Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-144/2024 25.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi İddiaçı1, Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh1 və Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı “28 sentyabr 2013-cü il tarixli, 4Ə-01-219 reyestr nömrəli və 12 avqust 2015-ci il tarixli 4Ə-763 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilələr əsasında tərtib olunmuş mülkiyyət hüququna dair çıxarışların ləğv olunması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh1 və Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı “28 sentyabr 2013-cü il tarixli, 4Ə-01-219 reyestr nömrəli və 12 avqust 2015-ci il tarixli, 4Ə-763 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilələr əsasında tərtib olunmuş mülkiyyət hüququna dair çıxarışların ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı1 iddia ərizəsinin qaytarılması barəsində məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 260, 263-264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qəraraaldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh1 və Şəmkir rayon 1 saylı Dövlət Notariat Kontoruna qarşı “28 sentyabr 2013-cü il tarixli, 4Ə-01-219 reyestr nömrəli və 12 avqust 2015-ci il tarixli 4Ə-763 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilələr əsasında tərtib olunmuş mülkiyyət hüququna dair çıxarışların ləğv olunması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-144/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-144/2024
25.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver