Məhkəmə qərarları › İş №2(076)-1624/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1624/2023

16.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1624/2023 16.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı itirilmiş qazın bərpa olunması üçün tərtib edilmiş akt əsasında yazılmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı itirilmiş qazın bərpa olunması üçün tərtib edilmiş akt əsasında yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii X7 pozulmasına görə tərtib edilmiş akt əsasında yaranmış 1036.80 (bir min otuz altı manat səksən qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Şəmkir rayonu Qaracəmirli kəndində yaşayır. xx.xx.2022-ci il tarixdə Cavabdeh İB-nin X21 sahəsi tərəfindən yaşadığı evin qaz sayğacı dəyişdirilmişdir. Qaz sayğacı dəyişdirildikdən bir müddət sonra hesabına 1036.80 manat borc yazılması barədə məlumat əldə etmişdir. Bununla bağlı müraciət etdikdə ona Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı təbii X7 ppozulması haqqında akt təqdim edilmişdir. Aktda hesablama mezanizminin üzərində mənşəyi məlum olmayan plomb olduğu qeyd edilmişdir. O, hər ay istifadə etdiyi qazın pulunu vaxtlı-vaxtında ödəmişdir. Ona yazılmış borcun əsassızlığı barədə dəfələrlə bildirsə də heç bir nəticəsi olmamışdır. Onun tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə olmamışdır. Yaşayış sahəsində ******* nömrəli sayğac quraşdırılmışdır. Həmin sayğaca Cavabdeh ******* saylı aktla müdaxilə etdiyini bildirmişdir. Lakin, o, sayğaca heç bir müdaxilə etməmişdir. Həmçinin, istifadə etdikləri qaz sayğacı mərhum qayıanası X1 adınadır. X5 xx.xx.2011-ci ildə vəfat etmişdir. Hazırda həmin evdə o, övladları ilə birlikdə yaşayır. Lakin, həmin nöqsanlardan onun xəbəri olmamış və o sayğaca müdaxilə etməmişdir. Cavabdeh İB tərəfindən yeni sayğac quraşdırılandan sonra onun köhnə sayğaca müdaxiləsi müəyyən edilmişdir. Ona görə də həmin akt əsasında yazılmış borcla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq Cavabdeh tərəfindən təbii X7 pozulmasına görə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında yaranmış 1036.80 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5–ci maddəsinə əsaslanaraq işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli ******* saylı təbii X7 pozulması haqqında aktdan görünür ki, X2 məxsus Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış Elster G4 tipli, zavod nömrəsi ******* nömrəli qaz sayğacının hesablama mexanizminin qapağının üzərində məlum olmayan plomb aşkar olunmuşdur. İşdə olan Abonentin Saldosundan görünür ki, X2 2022-ci ilin noyabr ayında akt üzrə 1036.80 manat borc hesablanmışdır. İşdə olan Şəmkir rayon Qaracəmirli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X9 xx.xx.2011-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 28 nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan Şəmkir rayon Qaracəmirli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 41 nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan xx.xx.1961-ci il tarixli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, X10 xx.xx.1961-ci ildə doğulmuşdur, atası X15, anası X3r. İşdə olan xx.xx.1990-cı il tarixli nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, X9 ilə X11 12 noyabr 1990-cı ildə nikahlarını rəsmiləşdirmişlər və arvada Piriyeva soyadı verilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixli ******* nömrəli akta əsasən X2 məxsus Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış Elster G4 tipli, zavod nömrəsi ******* nömrəli qaz sayğacının hesablama mexanizminin qapağının üzərində məlum olmayan plomb aşkar olunmuşdur. X8 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İddiaçı sayğacda baş vermiş nasazlığın onun təqsiri ucbatından baş vermədiyini və bu səbəbdən ona əsassız olaraq 1036.80 manat ziyan hesablandığını qeyd edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iddia tələbinin hüquqi əsası ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. “X17” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə görə bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. “X17” Azərbaycan Respublikasının Qanununun 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş X7 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Göründüyü kimi qeyd edilən normaların tələbi baxımından bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Eyni zamanda fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Hazırkı vəziyyətdə iddiaçının bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vurmasını təsdiqləyəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş akta əsasən Zeynəb Piriyevaya məxsus Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış Elster G4 tipli, zavod nömrəsi ******* nömrəli qaz sayğacının hesablama mexanizminin qapağının üzərində məlum olmayan plomb aşkar olunmuşdur. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vurmasını təsdiqləyəcək hər hansı sübut olmadığından iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq Qətetdi: İddia təmin edilsin. Cavabdeh nümayəndəsi tərəfindən mərhum X2 məxsus Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış təbii qaz sayğacı üzrə xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında itirilmiş qaza görə hesablanmış 1036.80 (bir min otuz altı manat səksən qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar