Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-199/2024 18.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı “xx.xx.2021-ci il tarixli 4Ə-415 reyestr saylı bağışlama müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən Cavabdeh1 ilə iddiaçı arasında Şəmkir rayon 1 saylı notariat ofisində Şəmkir rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 34 saylı ( yeni qaydalarla: AZ5700, Şəmkir rayonu, Dəllər qəsəbəsi, Laçın Ələkbərov küçəsi, ev 33) mülkə görə bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-415 reyestr saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına 3-cü şəxs DƏDRX Şəmkir 11 saylı Ərazi İdarəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması, 100+1 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələblərinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən əvvəlcə mərhum atası X5 miras qalmış, fərdi yaşayış evinə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə görə mərhum anası X4 adına xx.xx.2005-ci ildə Şəmkir rayon 2 saylı notariat kontorunda tərtib olunmuş 2V-01-73 saylı şəhadətnamənin və 2V-07-74 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması, həmin şəhadətnamələr əsasında mərhum X12nın adına tərtib olunmuş xx.xx.2021-ci il tarixli ********** saylı mülkiyyət hüququna dair çıxarışın ləğv olunması, Cavabdeh1 ilə onun arasında Şəmkir rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 34 (yeni qaydalarla: AZ5700, ünvan 3 mülkə görə bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə- 415 reyestr saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına 3-cü şəxs DƏDRX Şəmkir 11 saylı Ərazi İdarəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunmasına, 100+1 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçının qardaşıdır. Onların atası Əşrəf Qulu oğlu 2004-cü ildə, X12 2021-ci ilin avqust ayında vəfat edib. X12 öz sağlığında özünə məxsus olan əmlakı iddiaçıya vəsiyyət etmişdir. Bunu cavabdeh qardaşı da bilirdi. O, həm iddiaçının, həm də anasının savadsızlığından istifadə etmiş və onun hazırda yaşadığı və mərhum valideynlərindən miras qalmış əmlakı öz adına bağışlatma etmiş və həmin bağışlama müqaviləsi əsasında miras mülkə öz adına mülkiyyət hüququna dair çıxarış əldə etmişdir. Həmin bağışlama müqaviləsi Şəmkir rayon 1 saylı notariat ofisində 02 mart 2021-ci ildə. 4Ə-415 reyestr nömrə ilə qeydə alınıb. Həmin bağışlama müqaviləsi əsasında Cavabdeh1 adına 09 mart 2021 -ci ildə üçüncü şəxs 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Aşağıda qeyd olunan əsaslara görə hesab edir ki, mübahisə predmeti olan bağışlama müqaviləsi etibarsız hesab olunmalı, həmin bağışlama müqaviləsi əsasında üçüncü şəxs 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən cavabdeh Fizuli Əşrəf oğlunun adına qeydə alınmış müvafiq çıxarış ləğv olunmalıdır. Çünki iddiaçının heç vaxt əmlakını cavabdeh qardaşına bağışlamaq niyyəti olmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə hər biri ayrıayrılıqda iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh Şəmkir rayonu 1 saylı notariat kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli məhkəmə qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 101 manat məbləğində məhkəmənin hesabına pul ödəmiş və 0.40 manat xidmət haqqı tutulmuşdur. İş materiallarında olan Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, Şəmkir rayonu, Dəllər qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 34 saylı (yeni qaydalarla:AZ5700 ünvan 1 ünvanıdna yerləşən 0.06 ha həyətyanə torpaq sahəsi və üzərindəki yaşayış sahəsi 156.5 kv.m, köməkçi saəsi 43.7 kv.m, 5 yaşayış otağından ibarət 1990-cı ildə inşa edilmiş fərdi yaşayış evinə dair X4 adına tam mülkiyyət hüququ ilə xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Əsas: Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 52 saylı qərarı ilə X8 adına tam mülkiyyət hüququ ilə tərtib edilmiş JN-727A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”, Şəmkir 2-ci dövlət notariat kontorunun xx.xx.2005-ci il tarixli, 2V-01-73 reyestr nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə(arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə və Şəmkir 2-ci dövlət notariat kontorunun xx.xx.2005-ci il tarixli 2V-01-74 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə. Qeyd edilən əmlak bütövlüklə Şəmkir rayonu 1 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə-415 reyestr nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh1 adına özgəninkiləşdirirlmiş və ona tam mülkiyyət hüququ ilə xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X2 rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 34 (yeni qaydalarla: AZ5700, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 200.2 kv.m olan fərdi yaşayış evini və Şəmkir rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 34 (yeni qaydalarla: AZ5700, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini Cavabdeh1 bağışlamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli **********667 saylı ərizədən görünür ki, İddiaçı qeydiyyatda olduğu X6 məxsus olan Şəmkir rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 34 (yeni qaydalarla: AZ5700, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 200.2 kv.m olan fərdi yaşayış evinin baöışlanmasına etiraz etmir, razıdır. Müqavilədə nəzərəd tutulmuş müddətdə yaşayış sahəsinin qeydiyyatından çıxmağı öhdəsinə götürür. İş materiallarında oaln xx.xx.2012-ci il tarixli vəsiyyətnamədən görünür ki, X9 ölən günədək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən evini və bütün əmlakını oğlu Cavabdeh1 vəsiyyət etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, ünvan 4 ünvanında Cavabdeh1 məxsus evdə qardaşı İddiaçı yaşayır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli vəsiyyətnamədən görünür ki, X9 ona məxsus olan və harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan qeydiyyat tarixi xx.xx.2021-ci il tarix olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 34 (yeni qaydalarla: AZ5700, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2005ci ildə Şəmkir rayonu, Dəllər qəsəbəsində ölmüşdür. İş materiallarında olan evlənmək haqqında şəhadətnamədən görünür ki, X13 ilə X7 xx.xx.1971-ci ildə nikaha girmişlər, nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, X3 X13 ilə onların nikah dövründə əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Şəhadətnamə ilə verilən ümumi əmlak Şəmkir rayonu, Dəllər qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 600 kv.m olan torpaq sahəsində 1991-ci ildə tikilmiş ümumi sahəsi 191.5 kv.m olan ev olmuşdur. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X1 rayonu, Dəllər qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 600 kv.m oln torpaq sahəsində 1991-ci ildə tikilmiş ümumi sahəsi 191.5 kv.m olan evdən ½ hissədə irs almışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsaəsn mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Həmin Məcəllənin 1180.1-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Həmin Məcəllənin 1222-ci maddəsinə əsasən əgər vəsiyyət edən bir neçə vəsiyyətnamə tərtib etmişdirsə, lakin onlar bir-birini tamamlayır və tam əvəz etmirsə, bütün vəsiyyətnamələr qüvvədə qalır. Əvvəlki vəsiyyətnamənin göstərişləri sonrakı vəsiyyətnamə ilə dəyişdirilmədiyi halda qüvvədə qalır. “Notariat haqqında” AR Qanunun 62-ci maddəsinə əsasən ər-arvaddan biri öldükdə ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir. Şəhadətnamə ümumi əmlakın yarısına verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasın işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Göründüyü kimi, dövlət qeydiyyatının hüquqi əhəmiyyəti yalnız dövlət tərəfindən tanınma və təsdiq etmədən ibarətdir, yəni hüququn əmələ gəlməsi, məhdudlaşdırılması, başqasına keçməsi və hüquqa xitam verilməsi dövlət tərəfindən tanınır və təsdiq edilir. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, tərəflərin izahatlarını məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia tələbləri əsassızdır və təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 qardaşdırlar. Onların valideynləri X13 ilə X7 xx.xx.1971-ci ildə nikaha girmiş və onların birgə nikah dövründə Şəmkir rayonu, Dəllər qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 600 kv.m oln torpaq sahəsində 1991-ci ildə tikilmiş ümumi sahəsi 191.5 kv.m olan ev əldə edilmişdir. xx.xx.2005-ci ildə X13 vəfat etmiş, 2021ci ildə isə X9 vəfat etmişdir. Məhkəmə ilkin olaraq iddia tələblərinin “əvvəlcə mərhum atası X5 miras qalmış, fərdi yaşayış evinə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə görə mərhum anası X4 adına xx.xx.2005-ci ildə Şəmkir rayon 2 saylı notariat kontorunda tərtib olunmuş 2V-01-73 saylı şəhadətnamənin və 2V-07- 74 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması, həmin şəhadətnamələr əsasənda mərhum X12nın adına tərtib olunmuş xx.xx.2021-ci il tarixli ********** saylı mülkiyyət hüququna dair çıxarışın ləğv olunması” hissəsinə münasibət olaraq bildirir ki, iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, hazırda mübahisəsi edilən əmlak X11 ilə X8 birgə nikah dövründə əldə edilmişdir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 117ci bəndinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, sağ qalmış ərə (arvada) ər-arvadın ümumi əmlakında paya mülkiyyət hüququ haqqında şəhadətnamə nikah dövründə əldə edilmiş ümumi əmlakın yarısına verilir. Əşrəf Əliyev xx.xx.2005-ci ildə vəfat etdiyindən, onun vəfatından sonra Zərifə Əliyeva ümumi əmlaka mülkiyyət hüququn əldə edilməsi ilə bağlı müraciət etmiş və haqlı olaraq ona ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Çünki sözügedən əmlak ümumi əmlak hesab edildiyindən digər vərəsələrin olub-olmamasından asılı olmayaraq, Zərifə Əliyevanın həmin əmlakda ½ hissədə payı mövcud olmuş və bununla bağlı 2V-01-73 saylı şəhadətnamə verilmişdir. Məhkəmə sözügedən əmlaka dair 2V-01-74 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair münasibət olaraq bildirir ki, X9 xx.xx.2005-ci ildə X5 qalan miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmiş, həmin ərizədə ondan başqa vərəsənin olmamasını bildirmişdir. İddiaçı tərəf hazırda həmin halı mübahisələndirərək, məhkəmədən şəhadətnamənin etibarsız hesab edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə bildirir ki, 24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə Məcəlləyə 1273-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. xx.xx.2023-cü il tarixindən Mülki Məcəllənin 1273-1-ci maddəsi qüvvədən düşməsinə baxmayaraq vərəsəlik işi açılan zaman qüvvədə olmuşdur. İddiaçı sözügedən əmlakın digər ½ hissəsinə vərəsə hesab edilməsi üçün notariat ofisinə müraciət etməmiş və ya bununla bağlı hər hansı hərəkət etməmiş, yəni susmuşdur. Buna görə də miras əmlakın ½ hissəsi ilə bağlı X6 verilmiş 2V-01-74 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilə bilməz. Məhkəmə iddia tələblərinin “Cavabdeh1 ilə onun arasında Şəmkir rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 34 (yeni qaydalarla: AZ5700, ünvan 3 mülkə görə bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-415 reyestr saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına 3-cü şəxs DƏDRX Şəmkir 11 saylı Ərazi İdarəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması” hissəsinə münaibət olaraq bildirir ki, iddia həmin hissədə də əsassızdır. Belə ki, vəsiyyətnamənin tərtib edilməsi kimi, bağışlama müqavilə də birtərəfli əqddir. Mülki qanunvericiliyə və ya tərəflərin razılaşmasına uyğun olaraq, bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqd hesab edilir. Yəni mülkiyyətçi olan X9 ona məxsus olan fərdi yaşayış evini və torpaq sahəsini bağışlamaqla iradə ifadəsini bildirmiş və öz hərəkətləri ilə evin cavabdehin mülkiyyətinə keçməsini istəmişdir. Belə ki, Mülki Məcəlləyə əsasən mülkiyyətçinin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ vardır. Yuxarıda sadalanan əsaslara görə bağışlama müqaviləsi etibarsız hesab edilmədiyindən onun əsasında verilmiş Çıxarış da məhkəmə tərəfindən ləğv edilə bilməz. Bundan başqa məhkəmə onu qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən bağışlama müqaviləsi bağlanan zaman iddiaçı da evin qardaşı Cavabdeh1 bağışlanmasına razılıq vermiş, həmin evi ilə bağlı vəsiyyətnamənin olduğunu mübahisələndirməmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən və iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymətləndirərək məhkəmə hesab edir ki, iddia əsassızdır, bu səbəbdən rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət e t d i : İddiaçı cavabdehlər Cavabdeh1 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı mərhum atası X5 miras qalmış, fərdi yaşayış evinə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə görə mərhum anası X4 adına xx.xx.2005-ci ildə Şəmkir rayon 2 saylı notariat kontorunda tərtib olunmuş 2V-01-73 saylı şəhadətnamənin və 2V-07-74 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması, həmin şəhadətnamələr əsasında mərhum X12nın adına tərtib olunmuş xx.xx.2021-ci il tarixli ********** saylı mülkiyyət hüququna dair çıxarışın ləğv olunması, Cavabdeh1 ilə onun arasında Şəmkir rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 34 (yeni qaydalarla: AZ5700, ünvan 3 mülkə görə bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-415 reyestr saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına 3-cü şəxs DƏDRX Şəmkir 11 saylı Ərazi İdarəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-199/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-199/2024
18.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver