Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-150/2023 10.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Щаким Məmmədova Şəfəq Ənvər qızının сядрлийи, Şərifova Səbinə Səvayuş qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı 04 sentyabr 2014-cü il tarixli 4Ə-2921 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilə əsasında tərtib olunmuş Seriya RX ******* saylı **********31 - 10301 nömrəli reyestrdən Çıxarışın ləğv olunması tələbinə dair iddiası üzrə mülki işə Şəmkir Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, мцяййян етди: İddiaçı Cavabdeh qarşı 04 sentyabr 2014-cü il tarixli 4Ə-2921 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilə əsasında tərtib olunmuş Seriya RX ******* saylı **********31 - 10301 nömrəli reyestrdən Çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə verərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh, üçüncü şəxslər 1 saylı Gəncə Asan Xidmət Mərkəzində Notariat Kontorunun nümayəndəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakları olmadan baxılmasını xahiş edilməmişlər. Məhkəmə iddiaçının ərizəsini, iddia ərizəsinə əlavə edilmiş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən və işə mahiyyəti üzrə baxılması tələb edilmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. İddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, İddiaçı tərəfindən 07.10.22-ci il tarixdə 100 manat Şəmkir rayon Məhkəməsinin hesabına dövlət rüsumu ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu tam şəkildə İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə гярара алды: İddiaçı Cavabdeh qarşı 04 sentyabr 2014-cü il tarixli 4Ə-2921 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilə əsasında tərtib olunmuş Seriya RX ******* saylı **********31 - 10301 nömrəli reyestrdən Çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-150/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-150/2023
10.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver