Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2055/2024 14.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs Şəmkir rayon 1 saylı notariat ofisi) qarşı “kredit müqaviləsinin qismən etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh (üçüncü şəxs Şəmkir rayon 1 saylı notariat ofisi) qarşı “kredit müqaviləsinin qismən etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 avqust 2022-ci il tarixli, Cavabdeh və onun-İddiaçı arasında bağlanmış 3M-890 reyestr nömrəli kredit müqaviləsinin 22000 (iyirmi iki min) hissəsində etibarsız hesab edilərək ləğv edilməsinə, 156 manat dövlət rüsumunun cavabdehdən tutulub ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 4 ildən artıq müddət ərzində dostluq etdiyi, birgə işlədiyi, can deyib can eşitdiyi insan X8 və onun anası Cavabdeh tərəfindən hazırlanmış dələduzluq hərəkətinə məruz qalmışdır. Belə ki, 2020-ci ildə o və X17 adlı bir ümumi tanışının istixanasını danışaraq işlətmək qərarına gəlmişlər. Etibar istixana sahibi kimi iki qazanc payının, onunla Namiq isə qazancın üçdə birinə razılaşaraq işləməyə başlamışlar və 2 il o istixanada işləmişlər. 2020-ci ilin yay-payız sezonu işləmişlər. Yaz əkinindən 15000 manat pul qazanmışlar, payız əkinindən isə elə o qədər də, yəni 15000 manat zərər etmişlər. Belə olan halda onun evində maddi çətinliklər yaranmış və o Namiqə onun ailəsində pula ehtiyac olduğunu, ona görə qazanca şərik kimi yox, o aylığa işləmək istədiyini demişdir. Namiq ona etiraz etməmiş, o özü hər ay 600 manata, 2 oğullarına isə hər ay hər birinə 400 manata razılaşmışlar. Oğullarının aylığa işləməsindən Etibar xəbərdar olmuş, lakin, onun aylığa işlədiyini Etibar ikinci ili bilmiş, bir az narazılıq etmiş, lakin sonradan o da razılaşmışdır. İş fəaliyyəti dövründə, birinci il Namiq istixanadan əldə olan pullardan ortadan 45000 manatı oğurlamış, ikinci ili 55000 manatı oğurlamış, götürdüyü pulları başqa sahələrə, al-verə gəlir əldə etmək bəhanəsi ilə götürmüş, yəni oğurladığı 100 000 manatı Namiq tək özü xərcləmiş, onun o pullardan xəbəri olmamışdır. Etibar bir neçə dəfə Namiqi hesablaşmağa çağırmış, lakin Namiq boyun qaçırmış və uzatmışdır. Aralarında narazılıqlar başlamış, Etibar pullarını tələb etmiş və Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etmişdir. Nazirlikdə Etibar iki illik fəaliyyəti zamanı 300 000 manata yaxın ziyanın əmələ gəldiyini demiş və onun 45000 manatını onların ödəyəcəyi demişdir. X1 borcu 145000 manata çatmışdır. Namiq polisə çağırılmağa görə qorxuya düşmüşdür. Bir ay sonra Namiq ondan xəbərsiz oğurladığı 100000 manat və 45000 manat ziyanın əvəzi kimi anasına məxsus mağazanı Etibara vermişdir. Bir müddət sonra Namiq anası ilə birlikdə onların evinə gəlib bu pul oğurluğu məsələsinin nəticələri barədə Namiqi yenə Nazirliyə çağırıb problemin həlli barədə məlumat tələb edəcəklərini, ancaq məbləğin böyük olduğundan Namiqi tutacaqlarından qorxduqlarını demişlər. Onun (iddiaçının) onara 12500 manat borcunun olduğunu demişlər. Həqiqətən o, istixanada işlədiyi zaman ailə tələbatlarını ödəmək üçün Namiqdən az-az, bir dəfə 4500 manat, ikinci dəfə 8000 manat pul almış və onu indiyə qədər də qaytara bilməmişdir. Ona Namiqi tutmamaqları üçün ümumi məbləğin azalmasına görə 12500 manatı və 45000 manat zərəri öz üzərinə götürməyi demişlər. O bu məqsədlə Namiqin anasını 12 avqust 2022-ci il tarixində notariusa gətirmiş, bank hesabına qoymaq üçün pulundan 57 500 manatı onun onların özlərinin pulları olmadığına görə Etibarı da notariusa çağırmış, Etibar öz hesabına köçürmüş və 3M-890 Reyestr nömrəli kredit müqaviləsi hazırlanıb imzalanmışdır. Elə oradaca Etibar öz pullarını 57500 manatı götürüb getmişdir. Ona heç bir pul verilməmişdir. Nəticədə guya o Cavabdeh 57500 manat borc almışdır. Ancaq onun onlara 12500 manatdan başqa borcu olmamışdır. Müqavilə bağlamamışdan əvvəl Namiqlə anası ona söz vermişdirlər ki, polisdə iş sakitləşdikdən sonra onlar 45000 manatı siləcəklər. 12 sentyabr 2022-ci il tarixində Fəridə və oğlu Namiq iddiaçı ilə “Rabitəbank”a gəlmişlər, o onlardan söz verdikləri kimi adına yazdıqları əsassız 45000 manatı danışdığı kimi adından silməklərini tələb etmiş, Fəridə ona 11000 manat verib bankın kassasına ödəməsini demiş, ikinci cəhddə daha 12000 manat vermiş, onu da kassaya ödəyib Fəridə xanımın **********- 095185 saylı hesabına köçürmüşdür. Bir neçə gün sonra Namiq o zəng edib "Mən bezmişəm, özümü öldürəcəm, mənə heç nə lazım deyil” və s. demişdir. Təxminən 20-30 dəqiqə sonra Namiqin anası Fəridə ona zəng edib “Namiqə bir şey olsa hamınızın evinizə od qoyacam” demişdir. Namiqin xəstəliyi ilə əlaqədar bu söhbət 7-8 ay uzanmışdır. Bir müddət sonra Namiqin anası o poçtla məktub göndərərək onlara 57500 manatın tam olaraq ödənilməsini tələb etmişdir. Aradan bir müddət ötdükdən sonra anası o ikinci məktub göndərib 575000 manatı tələb etmişdir. Onun isə onlara 12500 manatdan başqa borcu yoxdur. Yuxarıda göstərilənlərdən görünür ki, cavabdehlər hiylə işlədərək ondan pul alıb faydalanmışlar. O Cavabdeh heç bir borc almamışdır. Ona görə də 12 avqust 2022-ci il tarixli, 3M-890 reyestr nömrəli kredit müqaviləsi həqiqəti əks etdirmədiyinə görə etibarsız sayılaraq qismən, yəni, 12500 manatdan və adından silinmiş 230000 manatdan başqa qalan 22000 manat hissəsində ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, iddiaçı onun oğlunun dostudur. Belə ki, təxminən 2020-ci ildə o və oğlu X12 şərikli istixana işlətmişlər. Elə oldu ki, Namiq və X13 145.000 manat borclu qalmışlar. O isə Etibarla ona məxsus mağazasını verəcəyi ilə razılaşmışdır. Lakin Tofiqin ona olan borcunu rəsmişlədirmək üçün notariusda rəsmi borc müqaviləsi imzalamışlar. Amma həmin pul olmadığı üçün, 57000 manat pulu Etibardan almış və banka qoymuşdur. Sonra isə Tofiq həmin pulları hesabdan çıxardandan sonra Etibara qaytarmışdır. Ona görə hesab edir ki, iddia əsasızdır və rədd edilməlidir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X10 ifadəsində göstərmişdir ki, Namiq və Tofiqlə tanışlığı olmuşdur. Belə ki, onun istixanası olmuş, o da onlara istixananı şərikli işlətməyə vermişdir. İstixana və pul onun hesabından, istixananı idarə etmək isə onların hesabına olması barədə razılaşmışlar. Həmçinin qərara gəlmişlər ki, 1/3 hissədə xeyir və yaxud ziyanın Namiqlə Tofiqin payına, 2/3 hissədə isə onun payına bölüşməyə razılşmışlar. Bir müddət sonra haqq-hesab edəndə məlum oldu ki, onların ona borcu qalmış, və ona görə akt tərtib etmişlər. Lakin onlardan bir neçə dəfə borcu tələb etsə də, Namiq və Tofiq borc qaytaqmaqdan boyun qaçırmışlar. Ona görə də, o müvafiq orqana müraciət etmişdir. Onların borcu 145.000 manat olduğundan, dələduzluq işi açılmışdır. O işdən Namiqin anası Fəridənin məlumatı olanda ona müraciət edərək, onun adına bir obyekti keçirtməyi, onun da iddiasını geri götürməyi təklif etmişdir. O da onunla razılaşmışdır. Sonra Fəridə ondan məsləhət almaq üçün ona müraciət etmiş Tofiqin əvəzinə ödənilmiş pulun batmaması üçün nə etməyi soruşmuşdur. O isə ona rəsmi, notariusda borc müqaviləsi bağlamağı təklif etmişdir. Həmin müqaviləni bağlamaq üçün pul vermiş, onlar da həmin pulu banka qoyaraq müqaviləni bağlamışlar. Səhəri günü pulu bankdan çıxardıqdan sonra həmin pullarını onda qaytarmışlar. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 ifadəsində göstərmişdir ki, Tofiq onun bibisinin əridir. Bir müddət bundan əvvəl onun ki, X18 Nazirliyinin hansısa qurumuna çağırmaları barədə məlumatı olmuşdur. X11 müəllimin istixanasında şərikli işləmələri barədə məlumatı olmuşdur. Birinci il onların yaxşı gəliri olmuş, onlar da istixana artırmışlar. Növbəti fəsildə isə onların Etibara borcu qalmışdır. Onlar da Tofiqin borcunu rəsmiləşdirmək üçün notariusa getmişlər. Fəridəgil getməmişdən əvvəl ona narahat olmamasını və borcu siləcəklərini demişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 ifadəsində göstərmişdir ki, Tofiq və Natiq onun tanışıdır. Belə ki, Tofiqin Fəridəyə borcu olmuş, həmin borc əvəzi ona Tofiqin məhləsini borc əvəzinə verilməsinə razılaşmışlar. Tofiq ona demişdir ki, onun 34000 manat borcu vardır. Sənədləri hazır olanda Fəridə ondan razılaşmadı, dedi ki, borcunu tam ödə, Tofiq də ona görə razı olmamışdır. Dedi ki, onun o qədər borcu yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 ifadəsində göstərmişdir ki, o Tofiq və Namiqi tanıyır. Onlar işlədiyi istixanada fəhlə kimi işləmişdir. Borc və müqavilə barədə məlumatı yoxdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, şahidlərin ifadələrini nəzərə alaraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan 3M-890 nömrəli xx.xx.2022-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 57.000 manat xx.xx.2024-cü il tarixinədək qaytarmaq şərti ilə borc almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh bildirir ki, İddiaçı xx.xx.2022-ci il tarixli, 3M-890 saylı borc müqaviləsindən 11.000 manat ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh bildirir ki, İddiaçı xx.xx.2022-ci il tarixli, 3M-890 saylı borc müqaviləsindən 12.000 manat ödəmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı ilə Cavabdeh arasında 12 avqust 2022-ci il tarixli, 3M-890 reyestr nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən borc verən borc alana 57500 manat məbləğində borc vermiş, borc alan krediti xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən Cavabdeh 12 avqust 2022-ci il tarixli, 3M-890 reyestr nömrəli kredit müqaviləsi üzrə borcdan xx.xx.2022-ci il tarixdə 11000 manat və 12000 manat pul ödənilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh ilə arasında bağlanmış kredit müqaviləsi üzrə onun cavabdehə 12500 manat borcunun olduğunu, qalan hissədə aldadılaraq, kredit müqaviləsini imzaladığını və ona Cavabdeh tərəfindən 57500 manat pul verilməməsi səbəbindən həmin kredit müqaviləsinin qismən etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab edir ki, İddiaçı öz iradəsini sərbəst ifadə etməklə mübahisəli müqaviləni bağlamışdır. Lakin iddiaçı müqavilənin qismən etibarsızlığını tələb etsə, də bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337–ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2–ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4–cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, iddianın hazırki vəziyyətdə əsaslı olub–olmamasını müəyyən etmək üçün ilk növbədə iddiaçı tərəfindən mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi məsələsi təqdim edilmiş sübutlar əsasında araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri ilə bağlı mübahisə əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə öhdəlik hüquq münasibətlərini tənzimləyən əqdlər haqqında ümumi müddəlar müvafiq olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1–ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2–ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4–cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 339.2–ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 354.2–ci maddəsinə əsasən bu Məcəllənin 347.1–ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 390.1–ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 74–cü maddəsinə əsasən pul məbləğlərinin və sənədli qiymətli kağızların depozitə qəbul edilməsi daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul məbləğindən artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Notarius belə müqavilələri pul məbləği bankda açılmış depozit hesabına ödənildikdə təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000–ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 160–1–ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş pul məbləğindən (beş min beş yüz manatdan) artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Notarius belə müqavilələri pul məbləği bankda açılmış depozit hesabına ödənildikdə təsdiq edir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə nəzərə alır ki, iddiaçı istinadla kredit müqaviləsini bağlayarkən Cavabdeh 57500 manat deyil 12500 manat borcunun olduğunu, qalan məbləğin əsassız olaraq oraya yazıldığını qeyd edərək, kredit müqaviləsinin qismən etibarsız hesab edilməsinə dair tələblə çıxış etsə də, həmin halı təsdiq edən qanunvericiliyin müddəalarına uyğun kifayət edən və mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının imzaladığı kredit müqaviləsinin mətnindən görünür ki, orada müqavilənin onun iradəsinə uyğun tərtib edildiyinə dair müddəa vardır, həmçinin notarius müqaviləni tərəflərin şəxsən özlərinin onun iştirakı ilə imzaladığını təsdiq etmişdir. Mübahisə üzrə nəticəyə gələrkən məhkəmə həmçinin əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin ümumi yanaşmasını da nəzərə alaraq qeyd edir ki, əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. İşin müəyyən edilmiş faktiki hallarını və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, Şəmkir rayon 1 saylı Notariat Ofisində tərtib edilmiş 12 avqust 2022-ci il tarixli müqaviləinin etibarsız hesab edilməsi üçün sadalanan qüsurlardan heç biri mövcud deyildir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı Şəmkir rayon 1 saylı Notariat Ofisində tərtib edilmiş 12 avqust 2022-ci il tarixli müqaviləni mübahisələndirmiş və mübahisəni əsaslı arqumentlərlə izah edə bilməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, mübahisə edilən əqd onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqddir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə–bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni,müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019–cu il 9 dekabr tarixli Qərarı). Məhkəmə, iddiaçının dəlilləri üzrə araşdırma aparmış və həmin dəlillərin əsassız olduğunu müəyyən etmişdir. Etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər; mübahisə edilən əqdlər; müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər; məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Göründüyü kimi, etibarsız əqdlərin hər birinə münasibətdə qanunverici fərqli qayda müəyyən etmişdir, yəni onların yaratdığı hüquqi nəticələr fərqlidir. Ona görə də ümumi olaraq hər hansı əqd barəsində “etibarsızdır” demək düzgün deyildir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu X3 aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i̇ : İddia təmin edilməsin. İddiaçı Cavabdeh (üçüncü şəxs Şəmkir rayon 1 saylı notariat ofisi) qarşı “kredit müqaviləsinin qismən etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2055/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2055/2024
14.08.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver