Məhkəmə qərarları › İş №2(076)-2022/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2022/2024

06.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2022/2024 06.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı Həbib oğlunun, Cavabdeh, Üçüncü şəxs Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 14 saylı Ərazi vergilər İdarəsinin nümayəndəsi Cavabdeh Yunis oğlunun iştirakı ilə, İddiaçı Həbib oğlunun Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Həbib oğlu Cavabdeh (Azərbaycan Respublikasının Vergilər Nazikliyinin 14 saylı Ərazi vergilər İdarəsini və Şəmkir rayon 1 saylı notariat kontoru) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarış ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Şəmkir rayon notariat kontorunda təsdiqlənmiş "Şəmkir peşəkar futbol klubu”ndakı 100 faiz payın satılmasına dair xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdeh verilmiş xx.xx.2014-cü il tarixli **********047600 nömrəli kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Şəmkir peşəkar futbol klubu" 100 faiz pay ilə ona məxsus olmuşdur. Onunla Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli alğısatqı müqaviləsinə əsasən "Şəmkir peşəkar futbol klubu”ndakı 100 faiz payı ******* manata satılmışdır. Lakin müqavilə bağlanarkən alğı-satqı müqaviləsində qeyd olunan ******* manat məbləğində pul Cavabdeh tərəfindən ona, yəni İddiaçı ödənilməmişdir Bununla da, müqavilənin mühüm şərti pozulmuşdur. Onun vəkili Dövlət Notariat Arxivinə xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinə dair notariat işinin əldə edilməsi üçün sorğu göndərmiş, lakin indiyə kimi sorğuya cavab verilməmişdir. Məhkəmə hazırlıq iclasında sorğuya cavab tərəfindən təqdim olunacaqdır. Göründüyü kimi tərəfindən əmlak alıcıya təhvil verilsə də alıcı Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, əvəzində müəyyənləşdirilmiş ******* manat məbləğində pul məbləğini ödəməmişdir. Bununla da ona əvəzsiz olaraq mülkiyyətindən məhrum olmuşdur. Bundan əvvəl, Şəmkir Rayon Məhkəməsində mübahisəli əmlakla bağlı işə baxılsa da, hazırki mülki işdə həm iddianın əsası, həm də tərəflər dəyişmişdir. Belə ki, hazırki işdə artıq Cavabdeh alğı-satqı müqaviləsinin nəticəsində ona heç bir pul məbləği ödəmədiyini öz ərizəsində etiraf edir. Hətta bununla əlaqədar olaraq xx.xx.2019-cu il tarixdə ərizə vermişdir. Beləliklə, hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Şəmkir Rayon Notariat Kontorunda təsdiqlənmiş "Şəmkir peşəkar futbol klubu”ndakı 100 faiz payın satılmasına dair xx.xx.2014-cü il tarixli müqavilə etibarsız hesab edilməli və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Cavabdeh verilmiş xx.xx.2014-cü il tarixli **********047600 nömrəli kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı Həbib oğlunun nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikasının Vergilər Nazikliyinin 14 saylı Ərazi vergilər İdarəsinin nümayəndəsi Cavabdeh Yunis qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsin əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli 10 saylı qərarının 18 və 19-cu bəndinə əsasən, Məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir. Eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir. Qeyd edilən Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Göründüyü kimi hazırkı mübahisə səhmlərin alqı-satqısından irəli gələn tələb olduğu üçün korporativ mübahisədir. Buna görə də həmin mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 403-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263, 264, 403.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Həbib oğlunun Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddiası üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar