Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1426/2025 03.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi barışıq sazişi üzrə pozulmuş öhdəliyin yerinə yetirilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanmış 00833-2024 saylı barışıq sazişi üzrə cavabdehlə birgə ailə həyatından olub onun himayəsində olan xx.xx.2022-ci il təvəllüdlü Zeynəb adlı uşağının maddi cəhətdən saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq ayda 200 (iki yüz) manat sabit pul məbləğində alimenti ona ödəməli olması barədəki öhdəliyin cavabdeh tərəfindən icrasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, keçmiş əri, Şəmkir rayonu Bayramlı kəndində yaşayan, Maraqlı şəxs Saarif oğlu ilə faktiki olaraq xx.xx.2021-ci il tarixdə evlənib ailə qurmuş, nikahı xx.xx.2022-ci il tarixdə Şəmkir rayon Qeydiyyat Şöbəsində 36 saylı akt qeydi ilə rəsmiləşdirmişlər. Birgə ailə həyatından xx.xx.2022-ci il təvəllüdlü Zeynəb adlı uşaqları olmuşdur. Əri ilə ailə münasibəti pozulmasına görə nikahları pozulması barədə məhkəmədə iddia qaldırmış və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Ancaq, məhkəmədə iddia qaldırmaq üçün ilkin mediasiya prosesinin keçirilməsi zamanı cavabdehlə birgə ailə həyatından olan, xx.xx.2022-ci il təvəllüdlü Zeynəb adlı uşağın onun himayəsində saxlanması və həmin uşağın maddi cəhətdən saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq ayda 200 (iki yüz) manat sabit pul məbləğində alimenti cavabdeh ona ödəyəcəyi və uşağı ilə cavabdehin ünsiyyətdə olması şərtləri üzrə aralarında xx.xx.2024cü il tarixdə 00833-2024 saylı barışıq sazişi bağlanmışdır. Cavabdeh isə həmin barışıq sazişi üzrə alimentin ödənilməsinə dair olan öhdəliyi könüllü olaraq yerinə yetirməmişdir. Həmin barışıq sazişi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsinə görə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun ifadə verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialında olan Mediasiya Şurasının xx.xx.2024-cü il tarixli 00833-2024 nömrəli barışıq sazişindan görünür ki, tərəflərin arasında nikah pozulduqdan sonra onların birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü Zeynəb adlı uşağın anası Ərizəçi yanında və himayəsində saxlanılmasına tərəflərin etirazı olmadı və razılığa gəldilər. Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü Zeynəb adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat alimenti Ərizəçi hesabına ödəyəcəyi barədə öhdəlik götürdü. xx.xx.2022-ci il təvəllüdlü Zeynəb adlı uşaqla atası Maraqlı şəxs hər həftənin şənbə və bazar günləri saat 10:00-dan saat 18:00adək anasının himayəsində ünsiyyətdə olmasına anası Ərizəçi Sarif qızının etirazı olmadı. Tərəflər əmlak mübahisələrinin olmadığını bildirdilər, həmçinin nikahın davam etdirilməsi şərtləri ilə razılaşmayıb “nikahın pozulması” haqqında məhkəməyə müraciət edəcəklərini bildirdilər. İş materiallarında olan AZ-İV 697416 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqli surətindən görünür ki, X1 11 fevral 022-ci ildə Şəmkir şəhərində anadan olmuşdur. Ata qrafasında Maraqlı şəxs, ana qrafasında Ərizəçi qeyd edilmişdir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, Mediasiya Şurasının xx.xx.2024-cü il tarixli 00833-2024 saylı barışıq sazişinə əsasən Maraqlı şəxs və Ərizəçi barışıq sazişi bağlamış, həmin sazişə əsasən Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü Zeynəb adlı uşağın saxlanılması üçün atası Maraqlı şəxs 10 sentyabr 2024-cü il tarixdən başlayaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimenti Ərizəçi hesabına ödəməyi öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs barışıq sazişini könüllü qaydada icra etməmiş, bu səbəbdən ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM–nin 305.1.17–ci maddəsinin tələblərinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355–23.1–ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2.1–ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355–24–cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1–ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355–25.1–ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355–25.2–ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355–25.3–cü maddəsinin tələblərinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355–26–cı maddəsində sadalanmış halların olub–olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1–ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3–cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4–cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5–ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü Zeynəb adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat alimenti ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini könüllü icra etmədiyindən, eləcə də, barışıq sazişinin bu hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli, 00833-2024 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü Zeynəb adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat alimenti Ərizəçi hesabına ödəyəcəyi barədə öhdəlik götürdü” hissəsində təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçin qızının ərizəsi təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü Zeynəb adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat alimenti Ərizəçi hesabına ödəyəcəyi barədə öhdəlik götürdü. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1426/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1426/2025
03.03.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver