Məhkəmə qərarları › İş №2(076)-1439/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-1439/2023

11.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-1439/2023 11.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azər işıq ASC”-yə qarşı « protokol əsasında hesablanmış borcun silinməsi tələbi»nə dair mülki iş üzrə iddiaçı tərəfindən verilən vəsatətə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azər işıq ASC”-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Azər işıq ASC” –nin nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixində 369097 nömrəli protokol əsasında qanunsuz hesablanmış 323,95 manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı yazılı vəsatət təqdim edərək bildirdi ki, evinə qoyulan elektron sayğac anasının adına olduğuna görə iddia ərizəsində iddiaçı qismində anasının adını qeyd etməmişdir. Bu səbəbdən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edir. Məhkəmə, iddiaçı tərəfindən verilən vəsatəti nəzərdən keçirərək hesab edir ki, verilmiş vəsatət təmin olunmalı, İddiaçı cavabdeh “Azər işıq ASC”-yə qarşı protokol əsasında hesablanmış borcun silinməsi tələbi»nə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 263, 264-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh “Azər işıq ASC”-yə qarşı « protokol əsasında hesablanmış borcun silinməsi tələbi»nə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar