Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1697/2024 04.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisində qeydə alınmış 0.1456 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində inşa edilmiş tikililərin təyinatından və xarakterindən asılı olmayaraq cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisində onun adına 0.1456 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır. Həmin torpaq sahəsi əvvəllər X5 tərəfindən qanunsuz olaraq zəbt edilmiş və onun iddiasına əsasən Şəmkir Rayon Məhkəməsinin 2(076)-1387/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X2 həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qətnamə icra olunan vaxt müəyyən edilmişdir ki, torpaq sahəsinin sərhədləri daxilində Cavabdeh tərəfindən qanunsuz olaraq istilikxana inşa edilmişdir. Dəfələrlə cavabdehdən ona məxsus torpaq sahəsində qanunsuz inşa etdiyi tikililərin sökməsini tələb etsə də, o, bundan imtina etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsinə dair yekun məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2016-cı il tarixli, ********** saylı qeydiyyat nömrəli Seriya RX ******* saylı Çıxarışın və xx.xx.2023-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsünün notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən 0,1456 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2(076)-1387/2023-cü il tarixli Şəmkir Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, xx.xx.2016-cı il tarixli, ********** saylı qeydiyyat nömrəli Seriya RX ******* saylı Çıxarış əsasında İddiaçı mülkiyyətində olan, Şəmkir rayonunun Əliyaqublu kəndində yerləşən 0.1456 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X5 çıxarılması qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-16-31/1-S170 nömrəli Şəmkir Regional Ədliyyə İdarəsinin tərəfindən verilmiş, X1 ünvanlanmış məktubundan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1387/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2016-cı il tarixli, ********** saylı qeydiyyat nömrəli Seriya RX ******* saylı çıxarış əsasında İddiaçı mülkiyyətində olan, Şəmkir rayonu Əliyaqublu kəndində yerləşən 0.1456 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X3 çıxarılması qət edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixində Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır.İcra sənədinin icrası məqsədilə icra hərəkətləri təyin edilmiş və xx.xx.2024-cü il tarixində DƏDRX-nin 11 saylı Şəmkir Ərazi idarəsinin mütəxəssisi tərəfindən aparılmış ölçü işləri zamanı sizə məxsus torpaq sahəsi ölçülərək özünüzə təhvil verilmişdir. Məlumat üçün bildirir ki, borclu Arzu Həbibov icra məmuruna verdiyi izahatında məhkəmə qərarında qeyd edilən torpaq sahəsinin onun istifadəsində olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaları təsbit edilir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (MM 139.3-cü mad). Mülki Məcəllənin 139-1.1.1.-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki Məcəllənin 146.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (MM 146.2). Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır (MM 146.3). Mülki Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir MM(157.5). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (MM 157.8). Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (158.2). Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (MM 158.4). Mülki Məcəllənin 148.2.-ci maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Mülki Məcəllənin 180.1.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (MM 180.4). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göründüyü kimi, İddiaçı Şəmkir rayonunun Əliyaqublu kəndində yerləşən 0.1456 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və onun adına Daşınmaz Əmlakın Dövlət Xidməti tərəfindən çıxarış verilmişdir və o həmin torpaq sahəsinin qanuni sahibidir və onun həmin torpaq sahəsindən öz istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin həmin mübahisəli torpaq sahəsinə dair cavabdehin hər hansı bir hüququnun olmasını təsdiq edən hər hansı bir mötəbər sübut mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisə predmeti olan Şəmkir rayonunun Əliyaqublu kəndində yerləşən 0.1456 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixli, ********** saylı qeydiyyat nömrəli Seriya RX ******* saylı Çıxarışla İddiaçı mülkiyyətində olmasını, Şəmkir rayonunun Əliyaqublu kəndində yerləşən xx.xx.2016-cı il tarixli, ********** saylı qeydiyyat nömrəli Seriya RX ******* saylı Çıxarışda göstərilən torpaq sahəsi 0.1456 ha Cavabdeh qanuni əsas olmadan istifadəsində olmasını, nəticədə iddiaçının öz mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsindən istifadə edə bilməməsini, bununla da onun sahiblik və istifadə hüquqlarının pozulmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2016-cı il tarixli, ********** saylı qeydiyyat nömrəli Seriya RX ******* saylı Çıxarış əsasında İddiaçı mülkiyyətində olan, Şəmkir rayonunun Əliyaqublu kəndində yerləşən 0.1456 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində inşa edilmiş tikililər Cavabdeh vəsaiti hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2016-cı il tarixli, ********** saylı qeydiyyat nömrəli Seriya RX ******* saylı Çıxarış əsasında İddiaçı mülkiyyətində olan, Şəmkir rayonunun Əliyaqublu kəndində yerləşən 0.1456 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində inşa edilmiş tikililər (təyinatından və xarakterindən asılı olmayaraq) Cavabdeh vəsaiti hesabına sökülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1697/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1697/2024
04.09.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver