Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2002/2025 01.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi İsmayılova Sənubər Nəcəf qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB–nə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh İB–nə qarşı xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 535.34 manat borcun silinməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandımışdır ki, qeyd olunan ünvanda ailə üzvlərilə birlikdə yaşayır. Yaşadığı evdə qaz sayğacı onun adınadır. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən istifadəsində olan qaz sayğacına onun iştirakı olmadan baxış keçirilmişdir. Baxış keçirilən zaman, yəni 31 avqust 2023-cü il tarixli ******* saylı akt əsasında istifadəsində olan qaz sayğacına guya kənar müdaxilə olduğundan sayğac yenidən quraşdırılmışdır. Bu səbəbdən də ona 535,34 manat cərimə yazılmış və bu barədə ona heç bir məlumat verilməmişdir. 03 iyun 2023-cü il tarixdə güclü külək və sel suları nəticəsində onun fərdi yaşayış evinə çəkilmiş daşıyıcı qaz xətti və qaz sayğacının quraşdırıldığı barının uçması ilə əlaqədar qaz sayğacı yarasız hala düşmüşdür. Bu hal Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 12 oktyabr 2023-cü il tarixli 5-76/2-2-Z-10/2/2-090/2023 saylı arayışla da sübut edilir. Lakin buna baxmayaraq cavabdeh heç bir əsas olmadan ona cərimə yazmışdır. Qeyd etdiyi kimi sayğacın yararsız hala düşməyinin səbəbi güclü külək və sel suları olmuşdur. Bu səbəbdən hesab edir ki, cavabdeh tərəf ona cərimə yazmaqda haqlı olmamışdır. Hesablanmış cərimənin silinməsi üçün dəfələrlə cavabdeh təşkilata müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Hesab edir ki, qeyd olunan akt tamamilə qanunsuz əsaslarla tərtib edilmişdir. Belə ki, qaz sayğacının yararsız hala düşməyində onun təqsiri olmamışdır. O hər zaman istifadə etmiş olduğu qaza görə vaxtlı-vaxtında ödəniş etmişdir. Lakin hazırda hesabına yazılmış cəriməni ödəmək istəmir. Çünki həmin cərimənin yazılmasına heç bir hüquqi əsas olmamışdır və bunun üçün o məsuliyyət daşımamalıdır. Göründüyü kimi istifadəsində olan sayğacın zədələnməsinə görə o cavabdehlik daşımamalıdır. Buna görə də hesab edir ki, onun barəsində cavabdeh tərəfindən tərtib olunmuş akt nəticəsində ona hesablanmış borc silinməlidir. Məhkəmə iclası zamanı iddiaçı İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, Cavabdeh təşkilatın əməkdaşları tərəfindən istifadəsində olan qaz sayğacına onun iştirakı olmadan baxış keçirilmişdir. Baxış keçirilən zaman, yəni 31 avqust 2023-cü il tarixli ******* saylı akt əsasında istifadəsində olan qaz sayğacına guya kənar müdaxilə olduğundan sayğac yenidən quraşdırılmışdır. Bu səbəbdən də ona 535,34 manat cərimə yazılmış və bu barədə ona heç bir məlumat verilməmişdir. 03 iyun 2023-cü il tarixdə güclü külək və sel suları nəticəsində onun fərdi yaşayış evinə çəkilmiş daşıyıcı qaz xətti və qaz sayğacının quraşdırıldığı barının uçması ilə əlaqədar qaz sayğacı yarasız hala düşmüşdür. Bu hal Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 12 oktyabr 2023-cü il tarixli 5-76/2-2-Z-10/2/2- 090/2023 saylı arayışla da sübut edilir. Lakin buna baxmayaraq cavabdeh heç bir əsas olmadan ona cərimə yazmışdır. Qeyd etdiyi kimi sayğacın yararsız hala düşməyinin səbəbi güclü külək və sel suları olmuşdur. Bu səbəbdən hesab edir ki, cavabdeh tərəf ona cərimə yazmaqda haqlı olmamışdır. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Sayğac küçədə yerləşir, qaz sərfiyyatı ilə bağlı heç bir hüquq mühafizə orqanında araşdırma aparılmamışdır, izahatının alınması üçün çağırılmamışdır. Odur ki, iddia təmin edilərək, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 535.34 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh İB–nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh İB–yə qarşı hesablanmış 535.34 manat borcun silinməsi tələb etsə də, faktiki olaraq iddiaçının cavabdehə 518.40 manat borcu vardır. Belə ki, iş materiallarında olan “Təbii X1nın pozulmasına dair” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, həmin tarixdə abonentin sayğacına baxış keçirilərkən Şəmkir rayonu, Kraz Yolunda yerləşən istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı sayğacın yıvli birləşmələri kənar təsir nəticəsində deformasiyaya uğraması, deformasiya nəticəsində çıxış plastmas boru oturacaqdan aralandığı aşkarlanmış, bununla da sayğaca müdaxilə edilməsi müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2023–cü ilin avqust ayına Şəmkir rayonu Zəyəm qəsəbə sakini olan abonent İddiaçı oğlunun adına 518.40 manat borc hesablanmışdır. İş materiallarında olan Şəmkir RİHBA-nın xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 03 iyun 2023-cü tarixdə güclü külək və sel suları nəticəsində “Kraz yolu” yaşayış massivində yaşayan İddiaçı fərdi yaşayış evinə çəkilmiş daşıyıcı qaz xətti və qaz sayğacının quraşdırıldığı barının uçması ilə əlaqədar qaz sayğacı yararsız hala düşmüşdür. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı fərdi yaşayış evinə quraşdırılmış sayğac çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı Şəmkir rayonu, Kraz Yolunda yerləşən fərdi yaşayış evində Cavabdeh İB–nin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda istifadə edilən sayğaca xx.xx.2023-cü il tarixdə baxış zamanı sayğacın yıvli birləşmələri kənar təsir nəticəsində deformasiyaya uğraması, deformasiya nəticəsində çıxış plastmas boru oturacaqdan aralandığı aşkar olunmuş, bu səbəbdən Cavabdeh İB–nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən istehlakçıya borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın 4.2–ci bəndində göstərilmişdir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8–ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9–cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2–ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5–ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN–ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir Qanunun qeyd olunan normasına baxmayaraq, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı tərəfindən tərtib edilmiş aktın 1 (bir) nüsxəsinin inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN–ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməsi, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilməsi aşkar edilməmişdir. Həmçinin, “X2” Azərbaycan Respublikası Qanununun 13–cü maddəsinin 8–1–ci bəndində göstərilmişdir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir. Azərbaycan Respublikası MM–in 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının törətdiyi əmələ görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı, eləcə də iddiaçının sayğaca müdaxilə etməsi, habelə təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilməmiş, ona görə də iddiaçıya Cavabdeh İB–nin əməkdaşları tərəfindən təbii X1nın pozulması halına görə hesablanmış cərimə borcu silinməlidir. Göründüyü kimi, sayğaca müdaxilə edilməsinin və bunun nəticəsində zərər vurulmasının iddiaçının qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, zərərin məhz onun təqsiri üzündən baş verməsi, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilmir. Digər tərəfdən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Göründüyü kimi, məişət abonenti olan iddiaçı yaşadığı evdə Cavabdeh İB–nin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda yoxlama zamanı evdə quraşdırılmış sayğacın yıvli birləşmələri kənar təsir nəticəsində deformasiyaya uğraması, deformasiya nəticəsində çıxış plastmas boru oturacaqdan aralandığı aşkar olunmuş, bu səbəbdən Cavabdeh İB–nin əməkdaşları tərəfindən “X1”nın pozulması ilə bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmçinin, həmin akta əsasən abonentə borc hesablanmışdır. Lakin məhkəmə iclasında sayğaca müdaxilənin məhs iddiaçı tərəfindən edilməsi sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən əsaslı olduğundan təmin edilməli və Cavabdeh İB–nin əməkdaşları tərəfindən təbii X1nın pozulmasına görə İddiaçı məxsus Şəmki rayonu, Kraz Yolu ünvanı üzrə (**********04120 Abunə kodu) xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 518.40 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı məxsus Şəmkir rayonu, Kraz Yolu ünvanı üzrə (**********04120 Abunə kodu) xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 518.40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-2002/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2002/2025
01.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver