Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-1633/2024 18.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X1 və Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı “Şəmkir rayonu, 1 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2V-885, 2V-886, 2V-287 və 2V-288 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə-1271 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin bağışlama müqaviləsi əsasında Cavabdeh1 adına olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, X1 və Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu, 1 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2V-885, 2V-886, 2V-287 və 2V-288 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin qismən ləğvi, həmin vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və notariat ofisinin xx.xx.2021-ci il tarixli, 40-1271 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və bunun əsasında Cavabdeh1 adına tam mülkiyyət hüququ ilə xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən verilmiş çıxarışın ləğvi, birinci növbədə vərəsə tanınıb miras əmlakda payın müəyyən edilməsinə dair qətnamə çıxardılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılması barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların nümayəndəsi (vəkili) Nümayəndə2 mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh2, X1 və Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı “Şəmkir rayonu, 1 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2V-885, 2V-886, 2V-287 və 2V-288 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə-1271 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin bağışlama müqaviləsi əsasında Cavabdeh1 adına olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1633/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-1633/2024
18.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver