Məhkəmə qərarları › İş №2(076)-1566/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1566/2024

14.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1566/2024 14.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Məhkəmə iclas katibi Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azərişıq” ASC-nin nümayəndəsi tərəfindən xx.xx.2020-ci il tarixində 202185 nömrəli akt əsasında qanunsuz hesablanmış 403 (dörd yüz üç manat) manat məbləğində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Şəmkir rayonu Abbaslı kəndində yaşayır, yaşadığı mənzil elektrik enerjisinin tələbatına sayğac vasitəsi ilə ödəyir, bu günə qədər Azərişıq əməkdaşları ilə elektrik enerjisinin alışı üzrə işçiləri ilə heç bir münaqişə olmamışdır. Sərf etdiyi elektrik enerjisinin dəyərini tam vaxtında ödəyən abonent olmuşdur. Təxminən 2021-ci il yanvar ayında ona məxsus köhnə tipli mexaniki sayğacına əvvəlcə ödəniş tipli smart kart sayğacı ilə əvəz etdilər. Həmin dövrdən indiyənədək əvvəlcədən ödəniş edib X4 edirdi. Lakin məhkəməyə müraciət etdiyi vaxtadək elektrik enerjisinin əvvəlcədən ödədiyi dəyərinin tez bir zamanda bitməsi ilə əlaqədar cavabdehin Şəmkir rayon üzrə idarəsinə müraciət etmiş, orda da ona bildirmişdilər ki, mənzilin giriş çıxış kabellərini yoxlayıb enerjinin axının qarşısını almaq məqsədi ilə ölçə işləri aparılmışdır. O isə təsəvvür edirdi ki, mənzilində torpaqlama mövcuddur xəbəri olmadan enerjinin yerə axınını bilirdi. Müraciətində ona məlum oldu ki, onun elektrik sayğacını xx.xx.2021-ci il tarixində smart sayğaca keçirdiblər xx.xx.2021-ci il tarixdə ona 403 manat ElQ-nin pozulması kimi cərimə hesabatı aparıblar, və 2 dekabr 2020-ci il tarixində ona məxsus sayğaca 202185 nömrəli akt tərtib ediblər. Aktda qeyd ediblər ki, güya onun sayğacına giriş kabeli zədələnmişdir, əgər zədələnmişdirsə, güya etmiş olduğu enerji oğurluğunu heç bir ölçü meyarı barəsində qeyd aparmayıblar. Bu tam yalandır. Aktda T.Məmmədov kimi ev sahibinin adı qeyd ediblər, yani Tacəddin Məmmədov adlı həmin kəndə vətəndaş yoxdur. Sayğacın ad və kod uçotunda onun adını səhvən Valəddin yox Tacəddin kimi səhv qeyd aparıblar. Burada da aydın görünür ki, səhv tərtib olunmuş aktın tərtibatı tam yalandır o tələb etmiş ki, o etdiyi oğurluğun əyani sübutunu edin və ya o qəsdən yaralanmış olduğu kabelin akta yazılmış hissənin qüsurun kim tərəfindən ləğv edildiyinidə tələb etsə də heç bir nəticə olmadı. Odur ki, yuxarıda qeyd etdiyi məsələlər ilə əlaqədar hüquqların müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsini, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixində 202185 nömrəli protokol əsasında hesablanmış 403 manat hesablanmış borcun silinməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" ASC–nin nümayəndəsi X7 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək öz izahatında bildirmişdir ki, "xxxx"" ASC-nin X9 Təchizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən "xxxx" ASC-nin ORACLE proqram bazasında **********00705 saylı istehlakçı kodu ilə məişət abonenti kimi qeydiyyatda olan mexaniki səhv olaraq X1 qeyd olunan, lakin hazırkı iş üzrə İddiaçı yaşadığı fərdi evi üçün istifadəsində və balans mənsubiyyəti sərhədində quraşdırılmış sayğacın zavod №**********, tipi DDS-26 olan elektrik hesablama sayğacına 02 dekabr 2020-ci il tarixdə baxış keçirilən zaman "sayğacın dövlət "A" möhürü müdaxiləlidir. Giriş xətti sayğacın təxminən 50 sm-dən tamamilə kəsilərək sonradan calaq edilmişdir." qüsuru faktı aşkar olunmuşdur. Ona görə də əməkdaşlar tərəfindən "X4 Qaydaları"nın ("EEİQ") tələbinə uyğun olaraq T.Məmmədov barəsində AKT R № 202185 nömrəli akt tərtib olunmuşdur. Tərtib olunmuş həmin akt əsasında Qərb RETSİ-nin nəzdində fəaliyyət göstərən Aktlılar üzrə komissiya tərəfindən abonent barəsində dəyəri 402,89 (dörd yüz iki manat səksən doqquz qəpik) manat təşkil edən məbləğində itirilmiş enerjinin bərpası məqsədi ilə hesabat aparılmış və həmin məbləğ **********00705 saylı istehlakçı koduna işlənmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsindən görünür ki, "Təxminən 2021-ci ilin yanvar ayında mənə məxsus köhnə tipli mexaniki sayğacın əvəzinə ödəniş tipli smart kart sayğacı ilə əvəz etdilər." İddiaçı iddia ərizəsində daha sonra göstərir ki, "2 dekabr 2020-ci il tarixində mənə məxsus sayğaca 202185 nömrəli akt tərtib ediblər". Göstəridiklərində onu deməyə əsas verir ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 202185 saylı akt iddiaçının yaşadığı ev üçün quraşdırılmış sayğaca baxış keçirilən zaman aşkar edilmiş enerji pozuntuları ilə bağlı tərtib olunmuşdur. Bildirir ki, İddiaçı cavabdeh "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən xx.xx.2020-ci il tarixli, Akt R 2 202185 saylı akt əsasında qanunsuz hesablanmış manat məbləğində borcun onun hesabından silinməsi” tələbinə dair iddia ilə əlaqədar məhkəməyə gec müraciət etmişdir. Ona görə də İddiaçı cavabdeh "Azərişıq”" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən xx.xx.2020-ci il tarixli, Akt R № 202185 saylı akt əsasında qanunsuz hesablanmış və mən bilmədən ödədiyim məbləğ də daxil olmaqla koduma hesablanmış 403 (dörd yüz üç manat) manat məbləğində borcun mənin hesabımdan silinməsi" tələbinə dair 2(076)-1566/2024 saylı mülki işə iddia müddətinin tətbiq edilməsini və bu barədə məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* nömrəli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokolun surətindən görünür ki, olunmuş AKT NİM № 202185 nömrəli akta əsasən sayğac dəyişdirilmişdir və rəy almaq üçün laboratoriya göndərilmişdir. İş materiallarında 203960 nömrəli xx.xx.2022-ci il tarixli sayğacların və cərəyan transformatorlarının yoxlanması protokoldan görünür ki, sayğacın üst “A” möhürün aydın görünən müdaxilə izi var, möhür mövqeyini dəyişilməsi aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Məmmədov Tacəddin adına olan sayğaca baxış keçirilmiş və aşkar olunmuşdur ki sayğacın dövlət "A" möhürü müdaxiləlidir. Giriş xətti sayğacın təxminən 50 sm-dən tamamilə kəsilərək sonradan calaq edilmişdir. Ona görə 2758 kvt.s sərfiyyat hesablamışdır və ona görə 402,89 manat cərimə hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 202185 nömrəli Aktdan görünür ki, yoxlama zamanı sayğaca baxış keçirilərkən məlum oldu ki, abonent sayğacın dövlət "A" möhürü müdaxiləlidir. Giriş xətti sayğacın təxminən 50 sm-dən tamamilə kəsilərək sonradan calaq edilmişdir. İşdə olan Abunə Haqqında görünür ki, Şəmkir rayonu, Abbaslı kəndində yerləşən abonentə xx.xx.2021-ci il tarixli akt əsasında 402,89 manat borc hesablanmışdır. Məhkəmə iddianın hüquqi əsası kimi isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X4 qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X4 edən istehlakçıdır. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6–cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 7.11–ci bəndində göstərilmişdir ki, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.17–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9–2–ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–1–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 10.18.9–1–ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–2–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi məişət abonenti olan iddiaçının adına qeydə alınmış sayğaca "xxxx" ASC–nin əməkdaşları iddiaçını məlumatlandırmadan baxış keçirmiş, sayğacı açaraq laboratoriya şəraitində yoxlamağa aparmışlar. Lakin sayğac laboratoriya şəraitində yoxlanılarkən “X4 qaydaları”nın 7.6–cı bəndinə əməl edilməmişdir. Belə ki, həmin bənddə hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılması və ikitərəfli aktla sənədləşdirilməsi, istehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılması və yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması, istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsinin ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququnun olması göstərilmişdir. Məhkəmə iddiaçının tələbi ilə bağlı qeyd edir ki, Şəmkir rayonu Abbaslı kəndində X2 məxsus fərdi yaşayış evinə quraşdırılmış ********** nömrəli sayğaca dair ******* saylı və 203960 saylı protokol tərtib edilərkən qanunvericiliyin tələbi pozulmuşdur. Belə ki, protokol tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X4 Qaydaları”nın 7.6–cı maddənin tələblərinə uyğun olaraq laboratoriya şəraitində sayğacın zədələnməsi araşdırılarkən iddiaçının iştirakı təmin olunmamışdır. Eləcə də, cavabdeh tərəf iddiaçının sayğaca müdaxilə etməsini iddia edərək müvafiq protokol tərtib etsə də, həqiqətən iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa cavabdeh tərəfindən protokol tərtib olunarkən iddiaçının iştirakının təmin olunmaması, heç bir mötəbər mənbədən əldə edilmiş sübutlara əsaslanmadan borc hesablanması məhkəmə tərəfindən əsaslı hesab edilmir. Belə ki, cavabdehin əməkdaşları tərəfindən protokol tərtib olunarkən, habelə laboratoriya şəraitində sayğacın zədələnməsi araşdırılarkən istehlakçının iştirakı təmin olunmadan, bu barədə protokolda hər hansı müvafiq qeyd aparılmadan, heç bir təsdiqedici mənbəyə əsaslanmadan borc hesablanmışdır. Eləcə də, sayğacın evin daxilində deyil, küçədə yerləşdirilməsi nəzərə alınsa, həmin sayğaca iddiaçı tərəfindən hər hansı gözlə görünən müdaxilənin edilməsi ağlabatan və inandırıcı hesab edilmir. Bundan başqa cavabdeh iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü əsas gətirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə qeyd edir ki, iddia müddəti tələb hüququ üçün xarakterikdir, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Belə ki, iddia müddəti borclu tərəfindən öhdəliklərin icra edilməməsi halında tələb hüququnun məhkəmə müdafiəsini aradan qaldırır ki, göründüyü kimi hazırki mübahisə üzrə iddiaçı borcun təmin edilməsi üçün iddia ərizəsi ilə deyil, məhz borcun silinməsi tələbi ilə məhkəməyə mürciət etmişdir. Belə olan halda hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən “şərəf borcu” da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz. Mülki hüquq nəzəriyyəsində məhz iddia müddəti ötürülmüş və mərc oyunları ilə bağlı yaranan öhdəliklər natural öhdəliklərin nümunələri kimi göstərilir. Göründüyü kimi, natural öhdəliklərin iki əsas əlaməti mövcuddur: - borclu tərəfindən öhdəliklərin icra edilməməsi halında kreditorun tələbinin məhkəmə müdafiəsi (iddia qaldırmaq hüququ) ilə təmin edilməməsi; - borclu tərəfindən icra edilmişlərin geri tələb edilməsinin yolverilməzliyi. Beləliklə, natural öhdəliyin icrası öhdəliyin mövcudluğu, etibarlılığı və icra edən tərəfin onu tanıması prezumpsiyasını yaradır ki, borclunun həmin öhdəliyin hüquqi təbiətini (artıq iddia ilə təmin olunmamasını) bilmədiyi təqdirdə də icra edilənləri geri istəyə bilməməsi məhz bundan irəli gəlir. Bu hüquq münasibətlərinin məhkəmə tərəfindən araşdırılması qeyri-mümkün olduğundan, həmin prezumpsiya təkzibedilməz xarakter daşıyır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı iddia ərizəsində 403 manat borcun silinməsini qeyd etsə də, işə əlavə edilmiş saldodan da görünür ki, hesablanmış borcun məbləği 402,89 manat təşkil edir. Beləliklə, məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi qismən təmin edilməli, akt əsasında "xxxx" ASC–nin əməkdaşları tərəfindən X4 qaydalarının pozulması halına görə hesablanmış 402,89 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən abonent İddiaçı (Tacəddin) Məhərrəm oğluna (hesab nömrəsi **********0705) hesablanmış 402,89 (dörd yüz iki manat səksən doqquz qəpik ) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar