Məhkəmə qərarları › İş №2(076)-175/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-175/2024

08.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-175/2024 08.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Şəmkir rayon 1 saylı Notariat Ofisinə, Cavabdeh3, Cavabdeh4 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsə tanınma tələbinə dair iddiasına Şəmkir Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Şəmkir rayon 1 saylı Notariat Ofisinə, Cavabdeh3, Cavabdeh4 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsə tanınma tələbinə dair iddiası ilə məhkəməyə müraciət edərək, mərhum X1 qalmış miras əmlakın bütövlükdə onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və onun mərhum X1 miras qalmış Şəmkir şəhəri, Bakı küçəsi 23 nömrəli fərdi yaşayış evinin üzərində vərəsəlik hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə verərək, ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Şəmkir rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iddiaçının ərizəsini, ərizəsinə əlavə edilmiş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən və işə mahiyyəti üzrə baxılması tələb edilmədiyindən ərizəsi baxılmamış saxlanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. İddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat Şəmkir rayon Məhkəməsinin hesabına dövlət rüsumu ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu tam şəkildə İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 259.0.6, 260, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2, Şəmkir rayon 1 saylı Notariat Ofisinə, Cavabdeh3, Cavabdeh4 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsə tanınma tələbinə dair iddiası baxılmamış saxlanılsın. Ödənilmiş 101 (yüz bir) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar