Məhkəmə qərarları › İş №2(076)-1942/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1942/2023

26.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1942/2023 26.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-874 KOD 50400058 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ona yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi 1981-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. Bu günə qədər bütün hüquqi sənədlərdə soyadı Mustafayeva olmuşdur. Sonradan ailə həyatı qurduğu üçün soyadı Məmmədova olmuşdur. Şəmkir rayon AİK-nın 12 iyul 1998-ci il tarixli 52 saylı qərarı ilə onlara 0.86 ha torpağın sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-874 kod 50400058 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında adı “Nuranə” kimi qeyd edilmişdir. Hazırda həmin torpaq sahəsi barədə aktda yanlışlıq olduğu üçün həmin torpaq sahəsi ilə bağlı heç bir hərəkət edə bilmir. JN - 874 KOD 50400058 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair dövlət aktına düzəliş edilməsi üçün AR ƏMDK-i yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə müraciət etdi. Lakin 27 mart 2023-cü il tarixli 3021-3-40/2- M-01xx-xx/2023 saylı məktubla imtina edildi və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Odur ki, hüquq müəyyənedici sənəd şəxsə məxsus olması faktı ilə məhkəməyə müracəit etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Əmlak məsələləri Dövlət Komitəsinin yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək bildirdi ki, o Şəmkir rayonu Düyərli kəndində ərizəçi ilə qonşuluqda yaşayır. Ərizəçi X13 Mustafayevanın nikahından doğulmuş, onların nikahından Nuranə adlı övladları olmamışdır. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Nargilə Mustafayevanın adı səhvən Nuranə kimi qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 şahid X5 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan, JN-874 KOD 50400058 saylı Torpağın Mülkiyyət verilməsi Şəhadətnaməsinin surətindən görünür ki, Şəmkir rayonu Düyərli kəndində yerləşən 0,86 hektar torpaq sahəsi X3, X16, X7, X4 və Mustafayeva Əfsanə hidayət qızının mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1981-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Şəmkir rayonu Düyərli kənd İƏD üzrə nümayəndəliyin 11 aprel 2023-cü il tarixli aktından görünür ki, MH seriyalı, № ******* nömrəli X6 Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda mülkiyyətçilər X16, X7, Məmmədova (Mustafayeva) Nargilə Hidayət qızı, Quliyeva (Mustafayeva) Əfsanə Hidayət qızı qeyd edilmişdir. Çıxarışda Məmmədova (Mustafayeva) Nargilə Hidayət qızının adı səhvən Nuranə kimi göstərilmişdir. Əslində isə Məmmədova (Mustafayeva) Nargilə Hidayət qızı kimi olmalıdır. Bu ailədə X4 adlı şəxs yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X1 və X9 birgə nikahından xx.xx.1981-ci il təvəllüdlü X2 doğulmuşdur. Şəhadətnamənin ata qrafasında X3, ana qrafasında X16 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış sorğuya cavab məktubundan görünür ki, ona və ailə üzvlərinə məxsus Şəmkir rayonu Düyərli kəndində yerləşən torpaq sahəsinin Torpağın mülkiyyətə verilməsinə dair JN-874 saylı şəhadətnaməsində səhv yazılmış adlara düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin adı, ona məxsus bütün sənədlərdə “Nargilə” kimi göstərilsə də, JN-874 KOD 50400058 saylı Torpağın Mülkiyyətə verilməsi Şəhadətnaməsində adı “Nuranə” kimi göstərilmişdir. Şəhadətnamədə göstərilən “X4” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən “Ərizəçi”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-874 KOD 50400058 saylı Torpağın Mülkiyyətə verilməsi Şəhadətnaməsinin, doğum haqqında şəhadətnamənin surəti, şəxsiyyət vəsiqəsinin surəti ərizəçi tərəfindən, onun özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN-874 KOD 50400058 saylı Torpağın Mülkiyyət verilməsi Şəhadətnaməsinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305- 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-874 KOD 50400058 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə”nin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar