Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1995/2023 25.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, JN–527F saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Ərizəçi əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998–ci il tarixli 52 saylı qərarı ilə ona Şəmkir rayonu, Dəllər qəsəbə ərazisində 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–527F saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir. Lakin həmin Şəhadətnamədə onun ata adı səhvən “Müzəffər” kimi yazılmışdır. Qeyd edilən yanlışlığın aradan qaldırılması üçün DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin orqan yanlışlığın aradan qaldırılmasının onların səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Hazırda o, mülkiyyətində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmir və bu səbəbdən məlum ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, JN–527F saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilmMüzəffərdir. Belə ki, işdə olan JN–527F saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998–ci il tarixli 52 saylı qərarı ilə Ərizəçi Şəmkir rayonu, Dəllər qəsəbə ərazisində 0.05 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin Şəhadətnamədə ərizəçinin ata adı səhvən “Müzəffər” kimi yazılmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1953–cü il tarixdə doğulmuşdur. İşdə olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1953–cü il tarixdə doğulmuşdur. İşdə olan DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021–ci il tarixli imtina məktubundan görünür ki, JN–527F saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə düzəliş aparılması DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından düzəliş edilməsindən imtina edilmişdir. İşdə olan Şəmkir rayon Dəllər qəsəbə Sovetliyinin xx.xx.1982–ci il tarixli 448 saylı arayışından görünür ki, Dəllər qəsəbə XDS–nin İcraiyyə Komitəsinin xx.xx.1981–ci il tarixli qərarı ilə Ərizəçi Şəmkir rayonu, Dəllər qəsəbə ərazisində 0.05 ha torpaq sahəsi verilmişdir. İşdə olan Şəmkir rayon Dəllər qəsəbə XDS–nin İcraiyyə Komitəsinin xx.xx.1989–cu il tarixli 783 saylı arayışından görünür ki, Ərizəçi adına Şəmkir rayonu, Dəllər qəsəbə ərazisində 0.05 ha torpaq sahəsi vardır. İşdə olan Şəmkir RİHB–nın Dəllər qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2023–cü il tarixli aktdan və arayışdan görünür ki, JN–527F saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də Ərizəçi ata adı səhvən “Müzəffər” kimi yazılmışdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998–ci il tarixli 52 saylı qərarı ilə Ərizəçi Şəmkir rayonu, Dəllər qəsəbə ərazisində 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN–527F saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir. Lakin həmin Şəhadətnamədə ərizəçinin ata adı səhvən “Müzəffər” kimi yazılmışdır. Hazırda ərizəçi Şəhadətnamədəki ad uyğunsuzluğu səbəbindən mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmMüzəffər olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, JN–527F saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ərizəçiyə məxsusdur, həmin sənəddə yazılmış “Ərizəçi Müzəffər oğlu” adı “Ərizəçi” kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM–in 307.2.5–ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN–527F saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin JN–527F saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ona, yəni Ərizəçi məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 307, 308, 310 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən verilmiş JN–527F saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-1995/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1995/2023
25.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver