Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1839/2023 30.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclasının katibi X5 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı istehlakçıların hüquqlarının pozulması və X3 pozulması haqqında akt əsasında yazılmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə və X7 İstismar İdarəsinə qarşı istehlakçıların hüquqlarının pozulması və X3 pozulması haqqında akt əsasında yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” X2 Regional Qİİ tərəfindən X3 pozulması haqqında Şəmkir rayon Xuluf (Keçili) kəndində yaşayan, İddiaçı xx.xx.2019-cu il tarixdə ******* nömrəli akt əsasında tərtib edilmiş 3924 manat borcun (cərimənin) silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia həcminin azaldılması barədə ərizə verərək, cavabdeh X7 İstismar İdarəsini cavabdeh siyahısından çıxararaq tələbi yalnız cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə olduğunu bildirərək, iddiasının təmin edilərək Şəmkir rayon Xuluf (Keçili) kəndində yaşayan, İddiaçı xx.xx.2019-cu il tarixdə ******* nömrəli akt əsasında tərtib edilmiş 3924 manat borcun (cərimənin) silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, o, rusiyada yaşadığı müddətdə ailəsi də anasına məxsus evdə yaşamışlar. Lakin ona əsassız olaraq borc hesablanmışdır. Cavabdeh “Azəriqaz” X4 No-0196128 saylı xx.xx.2019-cu il tarixli aktında göstərilir: X1 Qaz sayğaclarına nəzarət komissiyasının aktına əsasən 10005046 nömrəli sayğacın hesablama mexanizminin qapağına vurulan blombun kəsilməsi və sayğaca müdaxilə edildiyi müəyyən edilməsi barədə sayğaca müdaxilə rəyi vermişlər. xx.xx.2019-cu il tarixdə Şəmkir XS-nin nümayəndələri tərəfindən Təbii X3 pozulması haqqında ******* saylı akta əsasən guya itirilmiș qazın dəyəri, 3.924 manat təşkil edir. Zədələnmiş sayğacın bərpası üçün olan sayğacın dəyişdirilərək, 91.21 qəpik ödənilməsi barədə ******* nömrəli akt tərtib edilmişdir. Bu barədə X8 İdarəsinin Keçili (Xuluf) kəndi üzrə qaz nəzarətçiləri bildirmişlər. Qeyd etmişdir ki, uzun müddətdir ki, Rusiya Federasiyasının Moskva şəhərində yaşadığına görə onun adına olan mexaniki sayğacdan istifadə etməmişlər və qaz xəttində müdaxilə olmamışdır. Onlar iddiaçıya bildirdilər ki, qaz xəttini və sayğacı onların həyətdən küçəyə çıxardan zaman bu nöqsanlar baş vermişdir. İddiaçı onlara irad tutmuşdur ki, onlar nə qaz xəttinə, nə də sayğaca müdaxilə etməmişlər. Hətta ərizə ilə Şəmkir rayon Regional İdarənin rəhbərliyinə şikayət etmişdir. Onlar da ona məhkəməyə müraciət etməyini tövsiyyə etdilər. Ona görə də o məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq “Azəriqaz” X2 Regional Qİİ tərəfindən X3 pozulması haqqında Şəmkir rayon Xuluf (Keçili) kəndində yaşayan, İddiaçı xx.xx.2019-cu il tarixdə ******* nömrəli akt əsasında tərtib edilmiş 3924 manat borcun (cərimənin) silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5–ci maddəsinə əsaslanaraq işə cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan xx.xx.2019-cu il tarixli ******* saylı təbii X3 pozulması haqqında aktdan görünür ki, İddiaçı məxsus Şəmkir rayonu, Keçili kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış Zenner tipli, zavod nömrəsi 10005046 nömrəli qaz sayğacının hesablama mexanizminin qapağına vurulan blombun kəsildiyi aşkar olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli ******* nömrəli akta əsasən İddiaçı məxsus Şəmkir rayonu, Keçili kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış Zenner tipli, zavod nömrəsi 10005046 nömrəli qaz sayğacının hesablama mexanizminin qapağına vurulan blombun kəsildiyi aşkar olunmuşdur. İddiaçı sayğacda baş vermiş nasazlığın onun təqsiri ucbatından baş vermədiyini və bu səbəbdən ona əsassız olaraq 3924 manat ziyan hesablandığını qeyd edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iddia tələbinin hüquqi əsası ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. “X6” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə görə bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. “X6” Azərbaycan Respublikasının Qanununun 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş X3 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Göründüyü kimi qeyd edilən normaların tələbi baxımından bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Eyni zamanda fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Hazırkı vəziyyətdə iddiaçının bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vurmasını təsdiqləyəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş aktda İddiaçı məxsus Şəmkir rayonu, Keçili kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış Zenner tipli, zavod nömrəsi 10005046 nömrəli qaz sayğacının hesablama mexanizminin qapağına vurulan blombun kəsildiyi aşkar olunmuşdur. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vurmasını təsdiqləyəcək hər hansı sübut olmadığından iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq Qətetdi: İddia təmin edilsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi tərəfindən İddiaçı məxsus Şəmkir rayonu, Keçili (Xuluf) kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış təbii qaz sayğacı üzrə xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında itirilmiş qaza görə hesablanmış 3924 (üç min doqquz yüz iyirmi dörd) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-1839/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1839/2023
30.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver