Məhkəmə qərarları › İş №2(076)-1764/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1764/2023

26.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1764/2023 26.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 03799589 saylı qüsur aktı üzrə hesablanmış 1036.8 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1ində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Qaz İstismarı İdarəsinin əməkdaşları xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus evdə yerləşən Elster tipli, G4T markalı, ******* saylı sayğacı yenisi ilə yəni Zenner tipli, G4T markalı, **********5 nömrəli sayğacla əvəz etdilər. 29 dekabr 2022-ci il tarixdə isə 03799589 saylı akt tərtib edərək dəyişdirilmiş Elster tipli sayğacda sayğacın çıxış plastmas borusunun deşildiyi, minimal sərfiyyatdan keçən qazın həcmini qeyd etmədiyi aşkarlanmış və iddiaçıya həmin akt üzrə 1036.8 manat borc hesablamışlar. İddiaçı sayğaca müdaxilə etməmişdir. Əgər sayğacın hesablama mexanizmi keçən qazın həcmini hesablamırsa, o iddiaçının təqsiri ucbatından baş verməmişdir. Ona görə də iddiaçı hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması halına görə itirilmiş qazın bərpası üçün 1036.8 manat dəymiş ziyan hesablanması qanunsuz və əsassız olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianın məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, xx.xx.2022-ci il tarixli aktla sayğac dəyişdirilmiş və həmin aktda çıxarılan Elster tipli sayğacdakı qüsurla bağlı hər hansı qeyd aparılmamışdır. 5 ay sonra sayğaca baxış keçirilmiş və baxış keçirilən zaman o dəvət olunmamışdır. 5 ay sonra baxış zamanı Elster tipli sayğacda qüsurla aşkar edilərək akt tərtib edilmiş və ona cərimə yazılmışdır. Qeyd olunanları nəzərə alaraq ünvan 1i ünvanında yaşayış evi üzrə qaz sərfinə görə xx.xx.2022-ci il tarixli, 03799589 saylı qüsur aktı üzrə hesablanmış 1036.8 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı yaşayış sahəsində xx.xx.2022-ci il tarixdə Elster tipli ******* nömrəli sayğac çıxarılaraq Zenner tipli **********5 nömrəli sayğacla əvəz edilmiş, həmin aktda sayğac çıxarılan zaman hər hansı qüsurun aşkar edilməsi barədə qeyd aparılmamışdır. İş materiallarında olan ünvan 1i ünvanında yaşayan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 1036.8 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə iddiaçının yaşadığı evə quraşdırılmış sayğac Elster tipli ******* nömrəli sayğac çıxarılaraq Zenner tipli **********5 nömrəli sayğacla əvəz edilmiş, aktda əlavə olaraq sayğacda hər hansı qüsur barədə qeyd aparılmamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə çıxarılan sayğac abonentin iştirakı olmadan yoxlamadan keçirilmiş, sayğacın çıxış plastmas borusunun deşildiyi, minimal sərfiyyatdan keçən qazın həcmini qeyd etmədiyi aşkarlanmışdir. Buna görə, itirilmiş qaz hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1036.8 manat pul tələb edilir. Tərəflər arasında mübahisə G-4 markalı, ******* nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, qaz itkisinə yol verildiyinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 1036.8 manat borc hesablamışdır. Lakin, iş materiallarından göründüyü kimi, ******* nömrəli qaz sayğacı iddiaçının özünün və cavabdehin nümayəndələrinin iştirakı ilə çıxarılmış, çıxarılan zaman aktda hər hansı qüsur qeyd edilməmiş və daha sonra xx.xx.2022-ci il tarixdə sayğaca baxış keçirilərkən abonent İddiaçı məlumat verilməmiş və onun iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 1036.8 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli aktda sayğac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X1 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə akt əsasında sayğacın sayğacın çıxış plastmas borusunun deşildiyi, minimal sərfiyyatdan keçən qazın həcmini qeyd etmədiyi sonradan aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1i ünvanında yerləşən yaşayış sahəsi üzrə qaz sərfinə görə İddiaçı adına hesablanmış 1036.8 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar