Məhkəmə qərarları › İş №2(076)-1878/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1878/2025

24.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1878/2025 24.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi İsmayılova Sənubər Nəcəf qızının katibliyi Ərizəçi, həmçinin digər ərizəçilər Ərizəçi1 və Ərizəçi4 nümayəndəsi Ərizəçi3 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, JN-288 KOD 50416018 saylı Torpağın Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizəçilər ərizələrini onunla əsaslandırılmışlardır ki, o, Ərizəçi1 1945-ci ildə Ermənistanın Vardenis rayonunda anadan olmuşdur. Bu günədəkdə bütün hüquqi sənədlərdə soyadı, adı, atasının adı Ərizəçi1 qızı kimi qeyd edilmişdir. O, Ərizəçi2 1944cü ildə Ermənistanın Vardenis rayonunda anadan olmuşdur. Bu günədəkdə bütün hüquqi sənədlərdə soyadı, adı, atasının adı Ərizəçi2 kimi qeyd edilmişdir. O, Ərizəçi3 1981-ci ildə Ermənistanın Vardenis rayonunda anadan olmuşdur. Bu günədəkdə bütün hüquqi sənədlərdə soyadı, adı, atasının adı Ərizəçi3 kimi edilmişdir. O, Ərizəçi4 1977-ci ildə Ermənistanın Vardenis rayonunda anadan olmuşdur. Bu günədəkdə bütün hüquqi sənədlərdə soyadı, adı, atasının adı Ərizəçi4 kimi qeyd edilmişdir. Şəmkir rayon AİK-nın 31 avqust 1998-ci il tarixli 53 saylı qərarı ilə onlara 4.08 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-288 KOD 50416018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Dövlət Aktında ata adı Hüseyn, soyadı Bayramova, adı Zəhrə, Samirə cinsi qadın cinsi və adı Qətibə kimi qeyd edilmişdir. Hazırda həmin torpaq sahəsi barədə aktda yalnışlıq olduğu üçün həmin torpaq sahəsi ilə bağlı heç bir hərarət edə bilmir. JN-288 KOD 50416018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Dövlət Aktına düzəliş edilməsi üçün AR ƏMDK-i yanında DƏDRX-nin 11 saylı Ərazi idarəsinə müraciət etmişdir. Lakin 12 fevral 2025-ci il tarixli 3-21-3-40/2-6-0004-35/25 saylı məktubla imtina edildi və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmə iclası zamanı ərizəçi, həmçinin digər ərizəçilər Ərizəçi1 və Ərizəçi4 nümayəndəsi Ərizəçi3 əsasən, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, məhkəməyə təqdim edilmiş ərizədə qeyd qeyd edilən yanlışlığın aradan qaldırılması üçün DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edilmiş, lakin həmin orqan yanlışlığın aradan qaldırılmasının onların səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Hazırda onlar mülkiyyətlərində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmir və bu səbəbdən məlum ərizə ilə bağlı məhkəməyə müraciət etmişdir. Odur ki, JN-288 KOD 50416018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Dövlət Aktının onlara məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən və şahid qismində izahat vermiş X1 və X2 ifadələrində Ərizəçi3 izahatında göstərdikləri halları bir daha təsdiq etmişlər. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4, maraqlı şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlərdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-0288 KOD 50416018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Dövlət Aktının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, mülkiyyətçi olan Ərizəçi3 adı “Samirə”, cinsi isə “qızı”, Ərizəçi1 ata adı “Hüseyn”, Ərizəçi2 adı “Zəhrə”, soyadı isə “Bayramova” və Ərizəçi4 adı “Qətibə” olaraq yazılmışdır. İşdə olan doğum haqqında şəhadənamənin notarial qaydada təsdiq edilmiş və AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1945-ci tarixdə doğulmuşdur. İşdə olan doğum haqqında şəhadənamənin notarial qaydada təsdiq edilmiş və AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1944-cü il tarixdə doğulmuşdur. İşdə olan doğum haqqında şəhadənamənin notarial qaydada təsdiq edilmiş və AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1981-ci il tarixdə doğulmuşdur. İşdə olan doğum haqqında şəhadənamənin notarial qaydada təsdiq edilmiş və AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1977-ci il tarixdə doğulmuşdur. İşdə olan DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli imtina məktubundan görünür ki, JN-288 KOD 50416018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Dövlət Aktında düzəliş aparılması DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından düzəliş edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şəmkir rayon AİK-nın 31 avqust 1998-ci il tarixli 53 saylı qərarı ilə ərizəçilərə 4.08 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-288 KOD 50416018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Dövlət Aktında ata adı Hüseyn, soyadı Bayramova, adı Zəhrə, Samirə cinsi qadın cinsi və adı Qətibə kimi qeyd edilmişdir. Hazırda həmin torpaq sahəsi barədə aktda yalnışlıq olduğu üçün həmin torpaq sahəsi ilə bağlı heç bir hərarət edə bilmir. JN-288 KOD 50416018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Dövlət Aktına düzəliş edilməsi üçün AR ƏMDK-i yanında DƏDRX-nin 11 saylı Ərazi idarəsinə müraciət etmişdir. Lakin 12 fevral 2025-ci il tarixli 3-21-3-40/2-6-0004-35/25 saylı məktubla imtina edildi və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Hazırda ərizəçilər JN-0288 KOD 50416018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Dövlət Aktındakı ad, soyad, ata adı və cins uyğunsuzluğu səbəbindən mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88– ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, JN-0288 KOD 50416018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Dövlət Aktı ərizəçilərə məxsusdur. Azərbaycan Respublikası MPM–in 307.2.5–ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN-0288 KOD 50416018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Dövlət Aktı hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçilərin JN-0288 KOD 50416018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Dövlət Aktının onlara, yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307, 308, 310 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 53 saylı qərarına əsasən verilmiş, JJN-0288 KOD 50416018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Dövlət Aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar