Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1686/2025 01.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X12 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Ərizəçi: Ərizəçi Maraqlı şəxslər: X3, X1 və X2 iştirakı ilə Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, JN–071A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 1998–ci il tarixli 47 saylı qərarı ilə ona və digər ailə üzvlərinə Şəmkir rayonu, Yeni Yol kəndi ərazisində 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN– 071A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir. Lakin həmin Şəhadətnamədə onun adı səhvən “Ərizəçi Həsrət qızı” kimi yazılmışdır. Qeyd edilən yanlışlığın aradan qaldırılması üçün DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin orqan yanlışlığın aradan qaldırılmasının onların səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Hazırda mülkiyyətində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmir və bu səbəbdən məlum ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, JN–071A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı maraqlı şəxs X7 izahatında göstərdi ki, həqiqətən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 1998–ci il tarixli 47 saylı qərarı ilə ona və digər ailə üzvlərinə Şəmkir rayonu, Yeni Yol kəndi ərazisində 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–071A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir. Lakin həmin Şəhadətnamədə arvadı Ərizəçi ata adı səhvən “Həsrət” kimi yazılmışdır. Odur ki, hazırda ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə iclası zamanı maraqlı şəxs X5 izahatında göstərdi ki, həqiqətən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 1998–ci il tarixli 47 saylı qərarı ilə ona və digər ailə üzvlərinə Şəmkir rayonu, Yeni Yol kəndi ərazisində 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–071A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir. Lakin həmin Şəhadətnamədə anasının ata adı səhvən “Həsrət” kimi yazılmışdır. Odur ki, hazırda ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə iclası zamanı maraqlı şəxs X6 izahatında göstərdi ki, Şəmkir rayonu, Yeni Yol kəndi ərazisində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinə dair tərtib edilmiş JN– 071A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də anası Ərizəçi ata adı səhvən “Həsrət” kimi yazılmışdır. Odur ki, hazırda ərizənin təmin edilməsinə etiraz etmir. Maraqlı şəxslər DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə və X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə həmin maraqlı şəxslərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxslərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN–071A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 1998–ci il tarixli 47 saylı qərarı ilə Ərizəçi və onnu digər ailə üzvlərinə Şəmkir rayonu, Yeni Yol kəndi ərazisində 0.07 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin Şəhadətnamədə Ərizəçi adı səhvən “Ərizəçi Həsrət qızı” kimi yazılmışdır. İşdə olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1968–ci il tarixdə doğulmuşdur. İşdə olan Şəmkir RİHB–nın Təzəkənd kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2025–ci il tarixli arayışından görünür ki, JN–071A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də Ərizəçi atasının adı “Nəsrəddin” əvəzinə səhvən “Həsrət” kimi yazılmışdır. İşdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025–ci il tarixli imtina məktubundan görünür ki, JN–071A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də düzəliş aparılması DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından düzəliş edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 1998–ci il tarixli 47 saylı qərarı ilə Ərizəçi və digər ailə üzvlərinə Şəmkir rayonu, Yeni Yol kəndi ərazisində 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–071A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir. Lakin həmin Dövlət Aktının 2–ci sırasında Ərizəçi adı səhvən “Ərizəçi Həsrət qızı” kimi yazılmışdır. Hazırda ərizəçi Dövlət Aktındakı ad uyğunsuzluğu səbəbindən mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, JN–071A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ərizəçiyə məxsusdur. Azərbaycan Respublikası MPM–in 307.2.5–ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN–071A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin JN–071A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nın ona, yəni Ərizəçi məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307, 308, 310 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən verilmiş JN–071A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də hüquq subyekti kimi qeyd olunmuş “Ərizəçi Həsrət qızı”na aid hissədə həmin sənədin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X13
Məhkəmə qərarları › İş №2(076)-1686/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1686/2025
01.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver