Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1780/2024 02.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı və cavabdeh "xxxx" ASC–nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktlar əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixli Rİ249998, xx.xx.2022-ci tarixli Rİ273524 və xx.xx.2024-cü il tarixli nömrəli aktlar əsasında qanunsuz hesablanmış **********00108 nömrəli abunə koduna 815 (səkkiz yüz on beş) manat məbləğində borcun onun hesabından aldadılaraq ödənilmiş məbləğ də daxil olmaqla tam silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şəmkir rayon Qılıncbəyli kəndində yaşayır. Yaşadığı mənzil 15 dekabr 2014-cü il tarixində bütün əşya və sənədləri daxil olmaqla tam yanaraq yararsız hala düşmüşdür. Mənzilinə gedən elektrik enerji xəttini yanğın zaman FHN-yanğından mühafizə əməkdaşları tərəfindən kəsici alət vasitəsi ilə sıradan çıxarmışlar, həmin sözü gedən mənzil bu günədək tam istifadəyə yararlı vəziyyətdə deyil. X7 Birinci Qarabağ müharibəsində şəhid olmuşdur. Ondan sonra həyat yoldaşı dünyasını dəyişdikdən sonra həmin mənzildə davamlı olaraq yaşamır, səhətində sinir xəstəliyi yaranması səbəbi ilə əlaqədar həyatının çox hissəsini Gəncə şəhərində bacısı ilə birgə yaşayır. Ona məxsus mənzilin elektrik sayğacının borcunu borcu olan qəbzi indiyənədək sərfiyyat qəbzi kimi görməmişdir. Kəndin ərazi üzrə nəzarətçiləri ayda bir dəfə ondan poçtdan 10-15 manat pul ödəməyini xahiş etmişlər. O indiyənədək 100 valt gücündə elektrik lampasını daimi yanılı vəziyyətdə olduğunu və nəticədə həmin məbləğin lampa tərəfindən sərf olduğunu təsəvvür edib pul ödənişi etmiş, lakin cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən kəsim maşını ilə birgə onun mənzilinin qarşısına gələrək onu telefon vasitəsi ilə onun ünvanına dəvət etmişlər, onun mənzilinə 327394 nömrəli akt tərtib olunmuş və nəticədə 475 manat 25 qəpik cərimə məbləği hesablanmasını bildirmişlər. O bununla bağlı cavabdehin aidiyyəti idarəsinə müraciət etmişdir. Müraciətin nəticəsində onun xəbəri və iştirakı olmadan onun mənzilinin elektrik sayğacına 3 ǝdəd Rİ249998, Rİ273524 və NİM000187 nömrəli aktlar tərtib olunduğu və 815 manat cərimələr hesablandığı bildirilmişdir. Sonuncu 000187 nömrəli akta nəzər yetirilsə aydın görünər ki, P Sayğac=0 kimi və axan yükü isə meyarı olmadığı üçün 4 mlmetr ölçüdə naqilin diametri meyarında hesabat aparılmışdır. Bu aktda da qeyd olunduğu kimi qüsurun ləğv edilməsi kimi qeydlər xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixində tərtib olunmuş aktlarda həmin şablon qeydlər aparılmışdır. O cavabdeh idarəyə birinci aktda yəni xx.xx.2022-ci il tarixli Eİ249998 nömrəli aktı icra etməyiblər, ancaq öz xəyallarındakı hesabatı aparıblar, niyə qüsuru icra protokolu vasitəsi ilə aradan qaldırmaməşlar. Qanunla akt tərtib olunduqdan dərhal 3 gün müddətinə aktda qeyd olunmuş qüsur səlahiyyətli nümayəndə tərəfindən xüsusi nömrəli icra protokolu tərtib olunaraq sonra hesabat aparılmalıdır. Bu qeydlərin heç biri olmadığı üçün hər 3 aktın hesabatı qanuna uyğun deyildir. Aydın görünür ki, cavabdehin xəyal etdiyi onun mənzilindəki, oğurluq faktı cavabdehə maraqlı deyildir. Sonda qeyd edir ki, o heç bir kənar elektrik enerjisindən istifadə etməmişdir. Oğurluq halı kimi qeyd etdikləri naqillər FHN tərəfindən qırılmış sonda ayrı istiqamətdən birləşdirilmiş naqillərdir. Qərb RETSİ-də akt komissiyasında aktın hesabatına baxılarkən Qaydaların 8.17-ci bəndinin tələbləri pozulmuşdur. Yuxarıda qeyd etdiyi haqsızlıqlar və vəzifədən sui-istifadə edərək, şişirdilmiş rəqəm hesabatlarının tam silinmişi ilə bağlı olaraq məhkəməyə müraciət edir. Məhkəmə iclası zamanı iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini və 815 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC–nin nümayəndəsi X3 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "yaşadığı mənzil 15 dekabr 2014-cü il tarixində bütün əşya və səndləri daxil olmaqla tam yanaraq yararsız hala düşmüşdür. Mənzilinə gedən elektrik enerji xəttini FHN-nin yanğından mühafizə əməkdaşları tərəfindən kəsici alət vasitəsi ilə sıradan çıxarılmışdır. Həmin sözügedən mənzil bu günədək tam istifadəyə yararlı vəziyyətdə deyil. İddiaçı iddia ərizəsində daha sonra qeyd etmişdir ki, "cavabdeh "Azərişıq” ASC-nin nümayəndələri tərəfindən kəsim maşını ilə birgə onun mənzilinin qarşısına gələrək onu telefon vasitəsi ilə onun ünvanına dəvət etmişlər, onun mənzilinə 327394 nömrəli akt tərtib olunmuş və nəticədə 475 manat 25 qəpik cərimə hesablanmasını bildirmişlər. O bununla bağlı cavabdehin aidiyyatı idarəsinə müraciət etmişdir. Müraciəti nəticəsində məlum oldu ki, onun iştirakı və xəbəri olmadan onun mənzilinin elektrik sayğacına 3 ədəd Rİ 249998, Rİ 273524 vǝ NİM 000187 nömrəli aktlar tərtib olunub 815 manat cərimələr hesablanıb...". İş üzrə toplanılmış sənədlərlə təsdiq olunur ki, enerji təchizatı müəssisəsi olaraq "xxxx" ASC mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq digər bütün istehlakçılar kimi İddiaçı da yaşadığı ev üçün elektrik hesablaşma sayğacı quraşdırılmış və sayğac "xxxx" ASC-nin ORACLE məlumat mərkəzində onun adına rəsmiləşdirilmişdir. İddiaçı ilə enerjitəchizatı müəssisəsi arasında qanunvericiliyin tələbinə əsasən enerjinin alqı-satqısına dair müqavilə bağlanmışdır. İş üzrə toplanılmış sənədlərlə təsdiq olunur ki, xx.xx.2022-ci il tarixdə Şəmkir rayonunun Qılıncbəyli kəndində yaşayan və fəaliyyət göstərən istehlakçıların elektrik enerjisindən istifadə qaydalarının tələblərinə əməl edib-etməmələrini araşdırmaq məqsədilə onların yaşayış və sahibləri olduğu obyektlər üçün quraşdırılmış sayğac uçot dəstlərinə baxış keçirmişlər. Həmin gün Cavabdeh ASC-nin əməkdaşları tərəfindən hazırkı iş üzrə iddiaçının yaşadığı ev üçün quraşdırılmış və özünün adına qeydiyyatda olan sayğac uçot dəstinə baxış keçirmişlər. Əməkdaşları tərəfindən iddiaçının yaşadığı ev üçün onun balans mənsubiyyəti və sərhəd nöqtəsində quraşdırılmaqla istifadəsində olan sayğac uçot dəstinə baxış keçirilən zaman məlum olmuşdur ki, "abonent kənar xətdən istifadə edir. Qoyulmuş gücə əsasən P= 0,9 kvt (sıfır onda doqquz) təşkil edir qüsuru faktı aşkar edilmişdir. Aşkar edilmiş enerji pozuntusuna dair Cavabdeh ASC-nin əməkdaşlarə tərəfindən abonent barəsində "Elektrik Enerjisindən istifadə Qaydaları"nın (bundan sonra "EEİQ") tələbinə uyğun olaraq 14 iyun 2022-ci il tarixli, Akt R No 249998 saylı akt tərtib edilmişdir. Həmin akta əsasən "xxxx" ASC-nin Qərb RETSİ-nin nəzdində fəaliyyət göstərən "Aktlar üzrə Komissiya" tərəfindən abonent barəsində şəhid ailəsi olması nəzərə alınmaqla itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə dəyəri 134,93 (bir yüz otuz dörd manat 93 qəpik) manat təşkil edən 90 gün üçün 1361 kVt.s miqdarında hesabat aparılmışdır. Cavabdeh ASC-nin əməkdaşları tərtib etdiyi aktın nəticə hissəsində "Kənar xətt ləğv edisin, ödəniş tələb edisin, əks halda şəbəkədən açılsın" tələbi qoyulmuşdur. Bundan başqa yenə də iş materiallarına əlavə olunmuş iddiaçı haqqında "EEİQ"- nın tələbinə uyğun olaraq tərtib edilmiş 12 noyabr 2022-ci il tarixli, AKT R № 273524 nömrəli aktdan görünür ki, həmin gün "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı ev üçün quraşdırılmış sayğac uçot dəstinə baxış keçirilən zaman "abonent kənar xətdən istifadə edir" qüsuru faktı aşkar edilmişdir. Xüsusi ölçmə cihazı olan ampermaşa vasitəsi ilə ölçü aparılmış və müəyyən edilmişdir ki, xətdən axan yük i = 4 A (dörd amper) Aşkar olunmuş enerji pozuntuları ilə bağlı əməkdaşlarımız tərəfindən "EEİQ"-nın tələbinə uyğun olaraq 12 noyabr 2022-ci il tarixli, AKT R № 273524 saylı akt tərtib olunmuşdur. Tərtib edilmiş sözügedən akta əsasən Qərb RETSİ-nin nəzdində fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən iddiaçıya itirilmiş elektrik enerjisinin bərpasına dair dəyəri 218,34 (iki yüz on səkkiz manat otuz dörd qəpik) manat təşkil edən 150 gün üçün 2218 kvt.s miqdarında hesabat aparılmışdır. Tərtib olunmuş həmin edilsin, hesablanacaq məbləğ ödənilsin. Əks halda şəbəkədən açılsın. aktın nəticə hissəsində "kənar xətt ləğv edilsin, hesablanacaq məbləğ ödənilsin. Əks halda şəbəkədən açılsın. Göstərilənlərdən əlavə qeyd etmək istəyir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, AKT NİM № 000187 nömrəli aktın surətindən görünür ki, həmin gün "Azərişıq” ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən Şəmkir rayonu, Qılıncbəyli kəndi ərazisində yaşayan digər abonentlər kimi İddiaçı da yaşayış evi üçün quraşdırılmış sayğac uçot dəstinə baxış keçirilən zaman məlum olmuşdur ki, "sayğac sxemindən kənar xətt var. Kənar xətt fərdi yaşayış evinin hasarının üst hissəsində sayğacın giriş kabel xəttinin izolyasiyası pozularaq en kəsiyi sahəsi S=2 x 4 mm2 aliminum naqillə çəkilərək evə daxil olur, kənar xətdən axan yük İkon.-11,5A, Pkənar = 2,53 kvt (iki tam yüzdə əlli üç).sayğac sxemində yük yox idi. P sayğac =0 (sıfır) Qoyulmuş güc qidalandırıcı kabel xəttinə görə P qoy=11kvt təşkil edir." Enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən sayğac uçot dəstinə baxış keçirilən zaman aşkar olunmuş enerji pozuntuları ilə bağlı əməkdaşlar tərəfindən 12 mart 2022-ci il tarixli, AKT NİM № 000187 nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş sözügedən akt əsasında "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən iddiaçıya 90 gün üçün dəyəri 455,25 (dörd yüz illi beş manat iyirmi beş qəpik) manat təşkil edən 3825 kvts miqdarında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılmışdır. Qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşayış evi üçün quraşdırılmış sayğac uçot dəstinə baxış keçirilən zaman mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır. Video çəkilişdən enerji pozuntuları açıq-aydın görünür. Belə ki, yuxarıda qeyd etdiyi kimi iddiaçı öz iddia ərizəsində göstərmişdir ki, "cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən kəsim maşını ilə birgə onun mənzilinin qarşısına gələrək onu telefon vasitəsi ilə onun ünvanına dəvət etmişlər, onun mənzilinə 327394 nömrəli akt tərtib olunub və nəticədə 475 manat 25 qəpik cərimə hesablanmasını bildirmişlər." Deməli, hazırkı iş üzrə iddiaçının sayğac uçot dəstinə baxış keçirilməsindən onun xəbəri və məlumatı olmuşdur. Bundan əlavə toplanılmış sənədlərə əlavə olunmuş istehlakçının aylıq enerji sərfiyyatının miqdarını, dəyərini və ödənişini özündə əks etdirən Abunə haqqında dövriyə cədvəlindən görünür ki, sayğac uçot dəstinə baxış keçirilən zaman aşkar edilmiş enerji pozuntularına dair Cavabdeh ASC-nin əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda tərtib olunmuş sözügedən hər üç aktlar və itirilmiş enerjinin bərpası məqsədi ilə hesablanmış məbləğlər abonentin istehlakçı koduna işlənmişdir. Enerjitachizatı müəssisəsinin əməkdaşı tərəfindən hər ay enerji sərfiyyatına dair bütün abonentlərə, o cümlədən hazırkı iş üzrə iddiaçıya da bildiriş təqdim olunmuşdur, Bildirişdə aylıq sərf olunan enerjinin miqdarı, dəyəri və ödənişi, həmçinin borcu barədə məlumatlar qeyd olunur. Eyni zamanda sözügedən sənədə nəzər yetrdikdə aydın olur ki, abonent tərəfindən sərf etdiyi enerji və borcundan ödəniş etmişdir. İddiaçı həmçinin iddia ərizəsində barəsində tərtib olunmuş hər üç akt əsasında ona 815 manat cərimə hesablandığını göstərmişdir. İddiaçı bu barədə məhkəməyə yanlış məlumat vermişdir. Belə ki, yuxarıda qeyd etdikləri kimi iddiaçının yaşayış evi üçün quraşdırılmış sayğac uçot dəstinə Cavabdeh ASC-nin əməkdaşlar tərəfindən baxış keçirilən zaman aşkar olunmuş enerji pozuntularına dair "EEİQ"-nin tələbinə uyğun tərtib olunmuş 14 iyun 2022-ci il tarixli, AKT R № 249998 saylı akt əsasında Aktlar üzrə komissiya tərəfindən ona itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə 134,93 manat, 12 noyabr 2022-ci il tarixli, AKT R № 273524 saylı akt üzrə 218,34 manat, xx.xx.2024-cü il tarixli, NİM AKT № 000187 saylı akt üzrə 455,25 manat məbləğində hesabat aparılmışdır. Deməli, 134,93 manat + 218,34 manat + 455,25 manat 808,52 manat. Göründüyü kimi sözü gedən aktlar üzrə iddiaçıya cəmi 808,52 manat məbləğində itirilmiş enerjinin bərpası məqsədi ilə hesabat aparılmışdır. Ona görə də iddiaçının bu barədə göstərdikləri əsassız olduğundan rədd olunmalıdır. Onu da qeyd etməyi zəruri hesab edir ki, istehlakçının aylıq enerji sərfiyyatının miqdarını, dəyərini və ödənişini özündə əks etdirən Abunə haqqında dövriyyə cədvəlindən görünür ki, iddiaçının hazırda cəmi 531,12 manat məbləğində ödənilməmiş borcu vardır. Göründüyü kimi iddiaçı barəsində aşkar olunmuş enerji pozuntuları ilə bağlı tərtib olunmuş aktlara əsasən hesablanmış məbləğdən ödəniş etmiş və hazırda sərf etdiyi aylıq enerji sərfiyyatı ilə birlikdə cəmi 531,12 manat ödənilməmiş borcu qalmışdır. Ona görə İddiaçı cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixli, Ri 249998, xx.xx.2022-ci il tarixi, Ri 273524 ve xx.xx.2024-cü il tarixli nömrəli aktlar əsasında qanunsuz hesablanmış **********00108 nömrəli abunə koduma 815 (səkkiz yüz on beş) manat məbləğində borcun onun hesabından aldadılaraq ödənilmiş məbləğdə daxil olmaqla tam silinməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd olunması barədə qətnamə çıxardılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 249998 nömrəli Aktdan görünür ki, yoxlama zamanı sayğaca baxış keçirilərkən məlum oldu ki, abonentin kənar xəttdən istifadə edilməsi müəyyən edilmişdir. Qoyulmuş gücə əsasən P= 0,9 kvt (sıfır onda doqquz) təşkil edir, qüsur faktı aşkar edimişdir. (Aktın tərtibində abonent iştirak etməmişdir) İş materiallarında olan xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, İddiaçı evində baxış keçirilmiş və kənar xətt aşkar olunmuşdur. Ona görə, 1361 kvt/s işi sərfiyyat hesablamışdır (90 gün, 24 saat ərzində), cəmi 134,93 manat məbləğində işiq sərfiyyatı müəyyən edilməsi qərara alınmışdır. Qeyd edilmişdir ki, şəhid ailəsi olması nəzərə alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 273524 nömrəli Aktdan görünür ki, yoxlama zamanı sayğaca baxış keçirilərkən məlum oldu ki, abonent kənar xətt istifadə edilməsi müəyyən edilmişdir. Xüsusi ölçmə cihazı olan ampermaşa vasitəsi ilə ölçü aparılmış və müəyyən edilmişdir ki, xətdən axan yük i = 4 A (dörd amper). (aktın tərtibində abonent iştirak etməmişdir.) İş materiallarında olan xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, İddiaçı evinə baxış keçirilmiş və kənar xətt aşkar olunmuşdur. Ona görə 2218 kvt/s sərfiyyat hesablamışdır (90 gün, 24 saat ərzində), 218,34 manat məbləğində işıq sərfiyyatı müəyyən edilməsi qərar alınmışdır. Qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə eyni qüsura görə 249998 saylı akt tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 000187 nömrəli Aktdan görünür ki, sayğac sxemindən kənar xətt var. Kənar xətt fərdi yaşayış evinin hasarının üst hissəsində sayğacın giriş kabel xəttinin izolyasiyası pozularaq en kəsiyi sahəsi S=2 x 4 mm2 alüminium naqillə çəkilərək evə daxil olur, kənar xətdən axan yük İkon.-11,5A, P-kənar = 2,53 kvt (iki tam yüzdə əlli üç), sayğac sxemində yük yox idi. P sayğac =0 (sıfır) Qoyulmuş güc qidalandırıcı kabel xəttinə görə P qoy=11 kvt təşkil edir. (aktın tərtibində abonent iştirak etməmişdir İş materiallarında olan xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, İddiaçı evində baxış keçirilmiş, sayğac sxemindən kənar xətt olması, kənar xəttin fərdi yaşayış evinin hasarının üst hissəsində sayğacın giriş kabel xəttinin izolyasiyası pozularaq en kəsiyi sahəsi S=2 x 4 mm2 alüminium naqillə çəkilərək evə daxil olunması aşkar edilmişdir Ona görə 3825 kvt/s işi sərfiyyat hesablamışdır (90 gün, 24 saat ərzində), 455.25 manat məbləğində işəq sərfiyyatı müəyyən edilməsi qərara alınmışdır. Qeyd edilmişdit ki, kənar xətt ləğv edilsin. İşdə olan abunə haqqından görünür ki, İddiaçı EİQ pozulması nəticəsində xx.xx.2022-ci il tarixdə 134,93 manat (59,93+48+27), xx.xx.2022-ci il tarixidə 218,34 manat (80+45+93,34), xx.xx.2024-cü il tarixdə 455,25 manat (48+27+380,25) borc yazılmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu, Qılıncbəyli kəndində yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində sayğacdan istifadə edir. Həmin ünvanda xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə və xx.xx.2024-cü il tarixdə yoxlama zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğacın kənar xətt vasitəsilə dövrədən kənarlaşdırılması ilə bağlı abonentin iştirakı olmadan akt tərtib edilmişdir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi isə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 7.6–cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 8.17–1–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 10.18.9–1–ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18–ci və 7.19–cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17–2–ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17–ci və 8.17–1–ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi məişət abonenti olan iddiaçının adına qeydə alınmış sayğaca "xxxx" ASC–nin əməkdaşları tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinə baxış keçirmiş və fərdi yaşayış evində abonent İddiaçı tərəfindən sayğacın kənar xətt vasitəsilə dövrədən kənarlaşdırılması müəyyən edilmişdir. Qeyd edilən pozuntuya görə 24 saat olmaqla 90 gün müddətində ziyan hesablanmış, xx.xx.2022-ci il tarixdə 134,93 manat (59,93+48+27), xx.xx.2022-ci il tarixidə 218,34 manat (80+45+93,34), xx.xx.2024-cü il tarixdə 455,2 manat ziyan müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, dəymiş ziyanın qeyd edilən 90 günlük müddət üçün hesablanması daha ağlabatan və inandırıcı olardı. Cavabdeh isə bu halın əksini müəyyən edəcək sübut təqdim edə bilməmişdir. Eləcə də, cavabdehin əməkdaşları dəymiş ziyanın məbləğini hesablayarkən günün 24 saatını nəzərə almaqla hesablama aparmışdır ki, məhkəmə həmin halı əsaslı hesab etmir. Belə ki, iddiaçı tərəfindən günün 24 saatı fasiləsiz olaraq enerjidən istifadə edilməsi işin hallarına uyğun gəlmir və ağlabatan görünmür. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə dəymiş ziyanın məbləği hesablanarkən 90 günlük müddət və günün 12 saatı nəzərə alınmaqla hesabat aparılmalı və itirilmiş enerjinin dəyərinin yarısı, yəni 404.24 manat (134,93+218,34+455,2=808.47, 808,47/2=404,24) müəyyən edilməli, cavabdeh tərəfindən artıq hesablanmış 404,24 manat borc məbləği iddiaçının abonent hesabından silinməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş akt əsasında abonent İddiaçı hesablanmış 404,24( dörd yüz dörd manat iyirmi dörd qəpik) manat borc məbləği silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1780/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1780/2024
02.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver