Məhkəmə qərarları › İş №2(076)-2049/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2049/2024

18.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2049/2024 18.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə olan 377,64 manat məbləğində borcu əsassız hesab edilərək onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birgə Şəmkir rayonun Xuluf kəndində yerləşən ona məxsus olan fərdi yaşayış evində yaşayır. Cavabdehin əməkdaşları tərəfindən Şəmkir rayonun Xuluf kəndində yerləşən ona məxsus olan fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı, **********4 zavod nömrəli, qaz sayğacına onun və hal şahidlərinin iştirakı olmadan öz əməkdaşlarının iştirakı ilə əsassiz olaraq baxış keçirmişlər və tərəfindən sayğaca müdaxilə olunması barədə akt tərtib etmişlər. Bu səbəbdən də cavabdehin nümayəndələri tərəfindən guya tərəfindən sərf edilmiş qazın bərpası üçün 377,64 məbləğdə borcu olması müəyyən edilmişdir. Halbuki, həmin sayğaca onun tərəfindən heç bir müdaxilə edilməmiş, hesablama mexanizminin zədələnməsindən, sayğacın hesablama zədələnməsindən, göstəricilərin informasiyanın hansı təsir nəticəsində oxunmaz vəziyyətə düşməsindən xəbəri olmamışdı. Sayğac küçədə quraşdırılmışdır. Yəni sayğacı quraşdırılmış küçə şəraitində günün bütün vaxtı müşahidə və mühafizə etmək imkanına malik deyil. Mübahisə predmeti olan sayğacın mühafizəsinə dair cavabdehlə heç bir müqavilə bağlanmamışdır. O və onun ailə üzviləri sayğaca müdaxilə etməmişlər. Küçədə quraşdırıldığından sayğaca kənar şəxs tərəfindən müdaxilə olunması ehtimalı var. Bundan başqa sayğac uzun müddət istifadədə olunmuş, artıq köhnəlmişdir. Odur ki, bir ehtimal da sayğacın istismar müddəti keçməsi ilə bağlı ola bilər. Bu barədə dəqiq məlumatı yoxdur. Çünki cavabdeh tərəfindən onların istifadəsində olan sayğac sökülüb aparılıb laboratoriya müayinəsindən keçirilərkən onun iştirakı təmin edilməmişdir. Buna görə əsassız olaraq maddi məsuliyyətə alınmağı nə dərəcədə haqlı ola bilər. Ona görə də, cavabdehə olan 377,64 manat məbləğində borcu əsassız hesab edilərək onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın məzmununa uyğun izahat verərək, Şəmkir rayonu, Yeni Həyat kəndində yerləşən yaşayış sahəsində qazdan istifadəyə görə onun adına hesablanmış 377,64 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış Zenner G-4 markalı, **********4 nömrəli qaz sayğacı yeni Zenner G-4 markalı, ********** nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbə “sərfiyyatı qeyd edilməməsi” yazılmışdır. İş materiallarında olan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2023-cü ilin aprel ayında 345,60 manat, 2023-cü ilin iyun ayında 32,04 manat cərimə hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, İddiaçı yaşadığı sahəsində xx.xx.2023-cu il tarixli MSK-14-2-2/3-5-4298-1 saylı aktına əsasən **********4 nömrəli sayğacının minimal sərfiyyətda 100% nisbi xətayla işlənməsi, hesablama mexanizminin sərfiyyatda minimal keçən qazın həcminin qeyd edilməməsi aşkar edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Bundan sonra çıxarılan sayğac yoxlamadan keçirilmiş və sayğacın minimal sərfiyyətda 100% nisbi xətayla işlənməsi, hesablama mexanizminin sərfiyyatda minimal keçən qazın həcminin qeyd etməməsi aşkar olunmuşdur. Buna görə, itirilmiş qazın hesablanaraq, cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 377,64 manat pul tələb edilir. Tərəflər arasında mübahisə Zenner G-4 markalı, **********4 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlıdır. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacına müdaxilə olunduğunu, hesablama mexanizminin sərfiyyatda minimal keçən qazın həcminin qeyd etməməsinə əsaslanaraq, iddiaçıya itirilmiş qazın bərpası üçün 377,64 manat borc hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini qeyd etsə də, həmin faktı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 377,64 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə sayğac çıxarılan zaman onda olan qüsura abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X1 əməkdaşları tərəfindən aşkar olunmadığından, sonra isə tərtib edilmiş akta əsasən müəyyən edilmiş borc üzrə də Cavabdeh İB sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edə bilmədiyindən və akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Şəmkir rayon, Plankənd kəndində yerləşən yaşayış evi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonent İddiaçı adına hesablanmış 377,64 (üç yüz yetmiş yetdi manat altmış dörd qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar