Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1584/2025 17.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi Ərizəçi “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə el adəti ilə qaydasında evlənib ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2017-ci ildə X2, xx.xx.2019-cu ildə X5, xx.xx.2020-ci ildə X4 və xx.xx.2022-ci ildə X3 adlı 4 uşaqları omuşdur. Lakin bir müddət sonra cavabdehlə aralarında narazılıqlar yaranmağa başlamışdır. Ona görə də o Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununa əsasən mediasiyaya müraciət etmişdir. Tam mediasiya sessiyasının nəticəsi olaraq cavabdehlə aralarında xx.xx.2025-ci il tarixli barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən Maraqlı şəxs ilə birgə nikahdan olmuş xx.xx.2017-ci ildə X2, xx.xx.2019-cu ildə X5, xx.xx.2020-ci ildə X4 və xx.xx.2022-ci ildə X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 275 manat olmaqla, cəmi 1100 manat alimenti hər ayın 25-dən gec olmayaraq Ərizəçi verməyi öhdəsinə götürür. Ümumiyyətlə cavabdehlə aralarında olan xx.xx.2025-ci il tarixli barışıq sazişində qeyd olunduğu kimi hər ay cəmi 1100 manat aliment cavabdehdn alınaraq ona verilməlidir. Lakin Maraqlı şəxs sazişə əməl etmir, ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də mediasiya prosesində Maraqlı şəxsla aralarında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞT/MT024/2025-0097 nömrəli barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsini istəyir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM–nin 355-25.2-ci maddəsinə əsasən işə mövcud vəziyyətdə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs ilə, Ərizəçi birgə nikahlarından, xx.xx.2017-ci ildə X2, xx.xx.2019-cu ildə X5, xx.xx.2020-ci ildə X4 və xx.xx.2022-ci ildə X3 olmaqla dörd ümumi uşaqları doğulmuşdur. İşdə olan Mediasiya Şurasının xx.xx.2025-ci il tarixli, MŞT/MT024/2025-0097 saylı barışıq sazişindən görünür ki, Maraqlı şəxs, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2017-ci ildə X2, xx.xx.2019-cu ildə X5, xx.xx.2020-ci ildə X4 və xx.xx.2022-ci ildə X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün, Ərizəçi hər ay 275 manat, cəmi 1100 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, Mediasiya Şurasının xx.xx.2025-ci il tarixli, MŞT/MT024/2025-0097 saylı barışıq sazişinə əsasən Maraqlı şəxs, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2017-ci ildə X2, xx.xx.2019-cu ildə X5, xx.xx.2020-ci ildə X4 və xx.xx.2022-ci ildə X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün, Ərizəçi hər ay 275 manat, cəmi 1100 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM–nin 305.1.17–ci maddəsinin tələblərinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355–23.1–ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2.1–ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355–24–cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1–ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355–25.1–ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355–25.2–ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355–25.3–cü maddəsinin tələblərinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355–26–cı maddəsində sadalanmış halların olub–olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1–ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3–cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4–cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5–ci maddəsinin tələbləri nəzərə alınmaqla). Qanunvericilik mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtinanın qanunazidlik və başqa şəxslərin mənafeyi kimi 2 halını müəyyən etmişdir. Bunlar barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Belə ki, məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurubvurmadığını və s.) yoxlamalıdır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olmadığı qənaətinə gələrsə onun təsdiqindən imtina etməlidir, əks halda isə onu təsdiqləyir. Məhkəmə iş materiallarını, proses iştirakçılarının izahatlarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞT/MT024/2025-0097 saylı barışıq sazişi iddiaçının göstərmiş olduğu hissədə təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış, Maraqlı şəxs, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2017-ci ildə X2, xx.xx.2019-cu ildə X5, xx.xx.2020-ci ildə X4 və xx.xx.2022-ci ildə X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, Ərizəçi hər ay 275 manat, cımi 1100 manat alimenti hər təqvim ayının 25-ci günüdən gec olmayaraq ödəməyi öhdəsinə götürməsi barədə xx.xx.2025-ci il tarixli, MŞT/MT024/2025-0097 saylı barışıq sazişi təsdiq edilsin. Qətnamənin dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-1584/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1584/2025
17.03.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver