Məhkəmə qərarları › İş №2(076)-1602/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-1602/2023

30.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-1602/2023 30.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması dair ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlərlər. Ərizəçilər məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini bildirməmişlər, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onları iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.06, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunmasına dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəşad Mustafayev AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏMKİR RAYON MƏHKƏMƏSİ AZ 5700, Şəmkir şəhəri, Heydər Əliyev pr–2 Tel. (02230) –5–74–07 İş № 2(076)-1602/2023 xx.xx.2023–cü il Ərizəçilər: Ərizəçi1 Ərizəçi2 Şəmkir rayonu Keçili kəndi Maraqlı şəxs: AR ƏMDK yanında DƏDRKi və Reyestri Publik hüquqi şəxsin 11 saylı Ərazi İdarəsinə Şəmkir şəhəri, H. Əliyev prospekti-13 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023–cü il tarixli 2(076)–1602/2023 saylı qərardadı məlumat üçün sizə göndərilir. Qoşma: qərardad “ “ vərəqə Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar