Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1969/2024 16.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qaz şirniyyatına görə müəyyən edilmiş əsassız borcun silinməsi tələbənə” dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin barəsində tətbiq etdiyi 1036,80 manat məbləğində borcun əsassız hesab edilərək hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Cavabdehlə bağlanmış müqavilə əsasında mavi qazdan istifadə edirlər və sərf olunan qazın sərfiyyat xərcini qaz xəttinə quraşdırılmış qaz sayğacının hesablaması üzrə mütəmadi olaraq ödəmişdir. Cavabdehin əməkdaşları tərəfindən qaz xəttinin təmiri zamanı sayğacının şüşəsinin sınması barədə qonşunun ona verdiyi şifahi məlumatdan sonra cavabdehin Şəmkir rayonunda fəaliyyət göstərən əməkdaşlarına ərizə ilə müraciət edərək şüşəsi sınmış sayğacın dəyişdirilməsini tələb etmiş və nəticədə cavabdehin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib etdikləri ******* saylı «Qaz sayğacının çıxarılması, quraşdırıldması və istismara qəbulu haqqında» akta əsasən həmin şüşəsi sındırılmış sayğacı dəyişdirilmişdir. Bundan sonra cavabdehin əməkdaşları tərəfindən dəyişdirilmiş şüşəsi sındırılmış sayğaca onun iştirakı olmadan laboratoriyada baxış keçirilərkən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* №-li aktda “sayğacın hesablama qoruyucu şüşəsinin sınıq olması və sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törədilməsinin mümkün olması barədə” qeydlər edilmişdir. Bir daha qeyd edir ki, cavabdehin əməkdaşlarının təqsirindən sayğacının qoruyucu şüşəsinin sınmasına görə ərizəsi əsasında dəyişdirilmiş sayğacdakı hər hansı qüsur üçün o deyil, cavabdehin əməkdaşları məsuliyyət daşımalı olduqları halda cavabdehin əməkdaşları tərəfindən barəsində əsassız olaraq həmin qüsura görə 1036,80 (bir min otuz altı) manat 80 qəpik məbləğində əsassız borc qeyd edilmişdir. Cavabdehin ona qarşı tətbiq etdiyi əsassız borc heç bir reallığı əks etdirmir, ona görə də əsassız olaraq borclu hesab etdiyi 1036.80 manat pulun onun hesabından silinməsi vətəndaşların cavabdehin əməkdaşlarının qanunsuz əməllərindən qorunmağı üçün ən ədalətli nəticədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilərək, 1036,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, istehlakçı İddiaçı məxsus yaşayış sahəsində xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-6528/Q002 saylı akta əsasən **********7 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin sınıq olması, sayğacın mexanizminin iş prinsipinə manəə törədilməsi mümkün olması aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış Zenner tipli, G-4 markalı, **********7 nömrəli qaz sayğacı, yeni Elster tipli G-4 tipli ******* nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Səbəb “abonentin ərizəsi əsasında dəyişdirildi” qeyd edilmişdir. İş materiallarında olan Şəmkir rayon, Kür qəsəbəsində yaşayan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2023-cü ilin iyul ayına 1036,80 manat borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-6528/Q002 nömrəli qaz sayğacının yoxlanılması keçirilməsi barədə aktdan görünür ki, **********7 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin sınıq olması, sayğacın mexanizminin iş prinsipinə maneə törədilməsinin mümkün olması aşkar edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Həmin vaxt çıxarılan qaz sayğacının hesablama mexanizminin örtüyünün sınıq olması barədə aktda qeydiyyat aparılmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, hesablama mexanizminin qoruyucu şüşəsi sınıq olmuş və sayğacın mexanizminin iş prinsipinə maneə törətməsinin mümkün olduğu qeyd edilmişdir. Buna görə, itirilmiş qaz hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1036,80 manat pul tələb edilir. Tərəflər arasında mübahisə Zenner mexaniki tipli G-4 markalı, **********7 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, sayğacın istismara yararsız olduğuna əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 1036,80 manat borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 1036,80 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli qüsur aktında hesablama mexanizminin qoruyucu şüşəsinin sınıq olması və sayğacın mexanizminin iş prinsipinə maneə törətməsinin mümkün olması qeyd edilərək, həmin akt əsasında da ziyan hesablanmış olsa da, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunubolunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında abonent İddiaçı adına hesablanmış 1036,80 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1969/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1969/2024
16.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver