Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-1713/2023 25.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Ərizəçi: Ərizəçi2 Maraqlı şəxs: Maraqlı şəxs rəisi X2 iştirakı ilə Ərizəçi2 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə işə məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi2 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1946-cı il tarixdə Şəmkir rayonu, İrmaşlı kəndində doğulması faktının müəyyən edilməsi, doğum haqqında akt qeydinin bərpa edilməsi, doğum haqqında şəhadətnamə verilərkən ata qrafasının boş saxlanması, ana qrafasında X1 yazılması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi2 izahatında göstərdi ki, atası X4, anası X3 olmaqla, 1946-cı il tarixdə Şəmkir rayonu, İrmaşlı kəndində doğulmuşdur. Atası 1991-ci ildə, anası 1988-ci ildə vəfat etmişlər. O, doğulan zaman valideynlərinin rəsmi nikahı olmadığından onun soyadı anasının soyadı ilə qeyd edilmişdir. Hazırda bəzi sənədləşmə işləri aparmaq, o cümlədən yeni şəxsiyyət vəsiqəsi almaq istəmiş, lakin doğum haqqında şəhadətnaməsi olmadığından buna nail ola bilməmişdir. Bu barədə Maraqlı şəxsnə müraciət etsə də, həmin orqan doğum faktının müəyyən edilməsindən imtina edərək, ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Bundan başqa qeyd edir ki, özü 1972-ci il tarixdən hazırki vaxtadək Rusiya Federasiyasının vətəndaşıdır. Şəmkir rayonu, İrmaşlı kəndində orta məktəbi bitirdikdən sonra Rusiya Federasiyasına hərbi xidmətə yollanmış, əsgərlikdən sonra orada qalmışdır. Hazırda doğum haqqında şəhadətnaməsi olmadığından hüquqlarını həyata keçirə bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs rəisi X5 məhkəmə iclası zamanı göstərdi ki, Vətəndaşlıq vəziyyət aktları üzrə avtomatlaşdırılmış sistemdə Ərizəçi2 doğumu barəsində heç bir məlumat aşkar edilməmişdir. Ərizəçi müvafiq sənədləri təqdim etmədiyindən qeydiyyat şöbəsində doğum akt qeydinin bərpa edilməsi də mümkün olmamışdır. Odur ki, hazırki ərizə üzrə qanuni qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, mülki işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan ********* saylı pasportun surətindən görünür ki, Ərizəçi2 Rusiya Federasiyasının vətəndaşıdır. Azərbaycan Respublikası MPM-nin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Göründüyü kimi qanunverilicik Azərbaycan Respublikasının məhkəmələrini mülki mübahisələr üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malik hesab etmişdir ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Hazırki ərizədən və ona əlavə edilmiş sənədlərdən isə ərizəçinin yaşayış yeri barədə, onun Azərbaycan Respublikasında yaşayış yerinin olmasına, olduğu yerin olmasına və adətən gəldiyi yerin olmasına dair təsdiqedici sənəd aşkar olunmamışdır. Həmçinin, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə ərizəçinin fərdi məlumatları araşdırılmış, lakin onun şəxsiyyətini təsdiq edən sənədin, miqrasiya və sərhədkeçmə məlumatları da aşkar edilməmişdir. Belə ki, işdə olan və “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, Ərizəçi2 dair şəxsiyyətini təsdiq edən sənəd, miqrasiya və sərhədkeçmə məlumatları aşkar edilməmişdir Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Bundan başqa Azərbaycan Respublikası MPM-nin 445.0-cı maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xüsusi icraat işlərinə aşağıdakı hallarda baxırlar: 445.0.1. barəsində itkin düşmüş hesab edilmə və yaxud ölmüş elan etmə haqqında məsələ qaldırılan şəxs Azərbaycan Respublikasının vətəndaşı olmuşsa və yaxud Azərbaycan Respublikasının ərazisində sonuncu məlum yaşayış yerinə malik olmuşsa; 445.0.2. barəsində məhdud fəaliyyət qabiliyyətli hesab edilmə haqqında məsələ qaldırılan şəxs Azərbaycan Respublikasının vətəndaşı olduqda, yaxud o, Azərbaycan Respublikasının ərazisində adətən yerləşdiyi yerə malik olduqda; 445.0.3. barəsində sahibsiz hesab etmə haqqında ərizə verilən əşya Azərbaycan Respublikasının ərazisində olduqda; 445.0.4. barəsində itirilmiş hesab edilməsi haqqında və üzərindəki müvafiq hüquqların bərpa edilməsi (çağırış icraatı) haqqında ərizə verilmiş qiymətli kağız Azərbaycan Respublikasının ərazisində yaşayan və ya olan fiziki və ya hüquqi şəxs tərəfindən verildikdə; 445.0.5. barəsində yanlışlıqların müəyyən edilməsi haqqında ərizə verilən vətəndaşlıq vəziyyəti aktlarının qeydləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirildikdə; 445.0.6. şikayət edilən notarial hərəkətlər (onların edilməsindən imtina) Azərbaycan Respublikasının notariusu və ya digər orqanı tərəfindən edildikdə. İşin yuxarıda araşdırılmış hallarından görünür ki, Ərizəçi2 Rusiya Federasiyasının vətəndaşıdır və Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətlərə malik olmasını müəyyən edən qanun normaları hazırki tələbin xüsusi icraat qaydasında baxılmasını nəzərdə tutmamışdır. Həmçinin, ərizəçi hazırki tələbin məhkəmənin səlahiyyətinə aid olmasını təsdiq edən hər hansı təsdiqedici sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, ərizəçinin hazırki tələbi məhkəmənin səlahiyyətinə aid deyil və həmin tələbə ümumi məhkəmələrdə baxılmır. Belə ki, Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi2 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 262, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizəçi2 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-1713/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-1713/2023
25.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver