Məhkəmə qərarları › İş №2(076)-1534/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1534/2025

19.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1534/2025 19.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Şəmkir rayon filialı) “Hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi (maraqlı şəxs: Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Şəmkir rayon filialı) “Hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 0,07 ha həyətyanı torpağın verilməsinə dair Şəmkir rayon N.Nərimanov adına kolxozun qaytanlanmış torpaq kitabının 2353-cü sıra nömrəsində qeydlə bağlı Azərbaycan Respublikası Dövlət X6 Arayışının Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o əhmədova (Alıyeva) Sülfiyyə Qafar qızı, ailəsilə birlikdə Şəmkir şəhəri, Nəsimi küçəsi 9 nömrəli evdə yaşayır. Şəmkir rayonunun N.Nərimanov adına kolxozun qaytanlanmış Torpaq kitabının 2353-cü sıra nömrəsində onun adına, vəni əhmədova Sülfiyyə Həsən qızının adına xx.xx.1987-ci il tarixdə 135 nömrə ila 0.07 ha. həyətynaı torpaq sahəsi verilmişdir. Qeyd olunan həmin torpaq kitabında Alıyeva (Əhmədova) Sülfiyyə Qafar qızının adı yanlış olaraq,"Zülfiyyə", atasının adı yanlış olaraq "Həsən" kimi göstərilmişdir. Buna görə də ona verilən həyətyanı torpaqla bağlı hüquqlarından istifadə edə bilmir. O, 1983-cü ildə həmkəndlisi X10 ilə evlənmişdir. 1986-cı il tarixdə Şəmkir rayonu Qasımallar kənd soveti tərəfindən nikahı rəsmiləşdirmişlər. Nikahdan sonra onun soyadı əhmədova kimi qeyd edilmişdir. Ancaq bütün sənədlərdə soyadı, adı və ata adı əhmədova (Alıyeva)Sülfiyyə Qafar qızı kimi qeyd edilmiş və hamı onu Əhmədova (Alıyeva)Sülfiyyə Qafar qızı kimi tanımışdır. Hazırda torpaq sahəsi ilə bağlı sənədləşmə işləri aparmaq istəyir, lakin, həmin torpağın Arxiv sənədində yanlışlıqları aradan qaldıra bilmir. Qeyd edilənlərə əsasən X3 0,07 ha həyətyanı torpağın verilməsinə dair Şəmkir rayon N.Nərimanov adına kolxozun qaytanlanmış torpaq kitabının 2353-cü sıra nömrəsində qeydlə bağlı Azərbaycan Respublikası Dövlət X6 X1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Şəmkir rayon filialı nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki Ərizəçi xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X7 xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Bu barədə 26 nömrəli akt qeydi tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, Şəmkir şəhəri, M.S.ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi ondan ötrü ki, Şəmkir Filialında mühafizə olunan sabiq "N.Nərimanov" kolxozun qaytanlanmış torpaq kitabında 2353-cü sıra nömrəsində X4 adına 0,07 ha. həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Lakin kitabda ata adının (Həsən) üstündən fərqli rəngli qələmlə Qəfər yazılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Şəmkir rayon filialı tərəfindən verilmiş arxiv arayışında səhv yazılmış ada və ata adına düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Şəmkir rayon filialının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 24 yanvar 2019-ci il tarixli k-1-69 Nə-li arayışa əsasən Şəmkir rayonunun " N.Nərimanov" adına kolxozun qaytanlanmış torpaq kitabında 2353-cü sıra nömrəsində X8 (Qəfər fərqli rəngli qələmlə) kimi qeyd edilmişdir. Vətəndaşlara arxiv arayışları verilərkən arxiv sənədlərinə düzəlişlərin edilməsi arxivin iş qaydalarına zidd olduğu üçün Sizə tərəfimizdən verilmiş arayışa düzəliş edilərək Ərizəçi kimi yazılması tərəfimizdən mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin atasının adı və öz adı və soyadı, ona məxsus bütün sənədlərdə “Əhmədova (Alıyeva) Sulfiyyə Qafar” kimi göstərilsə də, Şəmkir rayon N.Nərimanov adına kolxozun qaytanlanmış torpaq kitabının 2353-cü sıra nömrəsində qeyddə adı “X9” kimi göstərilmişdir. Dövlət sənədində göstərilən “X9” ilə digər sənədlərdə göstərilən “Ərizəçi”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – Şəmkir rayon N.Nərimanov adına kolxozun qaytanlanmış torpaq kitabının 2353-cü sıra nömrəsində qeydlə bağlı Azərbaycan Respublikası Dövlət X6 Arayışı, doğum haqqında şəhadətnamə, arayış, şəxsiyyət vəsiqəsi ərizəçi tərəfindən, onun özünə məxsus sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər və həmin sənəd ərizəçiyə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Şəmkir rayon N.Nərimanov adına kolxozun qaytanlanmış torpaq kitabının 2353-cü sıra nömrəsində qeydlə bağlı Azərbaycan Respublikası Dövlət X6 X1 məxsus olması faktının müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X11 (Həsən) qızına 0,07 ha həyətyanı torpağın verilməsinə dair Şəmkir rayon N.Nərimanov adına kolxozun qaytanlanmış torpaq kitabının 2353-cü sıra nömrəsində qeydlə bağlı Azərbaycan Respublikası Dövlət X6 Arayışının Əhmədova (Alıyeva) Sulfiyyə Qafar qızına məxsus olması faktının müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar