Məhkəmə qərarları › İş №2(076)-15/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-15/2023

20.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-15/2023 20.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-nin nümayəndəsi tərəfindən xx.xx.2020-ci il tarixində NDQ 007466 nömrəli akt əsasında qanunsuz hesablanmış 52000 (əlli iki min) manat məbləğində borcun onun hesabından silinməsi və 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin nümayəndəsi 16 iyun 2020-ci il tarixdə, NDQ 007466 saylı akt əsasında onun istifadəsində olan elektrik sayğacından kənar sərfiyyatla bağlı onun adına 52.000 (əlli iki) manat məbləğində cərimə yazmışdır. Həmin cərimə əsassız yazıldığına görə onun hesabından silinməlidir. Belə ki, sayğaca müdaxilə onun tərəfindən olunmamış, qeyd olunan akt tərtib olunanda onun iştrakı təmin edilməmiş və o, fiziki şəxs olduğu üçün ona bu qədər cərimə yazıla bilməzdi. Onun istifadəsində olan elektrik sayğacından kənar qoşulma və ya müdaxilə heç vaxt olmamışdır. Daha sonra isə olmuş olsa belə ona İXM-nin tələbləri ilə tədbir görülə bilərdi. Cavabdeh tərəfindən onun adına yazılmış cərimə silinməli və həmin cəriməyə görə o, cavabdehlik daşımamalıdır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı nümayəndəsi X3 məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Azərişıq Asc-nə 52000 manat pul ödəmişçdir. Həmin məbləğin 40000 manatı artıq ödənilmidşir. Məhkıəmədən 52000 borcun silinməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, İddiaçı şəbəkənin proqram bazasında **********1 saylı istehlakçı kodu ilə qeyri-əhali qrupunda qeydiyyatdır. Həmin sayğacın quraşdırıldığı obyekt iddiaçının atası X2 məxsus dondurma saxlama məntəqəsidir. xx.xx.2020-ci il tarxidə "xxxx" ASC-nin Nəzarət Departametinin satışa nəzarət idarəsinin mütəxəsisləri tərəfindən İddiaçı adına qeydiyyatda olan və X2 məxsus dondurma saxlama məntəqəsində yerləşən 76631904 nömrəli uçot cihazına baxış keçirilərkən elektrik şəbəkəsinə qoşulmaqla sayğacdan kənar xəttdən istifadə edildiyi aşkar edilmiş sayğacdan kənar xətdən istifadə edilməklə 558.835 kvt.s elektrik enerjisinin talan olunması nəticəsində cavabdehə 50.295 manat dəyərində maddi ziyan vurulması müəyyən edilmişdir. Qeyd olunan hallarla bağlı Şəmkir rayon prokurorluğunda dondurma saxlama məntəqəsinin sahibi X1 barəsində Cinayət Məcəlləsinin 189-1.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayət işinin ibtidai istintaqı müddətində X1 törətdiyi cinayət əməli nəticəsində "xxxx" ASC-nə 50.295 manat məbləğində külli miqdarda dəymiş ziyan təmamilə ödənildiyidən Cinayət Məcəlləsinin 189- 1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Vahid Rüstəmov cinayət məsuliyyətindən azad edilərək cinayət işinin icraatına xitam verilmişdir. Hazırda İddiaçı cavabdehə borcu yoxdur. İddiaçının qeyd etdiyi kimi iddiaçı tərəfindən "xxxx" ASC-nə artıq pul ödənilməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, NDQ 007466 nömrəli aktdan görünür ki, həmin tarixdə Şəmkir şəhəri, Təbriz küçəsində yerləşən İddiaçı məxsus obyektə yerləşən abonent elektrik sayğacına baxış keçirilərkən sayğacın sxemindən kənar xətt daxil olmuş, giriş xəttini zədələyərək kənar xətti sıxacla birləşdirib talvarın altı ilə çəkilmiş, sayğacın üzərində bazaya daxil edilməmiş 15893 kvt saat enerji sərfiyyatı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli akt əsasında tərtib edilmiş icra vərəqində göstərilən hesabatdan görünür ki, 108 kvt x 2(0,7) 24 saat x 308 gün=558835 kvt.s; Tarif (0.09 man)-558835 kvt.s x 0.09 manat=50295,00 manat vurulmuş ziyan olaraq hesabat aparılmışdır. İş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan görünür ki, xx.xx.2020-ci il tarixli, NDQ 007466 nömrəli akt əsasında İddiaçı 50295 manat cərimə hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın surətində görünü rki, həmin qərarla Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsi və Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin müddəalarına əsasən, X1 törətdiyi cinayət əməli nəticəsində "xxxx"ASC-nə 50295 manat məbləğində külli miqdarda dəymiş ziyanı tamamilə ödəməsi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-nin 189-1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Vahid Rüstəmov cinayət məsuliyyətindən azad edilərək ********* nömrəli cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı atası X2 məxsus Şəmkir şəhəri Təbriz küçəsində yrləşıən dondurça saxlanan məntəqə\sində İddiaçı adına qyed edilmiş elektrik sayğacına və elektrik xəttinə Azərişıq ASC-nin əməkdaşları tərəfindən xx.xx.2020ci il tarixdə baxış keşirilən zaman sayğacın sxemindən kənar xətt daxil olduğu, giriş xəttini zədələyərək kənar xətti sıxacla birləşdirib talvarın altı ilə çəkildiyi, sayğacın üzərində bazaya daxil edilməmiş 15893 kvt saat enerji sərfiyyatının olduğu müəyyən edilmiş və iddiaçıya 50295 manat cərimə hesablanmışdır. Qeyd olunan hallarla bağlı Şəmkir rayon prokurorluğunda həmin dondurma saxlama məntəqəsinin sahibi X1 barəsində cinayət Məcəlləsinin 189-1.2-ci maddəsi ilə cinayət işi başlanılmışıdr. Cinayət işininn ibtidaib istintaqı müddətində X1 törətdiyi cinayət əməli nəticəsində Azərişıq ASC-nə 50295 manat məbləğində külli miqdarda dəymiş ziayn təmamilə ödənildiyidən cinayət Məcəlləsinin 189- 1.2-ci maddəsi ilə təqsirləndirilkən şəxs Vahid Rüstəmov cinayət məsuliyyətində azad edilərək cinayət işinin icraatına xitam verilmişdir. Hazırda iddiaçı ona hesablanmış 52000 manat cərimənin hesabından silinməsini tələb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə iddiaçının dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının silinməsini tələb etdiyi iddiaçının atası X2 məxsus dondurma saxlama məntəqəsində iddiaçının adına qeyd edilmiş elektrik sayğacına xx.xx.2020-ci il tarixli NDQ 007466 saylı Akt üzrə hesablanmış 52000 manat məbləğində cərimə borcundan həqiqətən 50.295 manatının Vahid Rüstəmov tərəfindən sayğacdan kənar xəttdən istifadə edilməklə "xxxx" ASC-nə maddi ziyan vurması nəticəsində yaranması Şəmkir rayon prokurorluğunda X1 barəsində CM-nin 189-1.2-ci maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapdığından və dəymiş ziyan tam olaraq ödənildiyindən cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının adına qeyd edilmiş elektrik sayğacına xx.xx.2020-ci il tarixli NDQ 007466 saylı Akt üzrə hesablanmış 50295 manat cərimə borcu ödənildiyindən iddiaçının hazırda cavabdeh "xxxx" ASC-nə cərimə borcu qalmamışdır. Məhkəmə iddiaçının iddia tələbində silinməsini tələb etdiyi 52000 manat məbləğində borcdan qalan 1705 manat hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən ona 52000 manat cərimə hesablandığını qeyd etmiş olsa da, iş materiallarına əlavə edilmiş sübutlarla (abunə haqqında məlumatdan və cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar) xx.xx.2020ci il tarixli NDQ 007466 saylı Akt əsasında iddiaçıya 50.295 manat cərimə hesablandığı və həmin cərimə məbləğinin tam olaraq iddiaçı tərəfindən ödənildiyi müəyyən edildiyindən iddia tələbinin həmin hissəsi də əsassızdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarının: 8.17-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qərarın 7.17.-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinin hesablaşma uçotunun sxeminin dəyişdirilməsi, həmçinin uçot cihazlarını qidalandıran ölçü transformatorlarının yerlərinin dəyişdirilməsi və əvəz olunması müvafiq olaraq elektrik enerjisinin alqı-satqı münasibətlərində olan tərəfin rəsmi razılığı ilə yerinə yetirilə bilər. 7.18. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 7.19. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Məhkəmə işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı xx.xx.2020-ci il tarixli, NDQ 007466 nömrəli akt üzrə hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar