Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1743/2025 05.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi) “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli 49 nömrəli qərarı ilə, xx.xx.2009-cu il tarixdə 667 No ilə uçota alınmış A No 182667 saylı X7 və Ölçü sənədinin mərhum atası X4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası X4 məxsus, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli 49 nömrəli qərarı ilə, xx.xx.2009-cu il tarixdə 667 N№ ilə uçota alınmış A No 182667 saylı X9 ve Ölçü sənədi ile 0.1615 ha həyətyanı torpaq sahəsi vardır. Lakin həmin Plan və Ölçü sənədində texniki səhv olaraq atasının soyadı "Mehtiyev" ata adı isə "Mehralı" kimi yazılmışdır. Onlar torpağı sənədləşdirmək məqsədi ilə Plan və Ölçü sənədində olan yanlışlığın aradan qaldırılması barədə ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişlər. Həmin şöbədən ona rəsmi məktubla bildirdilər ki, həmin sənəddə olan yanlışlıqla bağlı məhkəməyə müraciət etsinlər. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Qeyd edilənlərə əsasən Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli 49 nömrəli qərarı ilə, xx.xx.2009-cu il tarixdə 667 No ilə uçota alınmış A No 182667 saylı X7 və Ölçü sənədinin mərhum atası X4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli 49 nömrəli qərarı ilə, xx.xx.2009-cu il tarixdə 667 nömrə ilə uçota alınmış A №182667 saylı X7 və Ölçü sənədinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, fiziki şəxs X3 ad soyadı yanlış yazılmaqla həmin sənəddə X2 qeyd edilmişdir. İş materiallarında olan 25.1.2024-cü il tarixli, Şəmkir rayonu Qaracəmirli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş aktdan görünür ki, DTXK-nin AN 182667 nömrəli sənədinin subyek siyahısında X1 və ata adı yanlış yazılaraq həmin sənəddə X2 qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli 49 nömrəli qərarı ilə, xx.xx.2009-cu il tarixdə 667 nömrə ilə uçota alınmış A №182667 saylı X7 və Ölçü sənədində səhv yazılmış ada və ata adına düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin mərhum atasının ad və ata adı adı, ona məxsus bütün sənədlərdə “X6” kimi göstərilsə də, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli 49 nömrəli qərarı ilə, xx.xx.2009cu il tarixdə 667 nömrə ilə uçota alınmış A №182667 saylı X7 və Ölçü sənədində “X5” kimi göstərilmişdir. Dövlət sənədində göstərilən “X5” ilə digər sənədlərdə göstərilən “X6”nun eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli 49 nömrəli qərarı ilə, xx.xx.2009-cu il tarixdə 667 nömrə ilə uçota alınmış A №182667 saylı X7 və Ölçü sənədi, ölüm haqqında şəhadətnamə, akt, ərizəçi tərəfindən, onun mərhum atasına aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər və həmin sənəd ərizəçiyə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli 49 nömrəli qərarı ilə, xx.xx.2009-cu il tarixdə 667 nömrə ilə uçota alınmış A №182667 saylı X7 və Ölçü sənədinin X4 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305- 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli 49 nömrəli qərarı ilə, xx.xx.2009-cu il tarixdə 667 nömrə ilə uçota alınmış A №182667 saylı X7 və Ölçü sənədinin X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1743/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1743/2025
05.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver