Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2052/2023 20.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmalədin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə, İddiaçı X2 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı qaz sərfiyyatına görə müəyyən edilmiş əsassız borcun silinməsi tələbinə dair iş üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz" İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 cavabdehə olan 3119 manat məbləğində borcunun əsassız hesab edilərək hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olduqdan sonra ərizənin məhkəmə icraatı mümkün hesab edilmiş, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olamdan işə baxılmasını mümkün hesab etmişdir. Bundan sonra, iddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini, məhkəməyə təqdim etdiyi sənədlərin əslini ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçı tərəfindən verilən ərizəni nəzərdən keçirərək hesab edir ki, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı qaz sərfiyyatına görə müəyyən edilmiş əsassız borcun silinməsitələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanıla bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı qaz sərfiyyatına görə müəyyən edilmiş əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2052/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2052/2023
20.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver