Məhkəmə qərarları › İş №2(076)-1832/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1832/2024

16.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1832/2024 16.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftlalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şəmkir X5 İdarəsinin Şəmkir XS-nin TQQ və SX-nin əməkdaşları tərəfindən evinə quraşdırılmış Zenner tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacının hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi səbəbindən nəticədə qaz itkisi yaranması nəticəsində ondan ödəməsi tələb edilən 1555,20 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şəmkir rayonun Qapanlı kəndində yerləşən ailəsinə məxsus fərdi yaşayış evində ailə üzviləri ilə birlikdə yaşayır. Evinə Cavabdeh Şəmkir X5 İdarəsinin Şəmkir XS-nin TQQ SX-nin əməkdaşları tərəfindən, adına quraşdırılmış Zenner G4T tipli, ******* saylı qaz sayğacına onun və ailə üzvilərinin, o cümlədən hal şahidlərinin iştirakı olmadan öz əməkdaşlarının iştirakı ilə baxış keçirmişlər və akt tərtib etmişlər. Həmin aktda göstərilmişdir ki, Cavabdeh İB-dən daxil olan xx.xx.2022-ci il tarixli MSK-nin tərtib etdiyi akta əsasən ******* nömrəli, Zenner G4T tipli, yəni onların ailənin istifadəsində olmuş sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilmişdir. Halbuki, onun və ailə üzvilərinin aktda qeyd etdiklərindən xəbərləri olmamışdır. Ona görə də savadsızlığından istifadə edərək məzmunu ilə tanış etmədən ona həmin akti imza etdirmişlər. Bu səbəbdən də cavabdehin nümayəndələri tərəfindən guya tərəflərindən sərf edimiş qazın bərpası üçün 1555,20 manat məbləğində borcları olması müəyyən edilmişdir. Halbuki, o və onun ailə üzvləri sayğaca müdaxilə etməmişlər və qeyd etdiyi aktda göstərilən qüsurlardan xəbərləri olmamışdır. Həmin sayğac evinin küçə tərəfində yerləşən xəttə quraşdırılmışdır. Ola bilsin ki, kənar şəxs tərəfindən müdaxilə olunmuşdur. Buna görə onun əsassız olaraq maddi məsuliyyətə alınmağı nə dərəcədə haqlı ola bilər. Cavabdehin əməkdaşları öz məqsədlərinə nail olmaq üçün sayğacı laboratoriya müayinəsindən keçirərəkən onun iştirakımı təmin etməli olduqları halda təmin etməmişlər. Odur ki, bu ona və onun ailəsənə qarşı yönəldilmiş haqsızlıqdır. Əgər həmin sayğaca onun və onun ailə üzviləri tərəfindən müdaxilə edilmiş olardısa onun maddi məsuliyyətə cəlb edilməsinə əsas olardı. Belə olan halda o əsassız olaraq maddi məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və 1555,20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, istehlakçı İddiaçı məxsus yaşayış sahəsində xx.xx.2022-ci il tarixli MSK-nin 29/1710-04238- saylı akt əsasən ******* nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə dişləməsi aşkar edilmişdir. İş materiallarında xx.xx.2022-cİ il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış Elster tipli G-4 markalı, ******* nömrəli qaz sayğacı yeni Zenner tipli G-4 markalı, **********2 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Səbəb “əvəzetmə” qeyd edilmişdir. İş materiallarında olan Şəmkir rayon, Qapanlı kəndində yaşayan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2023-cü ilin mart ayında 1555,20 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac olaraq yenisi ilə əvəzlənmiş, həmin vaxt qaz sayğacı çıxarılan zaman sayğacda heç bir nasazlıq aşkar edilməmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşləməsi müəyyən edilmişdir. Buna görə itirilmiş qaz hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1555,20 manat pul tələb edilir. Tərəflər arasında mübahisə Elster tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 1555,20 manat borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 1555,20 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, 2022-ci ildə sayğac çıxarılan zaman onda olan qüsurun ehtimal olaraq deyil həqiqətən də mövcud olması və ya həmin qüsurun abonent tərəfindən müdaxilə edilməsi nəticəsində yaranması ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X6 əməkdaşları tərəfindən aşkar olunmadığından, həmçinin sayğac çıxarılıb aparıldıqdan sonra onun hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2023-cü il tarixli akt əsasında sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşləməsi sonradan aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə akt əsasında abonent İddiaçı adına hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar