) Elnarə Cəfərqulu qızının eyni şəxslər olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-651, KOD 50415038 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktının doğum haqqında şəhadətnamələr, nikah haqqında şəhadətnamə məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-651, KOD 50415038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının Nağıyeva (Yaqubova) Elnarə Cəfərqulu qızına məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305- 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. JN-651, KOD 50415038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının Yaqubova (Nağıyeva) Elnarə Cəfərqulu qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1399/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1399/2025
11.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver